İzahlı lüğət

GENƏLDİLMƏK (ID - 14528)

məch. Gen hala salınmaq, eninə artırılmaq, gen edilmək, enliləşdirilmək.

GENƏLMƏ (ID - 14529)

"Genəlmək” dən f.is. Damarların genəlməsi.

GENƏLMƏK (ID - 14530)

f. 1. Gen hala düşmək, eninə böyümək, enliləşmək, genləşmək. Jaket çox geyildiyindən genəlib. Ayaqqabı genəldi. Gen şəkil almaq, gen olmaq, daha da enliləşmək. Aşağıdan dar, yuxarı getdikcə genələn və hər iki tərəfdən...

GENƏLTDİRMƏ (ID - 14531)

“Genəltdirmək” dən f.is.

GENƏLTDİRMƏK (ID - 14532)

“Genəltmək” dən icb. Paltosunu dərziyə verib genəltdirmək.

GENƏLTMƏ (ID - 14533)

“Genəltmək” dən f.is.

GENƏLTMƏK (ID - 14534)

f. 1. Gen etmək, eninə böyütmək, gen hala salmaq. Paltarı genəltmək. Şalvarın belini genəltmək. // Geyib böyütmək, enlətmək. Cemperi geyib genəltmək. // Dərman və s. təsiri ilə genişlətmək, enlətmək. Iynə vurub damarları...

GENİŞ (ID - 14535)

sif. 1. Eni çox olan, gen (dar əksi). Geniş alın. Geniş eyvan. Geniş küçə. Geniş arx.
Sahə etibarilə çox böyük. Geniş tarla. Geniş çöllər. Geniş düzənlik. - Mil düzü, Mil düzü, geniş Mil düzü! Eşit ürəyimdən gələn...

GENİŞALINLI (ID - 14536)

sif. Alnı geniş olan, enli olan. Genişalınlı kişi.

GENİŞEKRANLI (ID - 14537)

sif. Ekranı geniş olan. Genişekranlı kinoteatr. // Geniş ekran üçün olan. Genişekranlı film.

GENİŞKÖKSLÜ (ID - 14538)

sif. Köksü enli olan; genişsinəli. Genişkökslü gənc. - Məmməd bəy on iki-on üç yaşında, alagözlü, qumral saçlı, genişkökslü, şümal bir oğlandı. Çəmənzəminli. Kərim baba .. genişkökslü bir qoca idi. A.Şaiq.

GENİŞQƏLBLİ (ID - 14539)

sif. Urəyi, qəlbi geniş olan; ürəyiaçıq, açıqürəkli, comərd, səmimi. Genişqəlbli adam. - [Xədicə] olduqca xoşsöhbət, eyi təbiətli, genişqəlbli, munis və mehriban bir qız idi. S.Hüseyn.

GENİŞQƏLB(Lİ)LİK (ID - 14540)

is. Genişqəlbli adamın keyfiyyəti; ürəyiaçıqlıq, açıqürəklilik, comərdlik, səmimilik.

GENİŞLƏDİLMƏ (ID - 14541)

“Genişlədilmək” dən f.is.

GENİŞLƏDİLMƏK (ID - 14542)

b a x genişləndirilmək.

GENİŞLƏNDİRİCİ (ID - 14543)

sif. xüs. Geninə böyüdən, enlədən, genişləndirən. Yeni kəşfiyyat quyusu turbin-rotor üsulu ilə, 12 düyməli və genişləndirici baltalarla qazılacaqdır. (Qəzetlərdən).

GENİŞLƏNDİRİLMƏ (ID - 14544)

“Genişləndirilmək” dən f.is. Hüquqların genişləndirilməsi.

GENİŞLƏNDİRİLMƏK (ID - 14545)

məch. 1. Geniş hala salınmaq, daha geniş edilmək. Yol genişləndirildi. Əkin sahəsi xeyli genişləndirilmişdir.
2. Böyüdülmək, artırılmaq. Ticarət şəbəkəsi genişləndirilmişdir.

GENİŞLƏNDİRMƏ (ID - 14546)

“Genişləndirmək” dən f.is.

GENİŞLƏNDİRMƏK (ID - 14547)

f 1. Genəltmək, eninə daha da böyütmək. Yolu genişləndirmək. Hüdudları genişləndirmək. - Yazda güclü sel gəldiyindən çay daşmış, yatağını xeyli genişləndirmişdi. Ə.Vəliyev.
Sayca artırmaq, böyütmək, daha da artırmaq,...

GENİŞLƏNMƏ (ID - 14548)

“Genişlənmək” dən fis.

GENİŞLƏNMƏK (ID - 14549)

f 1. Daha geniş olmaq, genəlmək, böyümək. [Şiraslan] ..çaylar arası ilə genişlənib yayılan düzənləri görürdü. S.Rəhimov. Anbardan ağ, dolu torbalar azalır, yer genişlənirdi. Mir Cəlal. Göz bəbəkləri ixtiyarsız olaraq genişləndi....

GENİŞLƏTDİRMƏ (ID - 14550)

“Genişlətdirmək” dən f.is.

GENİŞLƏTDİRMƏK (ID - 14551)

bax genişlətmək.

GENİŞLƏTMƏ (ID - 14552)

“Genişlətmək” dən f.is.

GENİŞLƏTMƏK (ID - 14553)

b ax genişləndirmək.

GENİŞLİK (ID - 14554)

is. 1. Geniş şeyin halı, geniş olma. Yerin genişliyi. Meydanın genişliyi.
Açıqlıq, düz yer. Küçə genişliyə çıxır.
məc. Azadlıq, sərbəstlik. [Züleyxanın] qəlbi genişlik istədiyi halda, özü dar gölməçələrdə...

GENİŞÜRƏKLİ (ID - 14555)

bax genişqəlbli. Genişürəkli adam. - Züleyxa xala genişürəkli, səxavətli bir qadındır. M.Dilbazi.

GENİŞHƏCMLİ (ID - 14556)

sif Həcmi geniş olan; irihəcmli.

GENİŞCƏ (ID - 14557)

sif Bir qədər geniş, azca geniş. Genişcə otaq. // Çox geniş, olduqca geniş. Genişcə bir çöl ki, dənizdən kənar; Günəşin altında od tutub yanar. S.Vurğun.

GENKÜRƏK(Lİ) (ID - 14558)

sif. Kürəyi gen olan; enlikürək(li). Genkürək oğlan.

GENLİK (ID - 14559)

is. Gen şeyin halı; genişlik.

GENOSİD (ID - 14560)

[yun. geniş və lat. caederedən “nəsli, tayfanı məhv etmə”] Irqi, milli və ya dini səbəblərə görə əhalinin ayrı-ayrı qruplarının məhv edilməsi. Genosid bəşəriyyətə qarşı ən ağır bir cinayətdir.

GENTUMAN(LI) (ID - 14561)

1. sif Tumanı gen olan, gen tuman geymiş (qadın haqqında).
2. Is. mənasında. məc. Geridə qalmış, avam, cahil, mədəniyyətsiz (qadın haqqında).

GENCƏ (ID - 14562)

bax genişcə.

geo... (ID - 14563)

[yun. ge - yer] Bir sıra xarici sözlərin (isim və sifətlərin) qabağında, onlara yer, Yer kürəsi, yer qabığı mənası verən önlük; məs.: geobotanika, geologiya, geofizika.

GEOBOTANİKA (ID - 14564)

[yun.] Botanikanın, coğrafi mühitdən (torpaq, iqlim xüsusiyyətlərindən və s. amillərdən) asılı olaraq bitkilərin Yer kürəsində yayılmasını, tərkib və növ dəyişməsini öyrənən bəhsi.

GEODEZİYA (ID - 14565)

is. [yun.] Yerin ölçülərini, formasını, qravitasiya sahəsini və səthindəki ölçüləri öyrənən elm sahəsi.

GEODEZİYAÇI (ID - 14566)

is. Geodeziya mütəxəssisi.

GEODEZİST (ID - 14567)

ba x geodeziyaçı.

GEOKİMYA (ID - 14568)

[yun. geo və ər. əlkimya] Yerin kimyəvi tərkibi və Yer qabığında kimyəvi elementlərin yayılması və yerdəyişməsi qanunları haqqında elm.

GEOKİMYƏVİ (ID - 14569)

[yun. geo və ər. kimyəvi] Geokimyaya aid olan, geokimya ilə əlaqədar olan. Geokimyəvi tədqiqat.

GEOLOQ (ID - 14570)

[yun.] Geologiya mütəxəssisi.

GEOLOJİ (ID - 14571)

[yun.] sif. Geologiyaya aid olan, geologiya ilə əlaqədar olan. Geoloji xəritə. // Yerin tarixinə, Yer qabığına aid olan. Geoloji dövr. Geoloji kəşfiyyat (bir yerdə olan faydalı qazıntıları öyrənmək məqsədilə aparılan geoloji tədqiqat,...

GEOLOGİYA (ID - 14572)

[yun.] Yerin quruluşu, tərkibi, tarixi, yerdə üzvi həyatın tarixi və faydalı qazıntıların yerdəyişməsi haqqında elm.

GEOMORFOLOJİ (ID - 14573)

[yun.] sif. Geomorfologiyaya aid olan, geomorfologiya ilə əlaqədar olan. Geomorfoloji tədqiqat.

GEOMORFOLOGİYA (ID - 14574)

[yun.] Fiziki coğrafıyanın, yer səthinin relyefıni və onun inkişaf tarifini öyrənən bəhsi.

GEOFİZİK (ID - 14575)

[yun.] Geofızika mütəxəssisi.

GEOFİZİKA (ID - 14576)

[yun.] Yerin fiziki xüsusiyyəti və onda gedən fiziki proseslər haqqında elmlərin məcmusu.

GEOFİZİKİ (ID - 14577)

sif. Geofizika ilə əlaqədar olan, geofizikaya aid olan. Geofiziki tədqiqat üsulları. Geofiziki rəsədxana.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed