İzahlı lüğət

GƏTİRİCİ (ID - 14828)

1. is. köhn. Malını dükanda deyil, gəzdirərək satan, ayaq üstə alver edən adam; küçə alverçisi. Bir gün gətiricidən bir baş pendirə ancaq bir manat 30 qəpik verdim. C.Məmmədquluzadə.
Sif. xüs. Axıdıb gətirən, çatdıran,...

GƏTİRİLMƏ (ID - 14829)

“Gətirilmək” dən f.is.

GƏTİRİLMƏK (ID - 14830)

“Gətirmək” dən məch. Axşam satılan oğurluq maldan pristavın payı gətirilib qumar oynadığı yerdə özünə verildi. Ə.Haqverdiyev. Neçə gün idi ki, bazara ət gətirilməmişdi. S.Hüseyn. Mollayev təzəcə gətirilmiş (f.sif.) çaya...

GƏTİRMƏ (ID - 14831)

1. “Gətirmək” dən f.is.
2. sif. mənasında. Başqa yerdən gətirilən, alınan. Gətirmə mal. Qaz çəkilməsi dövlət üçün hər il yüz milyonlarla manat vəsaitə, milyonlarla ton gətirmə kömürə qənaət etmək deməkdir.

GƏTİRMƏK (ID - 14832)

f. 1. Bir şeyi əlinə götürərək, yaxud dalına yükləyərək olduğu yerdən başqa yerə köçürtmək, çatdırmaq (aparmaq ziddi). Nənəxanım suyu gətirib, aftafada küncə qoydu və palazları geri qatladı. Çəmənzəminli. Günorta üstü...

GƏTİRTDİRMƏ (ID - 14833)

“Gətirtdirmək” dən f.is.

GƏTİRTDİRMƏK (ID - 14834)

b ax gətirtmək.

GƏTİRTMƏ (ID - 14835)

“Gətirtmək” dən f.is.

GƏTİRTMƏK (ID - 14836)

icb. Məcburiyyət altında gətirmək, zorla gətirmək, başqası vasitəsilə gətirmək. Kitabları gətirtmək. - Əlbəttə, Veys həbsə almaq üçün gətirtdiyi adamlarla elə belə fənərin altında da durub danışa bilərdi. Ə.Əbülhəsən....

GƏTİZDİRMƏ (ID - 14837)

“Gətizdirmək” dən f.is.

GƏTİZDİRMƏK (ID - 14838)

b ax gətirtmək.

GƏVƏLƏMƏ (ID - 14839)

“Gəvələmək” dən f.is.

GƏVƏLƏMƏK (ID - 14840)

f Könülsüz, iştahasız, ağzından tökülə-tökülə yemək; çeynəmək. Kazımın oğlu yavan çörəyi gəvələyərək qaşqabağını salladı. Çəmənzəminli. [Xalıqverdi] ..çarıqlarını soyunub corablarını qurutdu, axırda da çörəyi...

GƏVƏN (ID - 14841)

is. bot. Quraqlıq yerlərdə bitən, alçaqboylu, kitrəli, çox vaxt tikancıqlı yarpaqları zəif inkişaf etmiş ot və ya kol bitkisi. Gəvəni ancaq dəvə yeyər. - Gəvən kolu nədir ki, kölgəsi də nə olsun. (Ata. sözü). Bu dərənin gəvəni;...

GƏVƏNNƏŞMƏ (ID - 14842)

“Gəvənnəşmək” dən f.is.

GƏVƏNNƏŞMƏK (ID - 14843)

f Sallanmaq, aşağı əyilmək (ağac və budaqları haqqında).

GƏVƏŞ (ID - 14844)

is. dan. Raxit xəstəliyinin xalq arasında işlənən adı.

GƏVƏZƏ (ID - 14845)

is. Çoxdanışan, lağlağı, boşboğaz, yanşaq, naqqal. Sən demə bu yanşaq gəvəzənin biri imiş. “Koroğlu”. // Sif. mənasında. Gəvəzə adam. - Nəpisdi, bu səsə qatıb səsini; Gəvəzə qarğalar tərif yazsalar. M.Araz.

GƏVƏZƏLƏMƏ (ID - 14846)

“Gəvəzələmək” dən f.is.

GƏVƏZƏLƏMƏK (ID - 14847)

f Çox danışmaq, naqqallıq etmək, yanşaqlıq etmək, boşboğazlıq etmək. Bu gün çox gəvəzələdin.

GƏVƏZƏLİK (ID - 14848)

is. Naqqallıq, yanşaqlıq, lağlağılıq, boşboğazlıq, çox danışma xasiyyəti. Zeynalın gəvəzəliyi bitməyirdi. A.Şaiq. Gəvəzəlik etmək - çox danışmaq, boşboğazlıq etmək, naqqallıq etmək.

GƏYAN (ID - 14849)

sif. məh. 1. Yarıqaranlıq, tam aydın, işıq olmayan. Gəyan gecə.
2. İkirəng, iki rəngdə olan. Gəyan at.

GƏYİRİK (ID - 14850)

bax gəyirmə 2-ci mənada.
□□ Gəyiriyi azmaq - mədənin pozulması nəticəsində həddən artıq gəyirmək.

GƏYİRMƏ (ID - 14851)

1. “Gəyirmək” dən f.is.
Mədədə əmələ gələn qazların, bəzən də mədədəki qidanın hissəcikləri ilə birlikdə ağızdan çıxması; gəyirti, gəyirik.

GƏYİRMƏK (ID - 14852)

f Mədədə əmələ gələn qazları, bəzən də qidanın hissəciklərini ağıza qaytarmaq. Bir az yedikdən sonra Teymur ağzını mollanın lap burnunun qabağına tutub bərkdən gəyirir. “M.N.lətif.” Səttar kişi şirin çayı içib stəkanı...

GƏZ1 (ID - 14853)

is. klas. Dəfə, kərə. Min can olaydı kaş məni-dilşikəstədə; Ta hər birilə bir gəz olaydım fədasına. Füzuli. Müddətdi həsrətəm bir gəz bəri bax; O xan gözlərinin sədəqəsi canım. Q.Zakir.

GƏZ2 (ID - 14854)

is. Püstə, badam və ya qozdan hazırlanan kövrək şirniyyat növü.

GƏZ3 (ID - 14855)

is. məh. Ağac, şalban və s.-nin başında yarıq, çapıq, haça yer.

GƏZDƏK (ID - 14856)

is. Dağ təpəsində çökək yer.

GƏZDİRİLMƏ (ID - 14857)

"Gəzdirilmək” dən f.is.

GƏZDİRİLMƏK (ID - 14858)

"Gəzdirmək” dən məch.

GƏZDİRMƏK (ID - 14859)

f 1. Birisinin əlindən tutaraq, ya qucağına götürərək, yaxud miniyə mindirərək, yaxud da yanınca özü ilə bərabər hərəkət etdirmək. Uşağı bağda gəzdirmək. Körpəni gəzdirmək. Uşaqları maşında, faytonda gəzdirmək. - [Əhmədi]...

GƏZƏL (ID - 14860)

is. Nar qabığı (keçmişdə rəngboya almaq üçün işlənirdi). Gəzəl əllərimi qaraldıb. - Şəhriyarın ürəyi də yarılmış bir nara bənzər; Tökülüb dənə sözləri, qalıb quruca gəzəli. Şəhriyar.

GƏZƏLİ (ID - 14861)

sif. Gəzəl rəngli, nar qabığına bənzər rəngi olan. Paltarı gəzəli rəngdədir.

GƏZƏLLƏMƏ (ID - 14862)

“Gəzəlləmək” dən f.is.

GƏZƏLLƏMƏK (ID - 14863)

f Gəzəl suyunda boyamaq, nar qabığı ilə rəngləmək. İpliyi gəzəlləmək.

GƏZƏN1 (ID - 14864)

is. köhn. Gön kəsmək üçün keçmişdə başmaqçıların işlətdikləri iti alət, bıçaq.

GƏZƏN2 (ID - 14865)

f.is. 1. Hərəkət edən, yeriyən. Gəzən xəstələr. - Gəzən ayağa daş dəyər. (Ata. sözü). Bu döyüşdü - əzilən var, əzən var; Olüm hökmü qoltuğunda gəzən var. M.Araz.
2. Bax gəzəyən. Gəzən qadın. - Gəzən şələ...

GƏZƏNƏ (ID - 14866)

bax gicitkən.

GƏZƏNGİ (ID - 14867)

is. bot. Əsasən badam ağacının tutulduğu xəstəlik; pas. Badam bitkisi gəzəngi (pas), yarpaqların yanması, bürüşməsi və meyvələrin çürüməsi kimi xəstəliklərə tutulur. İ.Axundzadə.

GƏZƏNTİ (ID - 14868)

sif. Daim bir yerdən başqa yerə hərəkət edən, köçən.

GƏZƏRGİ (ID - 14869)

sif. Başqa yerlərdə gəzərək işləyən, gəzərək özünə iş tapan; səyyar. Gəzərgi fəhlə. Gəzərgi fotoqraf. Gəzərgi usta. [Dərviş:] Ey Əhməd, dərviş gəzərgi olar. (Nağıl).

GƏZƏYƏN (ID - 14870)

sif. 1. Gəzməyi çox sevən, evdə oturmağa qərar tapmayan (qadın haqqında). Gəzəyən qızdan gəlin olmaz. (Ata. sözü). Mollanın çox gəzəyən bir arvadı var imiş.. “M.N.lətif.” Camalın anası gəzəyən Pəri; Tələsmiş özünü...

GƏZƏYƏNLİK (ID - 14871)

is. 1. Gəzəyən adamın xasiyyəti.
məc. Əxlaqca yüngüllük.

GƏZİCİ (ID - 14872)

sif. Hərəkət edən, bir yerdə dayanmayan; gəzən. Bu aralıq salam verən gəzici bir ixtiyar; Qoyun mən danışım, dedi, - siz də edin tamaşa. S.Vurğun.

GƏZİLMƏ (ID - 14873)

“Gəzilmək” dən f.is.

GƏZİLMƏK (ID - 14874)

məch. Axtarılmaq, soraq edilmək. Zülfi-siyah içində sərgəştə könül itdi; Çinü Həbəş gəzildi, tapılmadı sorağı. Q.Zakir.

GƏZİNİŞ (ID - 14875)

bax gəzinti.

GƏZİNİŞMƏ (ID - 14876)

“Gəzinişmək” dən f.is.

GƏZİNİŞMƏK (ID - 14877)

f Birlikdə gəzinmək, dolanmaq (çoxları haqqında). Uşaqlar gəzinişirlər.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed