İzahlı lüğət

GÜLNAR (ID - 15728)

is. [fars.] klas. Nar ağacının gülü, nar gülü.

GÜLÖYŞƏ (ID - 15729)

sif Meyxoş (nar növü). Dost məni yad eylədi; Bir gülöyşə nar ilə. (Ata. sözü). Bağçalarda çiçək açır gülöyşə nar, yasəmən; Qaranquşla bir zamanda qayıdaram kəndə mən. Ə.Cəmil.

GÜLPƏRƏST (ID - 15730)

is. və sif. [fars.] Gül becərməyi, gül yetişdirməyi, ümumiyyətlə gülü sevən (adam). ..Kim Əlisa kimi faydalı, bağpərəst, bağçapərəst, gülpərəst bir adamın adını belə-belə ləkəli şeylərə çəkə bilər? S.Rəhimov.

GÜLRƏNG (ID - 15731)

sif [fars.] klas. Açıq-qırmızı rəngli, çəhrayı rəngi, gül rəngində olan. Dur, saqi, gətir badeyi-gülrəngi bu bəzmə; Ver badeyi-gülrənglə bir rəng bu bəzmə. Raci.

GÜLRÜX, GÜLRÜXSAR (ID - 15732)

[fars.] klas. bax gülüzlü. Ah vaveyla ki, ol gülrüx pəri yarım degil; Mən ona yar oldum, ol yari-vəfadarım degil. Xətayi. Laf urarlar hüsndən hərçənd gülrüxsarlər; Həq bilür, ol ayeyi-rəhmət sənin şənindədir. Qövsi.

GÜLSABAH (ID - 15733)

is. bot. Səhər açılıb axşam vaxtı yumulan dekorativ gül; səhərgülü.

GÜLŞAD (ID - 15734)

sif Xoşa gələn, ürəkaçan, gözəl mənzərəli. Gülşad yer. □ Gülşad olmaq şən olmaq, abad olmaq. Onsuz hünər evi gülşad olmazdı. S.Vurğun. Bənna qardaş, nə möhkəmdir qoyduğun təməl! Abad olsun! Gülşad olsun! Yorulmayasan!...

GÜLŞƏN (ID - 15735)

is. [fars.] Güllük, çiçəklik. Bu gülşənin yasəməni, sünbülü; Nə bir bağa, nə bostanə düşübdür. M.V.Vidadi. Gülşəndə bənövşələr açıldı; Səhralara lalələr saçıldı. A.Şaiq.

GÜLÜ (ID - 15736)

sif 1. Açıq gül rəngli, çəhrayı.
2. Gül şəklində naxışları olan. Gülü parça.

GÜLÜMSƏMƏ (ID - 15737)

“Gülümsəmək” dən fis.

GÜLÜMSƏMƏK (ID - 15738)

f 1. Gülər kimi olmaq, təbəssüm etmək, qımışmaq, dodaqaltı gülmək, öz məmnunluğunu, ya istehzasını təbəssümlə ifadə etmək. Mənasını anlamadığı bu sözə Aydəmir sadəcə gülümsəyərək kupeyə girdi. A.Şaiq. Şəmsiyyə...

GÜLÜMSƏR (ID - 15739)

sif. Gülümsəyən, gülən, təbəssümlü. Gülümsər göz. - Bir gün acı bir səs o gülümsər üzü sardı. H.Cavid. Qızın solğun rəngi, xurmayı saçları, gülümsər qonur gözləri var idi. Ə.Məmmədxanlı.

GÜLÜMSƏRCƏSİNƏ (ID - 15740)

zərf Gülümsəyərək, təbəssümlə. Gülümsərcəsinə cavab vermək.
Qız qara gözləri, uzun kirpikləri arasından gülümsərcəsinə [dedi].. T.Ş.Simurq.

GÜLÜMSÜNMƏ (ID - 15741)

“Gülümsünmək” dən f.is.

GÜLÜMSÜNMƏK (ID - 15742)

bax gülümsəmək. [Buğac] ananın munis çöhrəsini görəndə gülümsündü. M.Rzaquluzadə.

GÜLÜNC (ID - 15743)

sif. və zərf 1. Gülməyə səbəb olan, gülməli, gülüş doğuran. // məc. Mənasız, qeyri-ciddi. Ceyrana malik olmaq fikri və hissi mənə çox qəribə, bəlkə gülünc görünürdü. S.Hüseyn. Ölüm fikri [Mələkdən] uzaqlaşdı, ona...

GÜLÜNCLÜK (ID - 15744)

is. Gülünc olan adam və ya şeyin halı; gülüş doğurma, gülünc olma. Dəlillərin gülünclüyü. Təklifin gülünclüyü.

GÜLÜSTAN (ID - 15745)

is. [fars.] Güllük, çiçəklik, gülzar; qızıl güllük. Ol güli-xəndanı görmək mümkün olsaydı mənə; Səntək, ey bülbül, gülüstanə güzar etməzmidim? Füzuli. Zeynəb bu gülüstanı, bu çarqat kimi sərilmiş lalələri və çiçəkləri...

GÜLÜŞ (ID - 15746)

is. 1. Şadlıq, sevinc, məmnunluq və s. xarakter hisslərin ifadəsi olaraq ağızdan çıxan qırıq-qırıq səslər. Acı gülüş. Şən gülüş. - Əvvəl [Ceyranın] üzündə, danışığında istehzanı andıran bir gülüş vardı. S.Hüseyn....

GÜLÜŞMƏ (ID - 15747)

"Gülüşmək” dən f.is. Məclisdə bir gülüşmə başladı. S.Hüseyn. Camaat arasına gülüşmə və qarışma düşdü. Qantəmir.

GÜLÜŞMƏK (ID - 15748)

f. Qarşılıqlı və ya birlikdə gülmək (çoxları haqqında). Adamlar gülüşdülər. - Uşaqlar içinə düşər gülüşmək; Sənin də acığın tutar, ağlarsan. M.V.Vidadi. Qonaqlar gülüşdülər və sonra Kəblə Namazla zarafatlaşmağa...

GÜLÜZAR (ID - 15749)

[fars. gül və ər. üzar] klas. bax gülüzlü. Seyri-gülşən et sən, ey gülüzarım. M.V.Vidadi. Gər sənin mətləbin gülüzardısa; Artıq sevin gülüzarı görəndə. Q.Zakir. Ey könül! Min namə yaz bir gülüzarın eşqinə; Can evindən...

GÜLÜZLÜ (ID - 15750)

sif. Gözəlin epitetlərindən (sifətlərindən) biri. Göy üzünü bəzər parlaq ulduzlar; Yer üzünü bəzər gülüzlü qızlar. H.Cavid.

GÜLYANAQ(LI) (ID - 15751)

is. və sif. şair. Gözəlin epitetlərindən (sifətlərindən) biri. Gülyanaq qız. - Hər aşiqin ki, sən kimi bir gülyanağı var; Lalə kimi əyandı ki, köksündə dağı var. S.Ə.Şirvani.

GÜLZAR (ID - 15752)

is. [fars.] şair. Çoxlu gül olan yer; gülüstan, çiçəklik, güllük. Bülbül səbəbsiz olmadı gülzarə aşina. S.Ə.Şirvani. Çöllər yuxudan olunca bidar; Min rəng çiçəklə dolur gülzar. A.Şaiq. Darıxıb gülzara çıxdığım zaman;...

GÜLZARLIQ (ID - 15753)

bax gülzar. Gülzarlıqla alov arasında uca sədd çəkilmişdi, onu keçmək qabil deyildi. Çəmənzəminli.

GÜMAN (ID - 15754)

is. [fars.] 1. Lazımınca əsaslanmamış fikir, zənn, ehtimal. O, gümanının düz çıxmadığını görüb iri, qonur gözlərini geniş açaraq Tərlana baxdı. M.Hüseyn. Güman var ki, güman ki - ola bilər, mümkündür, ehtimal ki. Güman...

GÜMRAH1 (ID - 15755)

sif. Qıvraq, möhkəm, sağlam, qüvvətli. Yaşına baxmayaraq, çox gümrahdır. - Odun götür, yaxşı yar; Yaxşı doğra, yaxşı yar; Iyidi gümrah eylər; Qədirbilən yaxşı yar. (Bayatı). // Çevik, cəld, diribaş. Gümrah gənc. - Almurad...

GÜMRAH2 (ID - 15756)

GÜMRAHLANMA (ID - 15757)

“Gümrahlanmaq” dan f.is.

GÜMRAHLANMAQ (ID - 15758)

qayıd. Sağlamlaşmaq, qüvvətlənmək, sağlam olmaq, qüvvətə gəlmək. Xəstə getdikcə gümrahlanır. Dincəldikdən sonra gümrahlanmaq. - [Hacı Fərəc:] ..Indi günü-gündən gümrahlanıb dönürəm bir cavan oğlana.. N.Vəzirov.

GÜMRAHLAŞMA (ID - 15759)

"Gümrahlaşmaq” dan

GÜMRAHLAŞMAQ (ID - 15760)

b a x gümrahlanmaq. Budaq indi-indi gümrahlaşırdı ki, birdən yenə də onunku gətirmədi. Ə.Vəliyev.

GÜMRAHLIQ (ID - 15761)

is. Gümrah adamın halı; cismən və ruhən sağlamlıq; qıvraqlıq. Elə adamlar var ki, ruhən ən yorğun dəqiqələrində belə onlarla danışdıqda özündə bir yüngüllük və gümrahlıq duyursan. İ.Əfəndiyev. Müridlər də gözlərini...

GÜMÜŞ (ID - 15762)

is. 1. Parlaq bozumtul-ağ rəngli, kimyəvi element - nəcib metal (zərgərlik və bəzək şeyləri qayırmaq, pul kəsmək və s. üçün işlədilir). □ Gümüş suyuna çəkmək
adi metalların üstünə gümüş suyu çəkmək, gümüşü...

GÜMÜŞCƏ (ID - 15763)

is. zool. Çaylarda yaşayan xırda balıq növü. Bizim çaylarda gümüşcə adlanan xırda balıqlar da yaşayır. Bu balıqlar suyun üst qatlarında üzən balıqlardandır. “Zoologiya”.

GÜMÜŞDƏSTƏ (ID - 15764)

sif Dəstəsi gümüşdən olan, qəbzəsi gümüşdən qayrılmış. Cəmil dayısının gümüşdəstə xəncərini belinə bağlayıb, yüyürə-yüyürə atlılara qoşuldu. Ə.Vəliyev.

GÜMÜŞLƏMƏ (ID - 15765)

“Gümüşləmək” dən fis.

GÜMÜŞLƏMƏK (ID - 15766)

f 1. Üzərinə nazik gümüş məhlulu çəkmək. Qaşıqları gümüşləmək.
2. Gümüşlə bəzəmək, gümüşlə işləmək. Xəncəli işlə, yolla; Üstün gümüşlə, yolla. (Bayatı).

GÜMÜŞLƏNMƏ (ID - 15767)

“Gümüşlənmək” dən fis.

GÜMÜŞLƏNMƏK (ID - 15768)

məch. Gümüş suyu çəkilmək və ya gümüşlə bəzədilmək. Bu çəngəllər gümüşlənib.

GÜMÜŞLƏTMƏ (ID - 15769)

“Gümüşlətmək” dən f.is.

GÜMÜŞLƏTMƏK (ID - 15770)

f Gümüş suyu çəkdirmək və ya gümüşlə bəzədilmək. Papirosqabını gümüşlətmək.

GÜMÜŞLÜ (ID - 15771)

sif 1. Gümüşlə bəzədilmiş, gümüşlə işlənmiş. Əllərində sur təsbeh; Gümüşlü buxurdanlar. Ə.Cavad.
Tərkibində gümüş olan. Gümüşlü metal külçəsi.

GÜMÜŞÜ (ID - 15772)

sif Ağ-bozaçalar parlaq rəngdə olan, rəngi gümüş rəngində olan, gümüş kimi parıldayan. [Nuriyyə:] ..Gümüşü toran içindən bir motosiklin çıxdığını gördüm. İ.Əfəndiyev. Buludların parçalandığı oyuqdan ulduzlu fəzaya...

GÜMÜŞÜLÜK (ID - 15773)

is. Gümüşü rəngdə olan şeyin xüsusiyyəti, gümüş rəngində olma.

GÜN (ID - 15774)

is. bax günəş 1 və 2-ci mənalarda. Gün işığı. Gün çıxar, aləm görər. (Ata. sözü). Gəldi günortaçağı, gün qızarıb yanırdı. S.Vurğun. Gün iki cida boyu qalxmışdı. Mir Cəlal. □ Gün əyilmək - axşama yaxın günəş...

GÜN2 (ID - 15775)

is. 1. Gecə-gündüzün səhərdən axşama qədərki işıqlı müddəti, günçıxandan günbatana qədərki dövr. Gün doğuşundan bəllidir. (Ata. sözü). Biz baxırıq özgə millətlərə,
.. deyirik ki, niyə onlar bazar günlərini tətil...

GÜNAH (ID - 15776)

is. [fars.] 1. Dini-əxlaqi normaların pozulması, dincə qəbahət sayılan iş (savab əksi). Səni mələk görəli yazmaz oldu eşqi günah; Vəli yazıldı, bu üzdən bəsi savab sana. Füzuli. Əfv olur möminin cümlə günahı; Sənin də könlündən...

GÜNAHKAR (ID - 15777)

is. və sif. [fars.] 1. Müqəssir, təqsirkar. Günahkarı cəzalandırmaq.
Yar yanında günahkaram; Doğru sözüm yalan oldu. Aşıq Ələsgər. ..Günahkar muzdur özünün bəd əməlindən peşman olub, istiğfar edə-edə yerindən qalxdı....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed