GÜCƏNDİRMƏ (ID - 15628)“Gücəndirmək” dən f.is.
|
GÜCƏNDİRMƏK (ID - 15629)icb. Gücənməyə, güc sərf etməyə məcbur etmək.
|
GÜCƏNMƏ (ID - 15630)“Gücənmək” dən f.is.
|
GÜCƏNMƏK (ID - 15631)f. 1. Güc sərf etmək, güc vurmaq. Stolu qaldırmaq üçün gücənmək. ..Deyib Hacı birdən bərk-bərk gücəndi; Yumruğu Əjdərin ağzına endi. H.K.Sanılı.
2. məc. Cəhd etmək, çox çalışmaq. Sərdar Rəşid bu son sözümün cavabını... |
GÜCLƏMƏ (ID - 15632)“Gücləmək” dən f.is.
|
GÜCLƏMƏK (ID - 15633)bax gücənmək. At çarmıxdan azad olannan sora istədi bir gücləsin, gördü yox, üstündəki can bu canlardan deyil. (Nağıl).
|
GÜCLƏNDİRİCİ (ID - 15634) |
GÜCLƏNDİRMƏ (ID - 15635)“Gücləndirmək” dən f.is.
|
GÜCLƏNDİRMƏK (ID - 15636) |
GÜCLƏNMƏ (ID - 15637) “Güclənmək” dən f.is.
|
GÜCLƏNMƏK (ID - 15638) f 1. Gücü, qüvvəsi daha da artmaq; qüvvətlənmək. Qoşun daha da gücləndi. - [Həsən Paşa dedi:] Xotkar sağ olsun, Koroğlu bu saat çox güclənib. “Koroğlu”.
2. Şiddəti, gücü artmaq. Qar güclənir. Külək get-gedə güclənir,... |
GÜCLÜ (ID - 15639)sif 1. Fiziki qüvvəsi çox olan, fiziki cəhətdən inkişaf etmiş; qüvvəli (insan və heyvan haqqında). Güclü adam. Güclü at. - Qollar güclü, qollar gərgin, ağır daşlar; Qaldırılır üfüqlərə. M.Müşfiq. [Sevinc:] Bu mübarizədə...
|
GÜCLÜK (ID - 15640)is.: güclük çəkmək - çətinlik çəkmək, səy etmək, çalışmaq. Uşaq cavab verməkdə güclük çəkirdi. - [Ceyran:] [Eldar] məni məşğul etmək üçün söhbət mövzusu bulmaqda güclük çəkirdi. S.Hüseyn.
|
GÜCLÜLÜK (ID - 15641) |
GÜCÖLÇƏN (ID - 15642)bax qüvvətölçən.
|
GÜCÖTÜRÜCÜ (ID - 15643)is. xüs. Gücü bir aqreqatdan başqa bir aqreqata, aqreqatın bir hissəsindən digər hissəsinə ötürmək üçün qayış, val və s.
|
GÜCSÜZ (ID - 15644)sif 1. Gücü, fiziki qüvvəsi olmayan və ya az olan, fiziki cəhətdən inkişaf etməmiş; qüvvəsiz. Gücsüz adam. - [Adil:] Biz [atama] sığınırdıq, onun gücsüz əlindən güc alırdıq. B.Bayramov. // İs. mənasında. Gücsüz, qüvvətsiz...
|
GÜCSÜZLÜK (ID - 15645)is. Gücsüz adam və ya şeyin keyfiyyəti: qüvvətsizlik, zəiflik. [Pərşan Sənubərə:] And içmək də ağlamaq kimi gücsüzlük, iradəsizlik əlaməti deyilmi? B.Bayramov.
|
GÜCÜRLƏMƏK (ID - 15646)f Güclə məcbur etmək.
|
GÜDAZ (ID - 15647)[fars. ]: güdaza vermək - birinin məhvinə, yoxa çıxmasına, fəlakətə uğramasına səbəb olmaq. [Yasəmən:] Demədimmi nahaq yerə özünü güdaza verəcəkdir. S.S.Axundov. Gözüm su içməyir İlyasdan,
düzü; Beləsi güdaza tez... |
GÜDƏ (ID - 15648)dan. bax gödək.
|
GÜDƏBOY(LU) (ID - 15649) dan. bax gödəkboy(lu). Bu arvad güdəboy, adətdənkənar yoğun bir adam idi. Çəmənzəminli.
|
GÜDƏLMƏ (ID - 15650)“Güdəlmək” dən f.is.
|
GÜDƏLMƏK (ID - 15651)dan. b a x gödəlmək. Söylə mənə: vəzarəti-milliyəniz düzəldimi? Ya uzun əl, uzun papaq qıssalaşıb güdəldimi? M.Ə.Sabir.
|
GÜDMƏ (ID - 15652)“Güdmək” dən f.is.
|
GÜDMƏK (ID - 15653)f 1. Gizlicə birinin dalınca baxmaq, gözdən qoymamaq; gözləmək. O, yolda adam qoymağa, Qədimin yolunu güdməyə başladı. S.Rəhimov. Səni tale günəşim güdməklə; Keçməsin qorxulu vadilərdən. M.Müşfiq.
2. Qorumaq, mühafizə... |
GÜDÜK (ID - 15654)is. dan. Güdmə, güdmək işi. Güdükdə durmaq (olmaq) - dayanıb, gizlənib güdmək. Mən bağa girib oynayacağam, siz güdükdə olun. (Nağıl).
|
GÜDÜKÇÜ (ID - 15655)is. Güdən, keşik çəkən adam, gözətçi.
|
GÜDÜLMƏ (ID - 15656)“Güdülmək” dən fis.
|
GÜDÜLMƏK (ID - 15657)“Güdmək” dən məch.
|
GÜHƏR (ID - 15658)klas. b a x gövhər. Yüz elm oxusan axırı avarə qalarsan: Baxmazlar sənin dürlü gühərin var. M.Ə.Sabir.
|
GÜL (ID - 15659)is. [fars.] 1. Çiçək (danışıqda “qızılgül” mənasında da işlənir). Ağaclar gül açıb. Gül dərmək. - ..Bir dəstə gül olaydım; Asılaydım yaxannan. (Bayatı). Bir gül ilə bahar olmaz. (Ata. sözü). ..Hər gülün, hər çiçəyin...
|
GÜLAB (ID - 15660)is. [fars.] Qızılgül yarpaqlarını distillə etmək yolu ilə alınan ətirli maye, gül suyu. Gülab çəkmək. Üzünə gülab səpmək. - Ənbər etmiş torpağın adın, suyun ismin gülab. Füzuli. Xanım Şəmsiyyə gülab kimi ətir qoxuyurdu....
|
GÜLABDAN, GÜLABZƏN, GÜLABPUŞ (ID - 15661) is. [fars.] Gülab saxlamaq üçün aşağısı girdə, boğazı dar, uzun və qəşəng formalı çini, ya metaldan qab; gülabqabı, gülabsüzən. ..Mərsiyəxan gülabdanı alıb ətirləndi. Çəmənzəminli. Dərhal xəlifə .. mis satıllarda...
|
GÜLABQABI (ID - 15662)bax gülabdan.
|
GÜLABSÜZƏN (ID - 15663)bax gülabdan. ..Güldanlar, gülabsüzən, hər cürə qədəh və fincanlar, arvad kəməri, bilərzik, gərdənbənd və sairəni Şahbəy tərifləyə-tərifləyə demişdi.. Ə.Əbülhəsən.
|
GÜLBAZ (ID - 15664)is. [fars.] Gül əkməyi, gül becərməyi, ümumiyyətlə, gülü çox sevən adam; çiçəkbaz.
|
GÜLBAZLIQ (ID - 15665)is. Gül əkməyi, gülü becərməyi, ümumiyyətlə, gülü çox sevmə; çiçəkbazlıq. Əlisa arada söhbət zamanı özünün gülbazlığından ağsaqqal həkimə də söhbət açmış, .. düzəltdiyi güllüyü də ayrıca ona tərifləmişdi....
|
GÜLBƏDƏN(Lİ) (ID - 15666) sif. və is. Klassik Azərbaycan poeziyasında gözəlin epitetlərindən (sifətlərindən) biri. Neyləmişəm inciyibsən; Yenə, ey gülbədən, məndən. Q.Zakir.
|
GÜLBƏNİZ(Lİ) (ID - 15667)bax gülüzlü.
|
GÜLCAMAL(LI) (ID - 15668) [fars.] bax gülüzlü.
|
GÜL-ÇİÇƏK (ID - 15669) top. Gül və çiçəklər. Yaz kimi qoynunu açsın gələcək; Yollara gül-çiçək saçsın gələcək! M.Müşfiq.
|
GÜL-ÇİÇƏKLİ(LƏR) (ID - 15670) cəm, bot. Ağac, kol, otşəkilli müxtəlif bitkilərin daxil olduğu fəsilənin adı. Gül-çiçəklilər fəsiləsi.
|
GÜLÇÖHRƏ (ID - 15671)[fars.]bax gülüzlü. Gülçöhrə sənəmlər oldular cəm; Hər bir sənəmin əlində bir şəm. Füzuli.
|
GÜLÇÜ (ID - 15672)is. 1. Gül əkməklə, gül becərməklə məşğul olan adam. Gülçü bağban.
2. Gül satan adam, gül mağazası işçisi. |
GÜLÇÜLÜK (ID - 15673)is. 1. Gülçünün peşəsi, məşğuliyyəti.
2. Kənd təsərrüfatının gül əkib becərməklə məşğul olan sahəsi. Gülçülük gəlirli sahədir. Gülçülüyü inkişaf etdirmək. Gülçülük sovxozu. |
GÜLDAN (ID - 15674)is. [fars.] 1. Dərilmiş gülü qoymaq üçün müxtəlif formalı qab; gülqabı. Güldana su tökmək. - [Vaqif] qarşısındakı mina güldanın içindəki novruzgülü və bənövşələri götürüb qoxuladı. Çəmənzəminli. Şair çiçəkləri...
|
GÜLDƏSTƏ (ID - 15675)is. [fars.] Gül, çiçək dəstəsi. Lalədən, yasəməndən güldəstə bağladılar. S.Rüstəm. Vüqarım ucadır Qoşqar dağından; Güldəstə tutmuşam əməl bağından. M.Rahim.
|
GÜLDƏFNƏ (ID - 15676)is. bot. Dəfnə ağacı.
|
GÜLDÜRMƏ (ID - 15677)"Güldürmək” dən f.is.
|
Bu səhifə dəfə baxılıb