
GERİLƏMƏKf 1. Geri çəkilmək. [Gülsabah:] [Gülər] qorxdu, o qorxaqcasına gerilədi, döndü, qaçdı. C.Cabbarlı. Mehriban [Zeynalı] elə halda görüncə qorxub gerilədi. S.Hüseyn.
məc. İnkişafdan qalmaq, qabağa getməmək, geri qalmaq, tənəzzül etmək. məc. Sözündən dönmək, sözünü danmaq, dediyini yerinə yetirməmək, vədindən qaçmaq. [Namaz:] Zalxa, get uşaqlara de ki, dəxi cəfa çəkməsinlər, Tarverdi gerilədi. M.F.Axundzadə. Paylaşın - Hamı bilsin
|