İzahlı lüğət

GÖMRÜK (ID - 15228)

is. Ölkəyə gətirilən və ya ölkədən çıxarılan mallardan, şeylərdən alınan dövlət rüsumu. Gömrük almaq. Gömrükpulu. // bax gömrükxana. [Hacı Qara:] Başına dönüm, on beş ildir padşah gömrüyünə ildə mən əlli tümən...

GÖMRÜKÇÜ (ID - 15229)

is. Gömrükxana xidmətçisi.

GÖMRÜKXANA (ID - 15230)

is. Ölkəyə gətirilən və ölkədən çıxarılan malları və ya şeyləri yoxlayıb gömrük rüsumu almaq işilə məşğul olan dövlət idarəsi. Gömrükxana işçisi. - [Əsgər bəy:] Səbəbi odur ki, qarabağlıların,.. gömrükxana qarovullarının...

GÖMRÜKLÜ (ID - 15231)

sif. Üzərinə gömrük qoyulmuş, gömrük alınan. Gömrüklü mal.

GÖMRÜKSÜZ (ID - 15232)

sif. Üzərinə gömrük qoyulmamış, gömrük alınmayan. Diplomatik işçilər üçün aparılan gömrüksüz mallar.

GÖMÜLMƏK (ID - 15233)

məch. 1. Basdırılmaq, quyulanmaq, torpaq altında gizlədilmək. Kəndimizin ən yaxşı adamları orada torpağa gömüldü. Ə.Məmmədxanlı. □ Qaranlığa (zülmətə) gömülmək - qaranlığa, zülmətə qərq olmaq, qaranlığa batmaq. Maşının...

GÖN (ID - 15234)

is. Iri heyvanların işlənmiş dərisi. Ayaqqabının altı göndür. Gönü suya vermə, verdin heyfsilənmə. (Ata. sözü). // Bu dəridən qayrılmış. Gön altlıq.
□□ Gönü duzlamaq isteh. - ölmək, gəbərmək. [Azad:] Arvad gün-gündən...

GÖNÇÜ (ID - 15235)

is. Gönçülüklə məşğul olan adam.

GÖNÇÜLÜK (ID - 15236)

is. 1. Gönçünün işi, peşəsi. Gön istehsalı. Gönçülüyü inkişaf etdirmək. - Mərgümüş təbabətdə, pirotexnikada, gönçülükdə, sarı rəng istehsalında və başqa sahələrdə işlənir. M.Qaşqay.

GÖNDƏRİLMƏ (ID - 15237)

“Göndərilmək” dən f.is.

GÖNDƏRİLMƏK (ID - 15238)

“Göndərmək” dən məch. Qoşun göndərilmək. Ezamiyyətə göndərilmək. Məktub lazımi yerə göndərildi.
□□ Sibirə göndərilmək köhn. - Sibirə sürgün edilmək, katorqaya göndərilmək (keçmişdə Sibir sürgün, katorqa...

GÖNDƏRİŞ (ID - 15239)

is. Göndərmə işi, göndərmə, yollama.

GÖNDƏRMƏ (ID - 15240)

“Göndərmək” dən f.is.

GÖNDƏRMƏK (ID - 15241)

f 1. Yollamaq (birinə vermək, çatdırmaq üçün). Məktub göndərmək. Sovqat göndərmək. Poçtla pul göndərmək. [Oğul:] Ata, ayda on beş manat qardaşıma göndərə bilərsən? Ə.Haqverdiyev. [Yaşlı kişi:] Tək bir teleqram üzərinə...

GÖNDƏRTMƏ (ID - 15242)

“Göndərtmək” dən f.is.

GÖNDƏRTMƏK (ID - 15243)

icb. Göndərməyə, yollamağa məcbur etmək, yaxud göndərməsini xahiş etmək. Ovliya .. min-min manat bayramlıq göndərtdikdən sonra dübarə onunla barışardı. I.Musabəyov.

GÖNLÜK (ID - 15244)

sif. Gön üçün aşılamağa yarar. Gönlük dəri.

GÖNSOYAN (ID - 15245)

sif. 1. Kəsilmiş heyvanın gönünü soyan. Gönsoyan qəssab. Gönsoyan maşın.
dan. Çox bahaçı, bahacıl adam haqqında.
məc. Zülmkar, zalım, qəddar mənasında. Dözə bilməz insan oğlu; Bu gönsoyan qanunlara! S.Vurğun.

GÖNÜQALIN (ID - 15246)

sif. 1. Dərisi kobud, qalın olan.
2. məc. Heç bir şeydən mütəəssir olmayan, heç bir şey kar etməyən; kobud, qanmaz. Gönüqalın adam. - [Süsənbər Səməndərə:] ..Istəyirəm ki, sənin o gönüqalın qayınatanın qarnına möhkəm...

GÖNÜQALINLIQ (ID - 15247)

is. Heç bir şeydən mütəəssir olmayan, heç bir şey kar etməyən adamın keyfiyyəti, xassəsi; qanmazlıq, kobudluq.

GÖRDÜRMƏ (ID - 15248)

"Gördürmək” dən f.is.

GÖRDÜRMƏK (ID - 15249)

icb. Görməyə məcbur etmək, görməsini xahiş etmək, görməsinə nail olmaq. Iş gördürmək.

GÖRƏ (ID - 15250)

əd. 1. Yönlük hal şəkilçisi tələb edərək: a) səbəb bildirir. Yıxıldığına görə ayağı sındı. - Elə bax bu rəssamlığıma görə də məni lap gözdən salıblar. S.Vəliyev;
əsas, isnad bildirir. Kişi yer üzündə od qoruyandır;...

GÖRƏCƏK (ID - 15251)

bax görəcəkli.

GÖRƏCƏKLİ (ID - 15252)

görəcəkli günlərim (günlərimiz) varmış - gözlənilməyən pis bir hadisə baş verdikdə və ya bir xəbər eşidildikdə deyilir. [Məşədi Səfər:] Qoca vaxtımda görəcəkli günlərim varmış. Ə.Haqverdiyev. [Sona xanım:] Yazıq mənim...

GÖRƏK (ID - 15253)

əd. 1. Nəticəsi qabaqcadan bəlli olmayan bir işə başlarkən deyilir. Yaz görək nə çıxır. - [Sitarə Gülzara:] Gəl toyumuz barəsində niyyət eləyək, gedək bayıra, qulaq asaq, görək kim nə eşidir. C.Cabbarlı. [Vəzir:] Səbr ediniz,...

GÖRƏN1 (ID - 15254)

bax görəsən. [Duma:] Indiyazıq Aydəmirin halı görən nə olar? C.Cabbarlı.
Vurdu onu yol üstündə; Hansı zalım ovçu görən? M.Dilbazi. Görən nə düşündü, görən nə andı? B.Vahabzadə.

GÖRƏN2 (ID - 15255)

is. məh. Sıra ilə otlama (qoyun haqqında). □ Görən atmaq (bağlamaq) bax görənimək. Qoyun laləlikdəgörən atmışdı. H.K.Sanılı.

GÖRƏNİMƏ (ID - 15256)

"Görənimək” dən f.is.

GÖRƏNİMƏK (ID - 15257)

f məh. Sıra ilə otlamaq (qoyun haqqında). Qoyunlar güneylərdə görəniyir, keçilər .. kolların başını dişləyir. Ə.Vəliyev.

GÖRƏSƏN (ID - 15258)

əd. Sual, əndişə, maraq bildirir. Görəsən, niyə gəlmədi? Görəsən, onun axırı necə oldu? Görəsən, xəstə sağalacaqmı? Fikirləşir ki, görəsən, uşaq sözdə-söhbətdə də atasına çəkib, ya yox? “M.N.lətif.” Görəsən,...

GÖRƏSİ (ID - 15259)

sif. Görməli, görülməli, görülməsi lazım gələn. Görəsi bir işim yoxdur.
□□ Görəsi gözü olmamaq - zəhləsi getmək, nifrət bəsləmək. Əgər həqiqəti bilmək istərsiniz, Cəmilə xanımın ərindən zəhləsi gedirdi,...

GÖR-GÖTÜR (ID - 15260)

is. Gördüyü, həyatında rast gəldiyi müsbət şeyləri mənimsəmə, öyrənmə; təcrübə qazanma. Kiri, kiri, dünya görgötürdür. Mir Cəlal.

GÖRK (ID - 15261)

is. Göstərmək işi, nümayiş, göstəriş. □ Görk etmək - göstərmək, nəzərə çatdırmaq. [Katib:] Danışıqların düz olsa, Hümmətin bu hərəkətlərini açıb hamıya görk eləyəcəyik. B.Bayramov. Görk üçün göstərmək üçün,...

GÖRKƏM (ID - 15262)

is. 1. Xarici, ümumi görünüş. Xarici görkəm. Yaxşı, səliqəli görkəmi var. Görkəmini dəyişmək. - Tanrı elə görkəm vermişdi ona; Görənlər az qala cadulanırdı. Şəhriyar. İnsanın daxili vəziyyətini, hissiyyatını, xasiyyətini...

GÖRKƏMLİ (ID - 15263)

sif. 1. Bu və ya başqa cür görünüşü, görkəmi, siması olan; görünən. Xəstə görkəmli. Sağlam görkəmli. - Onların əvəzinə Tapdıq, özünə yaxınlaşan kərtənkələ görkəmli birisini və onun bıçaq kimi süngüsünü gördü....

GÖRKƏMLİLİK (ID - 15264)

is. 1. Görkəmli adam və ya şeyin hal və keyfiyyəti.
2. Məşhurluq.

GÖRKƏMSİZ (ID - 15265)

sif. 1. Xarici görünüşü, görkəmi yaxşı olmayan, qəşəng olmayan, gözə xoş gəlməyən; nəzəri cəlb etməyən, nəzərə çarpmayan, görkəmcə maraqsız. Görkəmsiz adam. - Axtar qısaboylu, gödəktüklü, boz rəngli, görkəmsiz...

GÖRKƏMSİZLİK (ID - 15266)

is. Görkəmi, xarici görünüşü yaxşı olmayan, gözə xoş gəlməyən adam, ya şeyin hal və keyfiyyəti.

GÖRKƏZMƏ (ID - 15267)

“Görkəzmək” dən f.is.

GÖRKƏZMƏK (ID - 15268)

dan. bax göstərmək. Əhməd də özünü yalandan heç bir şeydən xəbəri olmayan kimi görkəzib, guya təəccüb eləyirdi. (Nağıl). Aç üstün qabağın zər qəsabənin; Zülfün təxtəsini görkəz, bəri bax! M.P.Vaqif.

GÖRMƏ (ID - 15269)

“Görmək” dən f.is. Görmə qabiliyyəti. Görmə siniri.

GÖRMƏK (ID - 15270)

f 1. Gözləri ilə qavramaq. Öz gözü ilə görmək. Evi görmək. Hadisəni öz gözümlə gördüm. - [Telli:] Vallah, xanım, elə görməmişdən ərə getmək lazımdır, yoxsa əvvəl görəndə daha sonra yaxşı olmur. Ü.Hacıbəyov. // Görmə...

GÖRMƏLİ (ID - 15271)

sif 1. Görülməsi lazım olan, görülməsi, yerinə yetirilməsi vacib və zəruri olan. Görməli iş.
2. məc. Görməyə, baxmağa dəyər, diqqətəlayiq, ən yaxşı. Şəhərimizin görməli yerləri. Görməli abidələr. - [Qızyetər...

GÖRMƏMİŞ (ID - 15272)

is. Birdən-birə əlinə düşən şeyə qarşı özünü saxlaya bilməyərək acgözlük və yersiz hərəkətlər göstərən adam haqqında. Qamış ola, camış ola; Ozü də görməmiş ola. (Ata. sözü). Lovğalanıb, a görməmiş, çox da belə...

GÖRMƏMİŞLİK (ID - 15273)

is. Görməmiş adamın göstərdiyi yersiz hərəkətlər, bir şeyə qarşı görməmişcəsinə münasibət; acgözlük, tamahkarlıq. Belə bir görməmişliyi, ya şöhrətpərəstliyi Mürsələ yaraşdıra bilmirəm. Mir Cəlal.

GÖRMƏZ-BİLMƏZ (ID - 15274)

zərf Görmədən, yaxşı tanımadan, öyrənmədən. [Mərcan bəy:] Əlbəttə, insan gərək arvada əvvəlcə aşiq ola, sonra ala. Yoxsa görməz-bilməz alırıq, sonra da peşman olub qovuruq. U.Hacıbəyov.

GÖRMƏZLİK (ID - 15275)

is. Görmək qabiliyyətindən məhrumluq; görməmə, korluq. □ Görməzliyə vurmaq (salmaq) - qəsdən özünü görməyən kimi göstərmək.

GÖRSƏDİLMƏ (ID - 15276)

“Görsədilmək” dən f.is.

GÖRSƏDİLMƏK (ID - 15277)

f Göstərilmək.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed