GEPARİN (ID - 14578)is. [yun.] tib. Qanın axmasının qarşısını alan dərman preparatı.
|
GERB (ID - 14579)[pol. herb, alm. erbe - irs] Bir dövlətin, şəhərin, nəslin, silkin və s.-nin bayraq, pul, möhür və s. üzərində təsvir olunan fərqləndirmə nişanı. Dövlət gerbi haqqında Konstitusiya Qanunu. Azərbaycanın Dövlət gerbi ilə bağlı...
|
GERÇƏK (ID - 14580)1. zərf Doğru, düz, həqiqi. Zülfünə zülməti-dövran dedilər, gerçək imiş; Ləbinə çeşmeyi-heyvan dedilər, gerçək imiş. S.Ə.Şirvani. // Həqiqətən, əslində. Sən ki bir əqrəb imişsən gerçək; Bu zəhərlər, bu tikənlər...
|
GERÇƏKDƏN (ID - 14581)zərf Doğrudan, ciddi (olaraq). Gerçəkdən hirslənmək. Gerçəkdən demək.
|
GERÇƏKLƏMƏ (ID - 14582)“Gerçəkləmək” dən f.is.
|
GERÇƏKLƏMƏK (ID - 14583)f Həqiqətə çevirmək, bir şeyi doğrudan-doğruya etmək. [Qurban:]
Ay qarı, deyəsən axı, sən gerçəkləyirsən. Ə.Haqverdiyev. Cavanşir özünü tamamilə itirdi. “Bu qız deyəsən, lap gerçəklədi “ - deyə xəyalından keçirdi.... |
GERÇƏKLƏNMƏ (ID - 14584)“Gerçəklənmək” dən
|
GERÇƏKLƏNMƏK (ID - 14585)f. Gerçək olmaq, düz çıxmaq, həqiqət olmaq. Bənövşə çiçəkləndi; Yarpağı ləçəkləndi; Yatdığı yalan oldu; Ölümü gerçəkləndi. (Bayatı).
|
GERÇƏKLƏŞMƏ (ID - 14586)“Gerçəkləşmək” dən f.is.
|
GERÇƏKLƏŞMƏK (ID - 14587) f. Gerçəklənmək, gerçək hala gəlmək, reallaşmaq, həqiqətə çevrilmək. [Oğlan] ..işin gerçəkləşdiyini .. dərk edib, atasının Marala zəng etməyinə mane olmaq istəyirdi. Ə.Əbülhəsən.
|
GERÇƏKLİK (ID - 14588)is. 1. Həqiqət, həqiqi varlıq, reallıq. 0üur gerçəkliyi əks etdirir.
Doğruluq, həqiqilik, düz çıxma; ciddilik. |
GERİ (ID - 14589)1. zərf Arxa tərəfə, dala, dal tərəfə. [Qaçay] bir neçə addım gedəndən sonra istədi qanrılıb geri baxsın. İ.Məlikzadə.
is. Ard, dal, davam, mabəd. Şerin gerisini oxumaq. - Toğrul Qətibənin bu sözlərini eşidəndən sonra,... |
GERİLƏMƏ (ID - 14590)1. “Geriləmək” dən f.is.
2. Gerilik. Başqa idarələrdən gəlmiş bu teleqramların hamısında “Geriləməni tezliklə ləğv edinizI” - deyə şəxsən Tərlanı hədələyirdilər. M.Hüseyn. |
GERİLƏMƏK (ID - 14591)f 1. Geri çəkilmək. [Gülsabah:] [Gülər] qorxdu, o qorxaqcasına gerilədi, döndü, qaçdı. C.Cabbarlı. Mehriban [Zeynalı] elə halda görüncə qorxub gerilədi. S.Hüseyn.
məc. İnkişafdan qalmaq, qabağa getməmək, geri qalmaq, tənəzzül... |
GERİLƏTMƏ (ID - 14592)“Gerilətmək” dən fis.
|
GERİLƏTMƏK (ID - 14593)f Geri qalmasına, geri getməsinə səbəb olmaq; geri qoymaq.
|
GERİLİK (ID - 14594)is. Geri olma, geri qalma; inkişafsızlıq, cəhalət. Ədib [“Pir” hekayəsində] bir sıra canlı bədii surətlərdə köhnə feodal Azərbaycanın mənzərəsini məharətlə yaradır, mövhumatın, geriliyin törətdiyi cinayət və fəlakətləri...
|
GERMAN (ID - 14595)Hind-Avropa dillər ailəsinə mənsub olan dil qruplarından biri.
|
GERMANİSTİKA (ID - 14596)German dilləri və ədəbiyyatı haqqında elm.
|
GERMANİZM (ID - 14597)[lat.] German dillərindən alınmış söz və ya ifadə.
|
GERMETİK (ID - 14598)sif Hava keçirməyən, kip.
|
GERZE (ID - 14599)is. Qədim Misirdə qəbiristan.
|
GESTAPO (ID - 14600)[alm.] Hitler Almaniyasında gizli polis. Indi isə [mehmanxana] faşistlərin gestapo idarəsi idi, .. minlərlə adama burada divan tutulurdu. S.Vəliyev. Kəsib hər bərəni, pusub hər yolu; Gestapo dörd gözlə gəzir onları. B.Vahabzadə.
|
GESTAPOÇU (ID - 14601)is. Gestapoda xidmət edən adam (b ax gestapo). Hər gecə gestapoçular bizim yatdığımız daxmalara gəlirlər.. Ə.Məmmədxanlı. Kəsilir cığırlar... Gestapoçular; Düşür igidlərin ləpirlərinə. B.Vahabzadə.
|
GET (ID - 14602)is. Qədim Frakiyada tayfa.
|
GETDİKCƏ (ID - 14603)zərf 1. İrəlilədikcə, irəli hərəkət etdikcə, qabağa doğru gedə-gedə. Yol getdikcə söhbət etmək. - Maşın getdikcə onun çarxlarının buraxdığı izlər qumun üstündə qalırdı. H.Seyidbəyli. Uzandıqca. Dərə qərbə doğru...
|
GET-GƏL (ID - 14604) is. Bir yerə çox gedib-gəlmə. [Laçın] uzun get-gəllərdən usandı.. M.Hüseyn. Bu get-gəllər bazarına dəvədi dünya.. M.Araz.
□□ Get-gələ salmaq - işini qəsdən uzatmaq, yubatmaq, süründürməyə salmaq, işinin dalınca daim... |
GETHAGET1 (ID - 14605) zərf Uzun yol gedərək, böyük məsafə qət edərək, gedə-gedə. Gethaget kəndə çatdıq.
|
GETHAGET2 (ID - 14606) is. Böyük ziyan, zərər, çıxar. Elə gəlhagəlin belə də gethagedi olar. (Ata. sözü).
|
GETMAN (ID - 14607)[pol. əsli alm.] 1. Qədimdə Polşa qoşunlarının baş komandanı.
2. Qədimdə Ukraynada: kazak qoşunun başçısı və yüksək hakim. |
GETMANLIQ (ID - 14608)is. Getman hakimiyyəti və idarəsi.
|
GETMƏ (ID - 14609)“Getmək” dən f.is. Ümidin getməsini Bahar da istəyirdi. B.Bayramov.
|
GETMƏK (ID - 14610)f 1. Addım ataraq hərəkət etmək; yerimək, addımlamaq. Asta-asta getmək. İti getmək. Piyada getmək. Yolla getmək. Yanınca getmək. // Bir yerdən başqa yerə varmaq. 0ah Səlməxatuna işarə etdi ki, hərəmxanaya getsin.. M.F.Axundzadə....
|
GETMƏLİ (ID - 14611)b a x gedəcək. Əziziyəm, qalasız; Şəhər olmaz qalasız; Mən ki getməli oldum; Siz sağlıqnan qalasız. (Bayatı).
|
GETTO (ID - 14612)[ital.] Orta əsrlərdə Avropada, habelə bəzi ölkələrdə: müəyyən dini və irqi qrupa mənsub adamların məcburən yaşamaları üçün ayrılmış şəhər rayonu məhəlləsi. Zənci gettosu.
|
GEYDİRİLMƏ (ID - 14613)"Geydirilmək” dən f.is.
|
GEYDİRİLMƏK (ID - 14614)1. "Geydirmək” dən məch.
2. tex. Keçirilmək, yerinə salınmaq, taxılmaq. Təkər oxa geydirildi. |
GEYDİRMƏ (ID - 14615)“Geydirmək” dən f.is.
|
GEYDİRMƏK (ID - 14616)f. 1. Geymək işini gördürmək, geyməyə məcbur etmək. ..Hüseynqulu ağa zinətli qaraçı libası tikdirib Qaraca qıza geydirirdi və öz qonaqlıqlarında oynadırdı. S.S.Axundov.
2. Keçirmək, taxmaq, yerləşdirmək, qablamaq. Oxu yerinə... |
GEYƏCƏK (ID - 14617)bax geyim. [Çopo:] Qəbilə şurası [əlillərin] yeyəcək, geyəcək və bütün ehtiyaclarını təmin etmişdi. Çəmənzəminli.
|
GEYİB-KECİNMƏ (ID - 14618) "Geyib-kecinmək” dən f.is.
|
GEYİB-KECİNMƏK (ID - 14619) b a x geyinibkecinmək.
|
GEYİK (ID - 14620)is. zool. Dağlıq meşələrdə yaşayan, bəzi cinsləri iri dallı-budaqlı buynuzlu, böyük və gözəl heyvan. Dağlarda geyik mənəm; Buynuzu böyük mənəm; Yarın nə dərdi, qəmi; Ona ağır yük mənəm. (Bayatı).
|
GEYİLMƏ (ID - 14621)“Geyilmək” dən f.is.
|
GEYİLMƏK (ID - 14622)1. “Geymək” dən məch. Paltar geyildi.
2. tex. Keçirilmək, yerinə salınmaq, taxılmaq. |
GEYİM (ID - 14623)is. Əyinə geyilən hər şey; paltar, üst-baş, libas. Qış geyimi. Sadə geyim. Hərbi geyim. - [Aslan bəy:] Üç ay var ki, görməmişəm, geyimini bilmirəm... C.Cabbarlı. [Usta Ağabalanın] yay və qış libası bir-birindən seçilməyib...
|
GEYİM-KECİM (ID - 14624) is. Üst-baş, paltar. // Geyinmək tərzi. Geyim-keciminə fikir vermək.
Aran yerindən gəlmiş adamlar öz səliqəsahmanı, geyim-kecimi ilə dərhal fərqlənirdilər. B.Bayramov. |
GEYİM-KECİMLİ (ID - 14625) bax geyimli-kecimli.
|
GEYİMLİ (ID - 14626) sif. 1. Əynində geyimi, paltarı olan, paltarlı. [Zeynalın] qarşısına on biron iki yaşlı, sadə və təmiz geyimli, qara bir qız çıxdı. S.Hüseyn. Tirmə şal geyimli, qara saçlılar; Hər tərəfə zər nişanlar dolanır. Aşıq Ələsgər....
|
GEYİMLİ-KECİMLİ (ID - 14627) sif. Yaxşı, gözəl, səliqəli geyinmiş. Geyinib-kecinmiş; geyimlikecimli qız. - Salonun ortasında geniş açılmış yemək masasının ətrafında oturmuş geyimlikecimli xanımlar əl çaldılar. M.İbrahimov. Ələddin əlində gül dəstəsi...
|
Bu səhifə dəfə baxılıb