İzahlı lüğət

GÖZƏTLƏMƏK (ID - 15478)

f dan. 1. Bax gözləmək. [Şölə xanım:] Xacə Məsud, çıx çölə, gözətlə; M.F.Axundzadə. Xeyli gözətlədi. Gəldi dalandar; Dayanmadan söylədi belə təlaşlı. M.Rahim.
2. Qarovul çəkmək, baxmaq.

GÖZƏTLƏNMƏ (ID - 15479)

“Gözətlənmək” dən f.is.

GÖZƏTLƏNMƏK (ID - 15480)

b ax gözlənmək.

GÖZƏTMƏ (ID - 15481)

“Gözətmək” dən fis.

GÖZƏTMƏK (ID - 15482)

qəd. bax gözləmək. Guya ki, əlində idi canı; Daim gözədirdi ol zamanı. Füzuli. Yar küsdü, Kişvəri, imdi fəna mülkün gözət. Kişvəri.

GÖZƏYARI (ID - 15483)

GÖZGÖRƏ (ID - 15484)

bax gözgörəsi. Ovçu ovun düz görə; Düz dolana, düz görə; Mən yara neylədim ki; Atdı məni gözgörə. (Bayatı). Dil bağladım bir dilbərə; Yıxdı evimi gözgörə. Q.Zakir.

GÖZGÖRƏSİ (ID - 15485)

zərf Göz görə-görə, açıqaçığına, aşkarda, açıq-aşkar. [Ələmdar:] Yoxsa görün günün-günorta çağında adam da .. belə gözgörəsi özünü soydurarmı? S.Rəhimov. Indi isə bəy həyasızlığına salıb, gözgörəsi, əməlli-başlı...

GÖZGÖRƏTİ (ID - 15486)

dan. bax gözgörəsi.

GÖZ-GÖZ (ID - 15487)

sif. və zərf 1. Çoxlu gözləri, dəlikləri olan; deşik-deşik. □ Göz-göz etmək - çoxlu dəliklər açmaq, deşik-deşik etmək. Güllə ilə nişangahı göz-göz etmək. Göz-göz olmaq - deşik-deşik olmaq, çoxlu dəliklər əmələ...

GÖZ-GÖZƏ (ID - 15488)

zərf 1. Üzbəüz, üz-üzə, qabaq-qabağa, qarşı-qarşıya. ..Məni nahar yeməyinə saxlamaq istədisə də, mən casuslarla göz-gözə oturub nahar etmək istəmədim. M.S.Ordubadi. Kamal təyyarəni döndərib faşist quzğunu ilə üz-üzə,...

GÖZQAMAŞDIRAN, GÖZQAMAŞDIRICI (ID - 15489)

sif 1. Çox parlaq, baxmaq mümkün olmayan, gur, çox güclü. Gözqamaşdırıcı işıq. Gözqamaşdırıcı qığılcım.
məc. Valehedici, çox təsirli. Gözqamaşdırıcı gözəllik.

GÖZQAMAŞDIRICILIQ (ID - 15490)

is. Gözqamaşdırıcı şeyin xassəsi, keyfiyyəti, gücü.

GÖZ-QAŞ (ID - 15491)

top. Gözlər və qaşlar bir yerdə. Göz-qaşı qara qız. - Dağların başı qardır; Ustündə daşı vardır; Burdan keçən gözəlin; Əcəb göz-qaşı vardır. (Bayatı). [Qurban:] Mən kimdən əskiyəm? Bu mənim qəddü qamətim, bu mənim...

GÖZ-QULAQ (ID - 15492)

göz-qulaq olmaq - muğayat olmaq, nəzarət etmək, baxmaq, gözdən qoymamaq. Uşaqdan göz-qulaq ol. - [Hacı Murad:] Sənin [işin] odur ki, göz-qulaq olasan, o nökər şeydən-zaddan oğurlamasın. S.S.Axundov. [Qurban:] Yaz ki, Anaxanımın,...

GÖZLƏMƏ (ID - 15493)

1. “Gözləmək” dən f.is.
□□ Gözləmə otağı (salonu, zalı) - səmişinlərin qatarı, avtobusu və s.-ni gözləmələri üçün ayrılmış otaq (salon, zal). Gözləmə otağı çox soyuq idi. S.Rəhimov. // Qəbula gələn şəxslərin...

GÖZLƏMƏK (ID - 15494)

f Bir şeyin və ya bir adamın intizarını çəkmək, intizarında olmaq. Qatarı gözləmək. Məktub gözləmək. Yoldaşlarını gözləmək. Qonaqları gözləmək.
Şeyx tək otaqda.. təbibsiz, dərmansız ömrünün axır saatını gözləyirdi....

GÖZLƏNƏN (ID - 15495)

bax gözlənilən. Ürəklər çırpınaraq, gözlənən gün yetişdi. R.Rza.

GÖZLƏNİLƏN (ID - 15496)

sif. Baş verəcəyi, olacağı, törəyəcəyi qabaqcadan nəzərdə tutulan, təsadüfi olmayan. Gözlənilən cavab. - Ceyran düzü adlanan yerdə böyük xərclər hesabına başa gəlmiş yeni quyuların heç biri gözlənilən nəticəni verməmişdi....

GÖZLƏNİLMƏ (ID - 15497)

“Gözlənilmək” dən f.is.

GÖZLƏNİLMƏDƏN (ID - 15498)

zərf Gözlənilmədiyi halda, birdən, qəflətdən, xəbərsiz, qabaqcadan nəzərdə tutulmadan. Gözlənilmədən rastlaşma. - Çovutma bir güllə gözlənilmədən; Yapışır alnıma, yıxılıram mən. S.Vurğun. Qəflətən Möhsün müəllim...

GÖZLƏNİLMƏK (ID - 15499)

məch. 1. Olacağı təxmin edilmək, nəzərdə tutulmaq, olacağına, baş verəcəyinə inanılmaq. Axşam yağış gözlənilir.
2. Ciddi riayət edilmək, yerinə yetirilmək. Qayda-qanun lazımınca gözlənilmir. - Kolonda yeriş intizamı...

GÖZLƏNİLMƏYƏN (ID - 15500)

bax gözlənilməz. Gözlənilməyən təsadüf. Gözlənilməyən xəbər.
Bir-iki gün yatdıqdan sonra məlum oldu ki, xəstəliyi ciddidir və gözlənilməyən nəticələr verə bilər. B.Talıblı.

GÖZLƏNİLMƏZ (ID - 15501)

sif. Gözlənilmədən baş verən, xəbərsiz, nagahani, əvvəlcədən nəzərdə tutulmayan. Gözlənilməz təsadüf. Günlərin birində Turab gözlənilməz bir hadisənin şahidi oldu. M.Hüseyn. Qəmərlə Gülyanaq üçün Xanpərinin bu vədə...

GÖZLƏNİLMƏZLİK (ID - 15502)

is. 1. Birdən; gözlənilmədən baş vermə: nagahanilik. Gəlişin gözlənilməzliyi. Cavabın gözlənilməzliyi. Nəticənin gözlənilməzliyi. Gözlənilməz hadisə, iş; ehtimal.

GÖZLƏNMƏK (ID - 15503)

bax gözlənilmək 1-ci mənada. Həmədan qazısı və xətibin Bağdaddan Həmədana gəlməsi gözlənir. M.S.Ordubadi. Dağlar arasından keçdikcə hər addımda oğru, soyğunçu gözlənirdi. Mir Cəlal.

GÖZLƏNMƏYƏN (ID - 15504)

bax gözlənilməyən. Hakim ağzını yuxarı tutub, kişinin cır səsinə və ..gözlənməyən hünərinə şaqqıltı ilə gülməyə başladı. Çəmənzəminli.

GÖZLƏNMƏZ (ID - 15505)

bax gözlənilməz. Gözlənməz vəziyyət. - Kərimov gözlənməz halda sözünü dəyişdirib dedi.. H.Seyidbəyli.

GÖZLƏŞMƏ (ID - 15506)

“Gözləşmək” dən f.is. Tanışlığın ən ilk mərhələsi üçün təbii olan gözləşmə artır, bir-birinə yaxın oturanlar arasında isə söhbət başlayırdı. Ə.Əbülhəsən.

GÖZLƏŞMƏK (ID - 15507)

qarş. 1. Başqalarına hiss etdirmədən bir-birinə baxaraq göz vurmaq, gözlə işarə etmək. Bir-birilə gözləşmək.
Bəylər himləşib gözləşirlər. Ü.Hacıbəyov.
..Onlar bir-birilə bic-bic gözləşirdilər. S.Rəhimov.
2....

GÖZLƏTMƏ (ID - 15508)

“Gözlətmək” dən f.is.

GÖZLƏTMƏK (ID - 15509)

icb. Gözləməyə məcbur etmək və ya səbəb olmaq. Qapını açmayıb bayırda gözlətmək. - Bir saat soyuq eyvanda gözlətdikdən sonra xan [Hacı Məlikməmmədi] çağırtdırdı. Çəmənzəminli. [Qız:] Bağışla, səni çox gözlətdim....

GÖZLÜ (ID - 15510)

sif Gözü olan, görən. Şəfa tapıb qurtarmasın azardan; Heç gözlülər onun dərdin görməsin. Aşıq Ələsgər. [Həmədanlı tacir:] Gözlülər arasında işığa möhtac korlar var.. Çəmənzəminli.
...gözlü - 1) rəqəmlərə qoşularaq,...

GÖZLÜK (ID - 15511)

is. 1. Bir şeyi daha yaxşı görmək və ya gözü qorumaq üçün gözə taxılan şüşə alət: çeşmək, eynək. Qara gözlük taxmaq. - Mən gözlük qoyuram, gözlərim çox zəifdir, amma yoldaşlarımın gözləri çox salamatdı. C.Məmmədquluzadə....

GÖZLÜKÇÜ (ID - 15512)

is. Gözlük qayıran usta; eynəkçi, çeşməkçi.

GÖZLÜKLÜ (ID - 15513)

sif. 1. Gözündə gözlük olan, gözlük taxmış: eynəkli, çeşməkli. Gözlüklü qadın. Gözlüklü müəllim. - Gözlüklü qoca kitabları vərəqlədikcə toz qalxırdı. Çəmənzəminli.
Bax gözlüklü. Gözlüklü qapı. Gözlüyü...

GÖZLÜKSÜZ (ID - 15514)

1. sif. Gözlüyü olmayan, gözlük taxmamış; eynəksiz, çeşməksiz.
2. zərf Gözlük olmadan, gözlük taxmadan; eynəksiz, çeşməksiz. Gözlüksüz oxuya bilmirəm.

GÖZMUNCUĞU (ID - 15515)

is. Bədnəzərdən, gözəgəlmədən qorunmaq üçün taxılan ağxallı, qara muncuq. Boynuna gözmuncuğu taxmaq.
Ağ qoçların boyunlarından ara-sıra gözmuncuğu və yaşıl meşindən tikilmiş içi dualı üçkünc pitik asardılar. H.Sarabski....

GÖZMUNCUQLU (ID - 15516)

sif. Gözmuncuğu taxmış, gözmuncuğu olan. Gözmuncuqlu uşaq.

GÖZOTU (ID - 15517)

is. bot. Çəmənliklərdə bitən çiçəkli bir ot bitkisi.

GÖZSÜZ (ID - 15518)

sif Gözü görməyən, kor. Gözsüz qoca. // İs. mənasında. Bir həqiqətdir, iştə gözsüzlər; Kor olur, nuri-həqqi görməzlər. H.Cavid. ..Siz o zavallı gözsüzü xəstəxanaya aparırsınız, yaxud oradan gətirirsiniz. S.Hüseyn. // Zərf...

GÖZSÜZLÜK (ID - 15519)

is. Gözü görməyən adamın halı; korluq. Gözsüzlükpis dərddir. - |Məsmə:] [Ərimgil] gözsüzlük bədbəxtliyini, korluq fəlakətini özləri üçün bir nemət hesab edirdilər. S.Hüseyn.

GÖZUCU (ID - 15520)

zərf Gözünün ucu ilə; quşbaxışı, ötəri. Gözucu baxmaq. Gözucu süzmək. Qurbani gözucu onları gördü. “Qurbani”. Vaqif geyinib otaqdan çıxdı və yenə gözucu arvadını süzdü. Çəmənzəminli. Gözucu qıza diqqət eləyən...

GÖZÜAC (ID - 15521)

b a x acgöz. Gözüac uşaq.

GÖZÜACLIQ (ID - 15522)

b a x acgözlük.

GÖZÜAÇIQ (ID - 15523)

bax açıqgöz. Gözüaçıq adam. - İnmirə məhəlləsinin camaatı gözüaçıq camaat idi. N.Nərimanov. [Əmirxan Hidayətə:] Məni bağışla, anan səndən gözüaçıqdır. B.Bayramov.

GÖZÜAÇIQLIQ (ID - 15524)

bax açıqgözlülük. Usta bu oğlanın gözüaçıqlığını qiymətləndirərək:
Sən haqlısan, - dedi. Ə.Sadıq.

GÖZÜBAĞLI (ID - 15525)

sif. və zərf 1. Gözləri bağlanmış, sarınmış halda (olan). Əsiri gözübağlı gətirdilər.
2. məc. Heç bir şeydən xəbəri olmayan, bilikcə, zehni inkişafca, mədəniyyətcə geri qalmış (gözüaçıq əksi). Gözübağlı qalmaq....

GÖZÜBAĞLICA (ID - 15526)

sif və zərf Gözü bağlı olduğu halda, gözlərini yumaraq; gözüyumulu. Təzəpristav kəndlilər üçün gözübağlıca misalında idi. Ə.Vəliyev. //bax gözübağlı.

GÖZÜBAĞLICALIQ (ID - 15527)

b a x gözübağlılıq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed