
GÖZ-QAŞ top. Gözlər və qaşlar bir yerdə. Göz-qaşı qara qız. - Dağların başı qardır; Ustündə daşı vardır; Burdan keçən gözəlin; Əcəb göz-qaşı vardır. (Bayatı). [Qurban:] Mən kimdən əskiyəm? Bu mənim qəddü qamətim, bu mənim göz-qaşım. Ə.Haqverdiyev. □ Göz-qaş atmaq - bax gözqaş etmək (eləmək). Hər gün bir “afətə” göz-qaş atdı o; Mənsəbin gücünə at oynatdı o.. B.Vahabzadə. Göz-qaş etmək (eləmək)
göz və qaşlarının hərəkətilə işarə etmək, bildirmək, xəbər vermək. [Nazlı:] Bizdə belədir. Elə ki oğlan ürəyinə yatdı, əvvəlcə ona göz-qaş elə. Ə.Məmmədxanlı. [Rəşid:] Anam mənə göz-qaş eləyib, çardağın dalına çağırdı. İ.Hüseynov. Göz-qaşını oynatmaq - gözlərini, qaşlarını, üz əzələlərini tərpədərək ədabazlıq etmək, oyun çıxartmaq. Paylaşın - Hamı bilsin
|