
GERB[pol. herb, alm. erbe - irs] Bir dövlətin, şəhərin, nəslin, silkin və s.-nin bayraq, pul, möhür və s. üzərində təsvir olunan fərqləndirmə nişanı. Dövlət gerbi haqqında Konstitusiya Qanunu. Azərbaycanın Dövlət gerbi ilə bağlı müsabiqə elan olunmuşdur. Gerb rüsumu - mülki-hüquqi işlər üzrə sənədləri rəsmiləşdirərkən alınan xüsusi dövlət rüsumu (sənədlərə üzərinə dövlət gerbi şəkli olan müəyyən qiymətdə markalar yapışdırmaqla icra edilir).
Paylaşın - Hamı bilsin
|