GEYİNDİRİB-KECİNDİRMƏ (ID - 14628) “Geyindiribkecindirmək” dən. is.
|
GEYİNDİRİB-KECİNDİRMƏK (ID - 14629) f Birini yaxşı-yaxşı geyindirmək, bəzəndirmək. Gəlini geyindirib-kecindirdilər. Uşağı geyindirib-kecindirmək. - ..Onu geyindirib-kecindirib məclisə gətirmişdilər. Ə.Məmmədxanlı.
|
GEYİNDİRMƏ (ID - 14630)“Geyindirmək” dən fis.
|
GEYİNDİRMƏK (ID - 14631)f 1. Birinin əyninə paltar geydirmək yaxud paltarı geyməyə kömək etmək. Pişxidmətlər .. şüru etdilər.. Yusif Sərracın köhnə paltarını soyundurmağa və xələti-şahanəni ona geyindirməyə. M.F.Axundzadə. [Gəlini] yaxşıca geyindirirlər,...
|
GEYİNƏCƏK (ID - 14632)is. dan. Paltar, geyim.
|
GEYİNİB-KECİNMƏ (ID - 14633) “Geyinib-kecinmək” dən f.is.
|
GEYİNİB-KECİNMƏK (ID - 14634) f Yaxşı-yaxşı geyinmək, bəzək şeyləri taxmaq, bəzənmək. Qız geyinib-kecinib Məlik Düçara dedi.. (Nağıl). Geyinirik-kecinirik yurdumuzun varından; Ellər açır süfrəsini öz bağının barından. S.Vurğun. [Şahnigar xanım] geyinibkecindi,...
|
GEYİNİB-KECİNMİŞ (ID - 14635) f.sif. Yaxşı-yaxşı, səliqə ilə geyinmiş, geyinib-bəzənmiş.
|
GEYİNMƏ (ID - 14636)“Geyinmək” dən f.is. Səhnədəkilər geyinmələrini tamam edirlər. Ü.Hacıbəyov.
|
GEYİNMƏK (ID - 14637)qayıd. 1. Öz-özünü geyindirmək, əyninə, yaxud ayağına bir şey geymək. Mirzə durub libasını geyinib getdi usta Zeynalın dükanına. Ə.Haqverdiyev. Camal həmin saat qalxıb geyindi. M.Rzaquluzadə. Dan yerinə səda düşəndə Firəngiz...
|
GEYİNMİŞ (ID - 14638)f.sif. Paltar geymiş; paltarlı. Geyinmiş uşaq. Geyinmiş halda.
|
GEYİŞ (ID - 14639)is. köhn. Geymə işi, geymə (geyinmə) tərzi. Əynində var sincab donun; Geyişin yarıma bənzər. Aşıq Əmir.
|
GEYİŞDİRMƏ (ID - 14640)“Geyişdirmək” dən.
|
GEYİŞDİRMƏK (ID - 14641)b a x gicişdirmək.
|
GEYİŞİK (ID - 14642)bax gicişmə.
|
GEYİŞMƏ (ID - 14643)“Geyişmək” dən fis.
|
GEYİŞMƏK (ID - 14644)1. Bax gicişmək.
2. dan. Bir-birinə keçmək, sarmaşmaq. Saçları bir-birinə geyişib. |
GEYMƏ (ID - 14645)1. “Geymək” dən f.is.
2. Üst paltarın altından geyilən qısa arxalıq. Usta Zeynal yarımmahuddan tikilmiş köhnə geyməsini çıxarıb bükdü və qoydu bir səmtə.. C.Məmmədquluzadə. Balta çaldıqca onun geyməsinin cındır qolu... |
GEYMƏK1 (ID - 14646) f 1. Əyninə paltar, ayağa ayaqqabı və başa papaq keçirmək. Çəkmələrini geymək. Pencəyini geymək. Istipaltar geymək.
Qurban .. durdu ayağa və ətəklərinin kəcini silib başmaqlarını geydi və yavaş-yavaş üz qoydu getməyə.... |
GEYMƏK2 (ID - 14647) is. Geyim, paltar. Yemək və geymək sarıdan uşaqlar korluq çəkmirdilər. Ə.Əbülhəsən.
|
GEYMƏLİ (ID - 14648)sif Geyməyə yararlı, geyməyə yarayan. Geyməli paltar.
|
GEYSU (ID - 14649)is. [fars.] klas. Saç, hörük. Göz doymaz vəsməli kaman əbrudan: Can üzülməz səmən iyli geysudan. M.P.Vaqif. Atəşin ruyində əftək yatıb geysulərin; Türfə cadudur ki, mar atəşdə suzan olmasını M.Ə.Sabir.
Açıq-sarı geysuları... |
GƏBƏ (ID - 14650) |
GƏBƏÇİ (ID - 14651)is. köhn. Gəbə, xalı toxuyan və ya gəbə alveri edən adam.
|
GƏBƏÇİLİK (ID - 14652)is. Gəbəçinin işi, peşəsi.
|
GƏBƏRDİLMƏ (ID - 14653)“Gəbərdilmək” dən f.is.
|
GƏBƏRDİLMƏK (ID - 14654)məch. Öldürülmək.
|
GƏBƏRMƏ (ID - 14655)“Gəbərmək” dən f.is.
|
GƏBƏRMƏK (ID - 14656) f Ölmək (adətən heyvanlar haqqında). Nədənsə bir neçə ay bundan əvvəl at qançır olub gəbərmiş. C.Cabbarlı. Tələyə də bir zorba siçovul çoxdan düşüb gəbərmişdir. H.Sarabski. // Eyni mənada adam haqqında təhqir kimi işlənir....
|
GƏBƏRTMƏ (ID - 14657)“Gəbərtmək” dən fis.
|
GƏBƏRTMƏK (ID - 14658)f Öldürmək. Yüzbaşını, oğlunu gəbərdib qaçdım dağa; Süründüm dağda-daşda, ələ vermədim yaxa. S.Rüstəm.
|
GƏC (ID - 14659)is. [fars.] Gillə gipsin qarışığından hazırlanan al-sarımtıl rəngli maddə (suvaq işlərində istifadə olunur). ..Bir neçə gün bundan irəli çox şiddətli yağışdan zal otağının səqfinin bir parça gəci uçub tökülmüşdü. C.Məmmədquluzadə....
|
GƏCXANA (ID - 14660)is. [fars.] köhn. Gəc hazırlanan yer. // Gəc satılan dükan.
|
GƏDA (ID - 14661)is. [fars.] 1. köhn. Keçmişdə yoxsul, aşağı təbəqədən olan adamlara verilən ad. Kükrər dağlar, bir-birinən deyini; Seçmək olmaz gədasını, bəyini.. Aşıq Ələsgər. [Rizvan:] İnsan dimağı birdir, istər padşah olsun, istər...
|
GƏDALIQ (ID - 14662)is. 1. Əsil-nəsəbi olmama, aşağı təbəqədən olma. Əl versə gədayə padişahlıq; Sanman ki, qılır dəxi gədalıq. Füzuli. // Nökərlik. Dərgəhində müttəsil fəxrim gədalıqdır mənim. S.Ə.Şirvani.
2. məc. Alçaqlıq, nanəciblik.... |
GƏDƏ (ID - 14663)is. dan. 1. Nökər. [Asya:] Gülçöhrə bir gədəyə aşiq olubdur. Ü.Hacıbəyov. [Əbdürrəhim:] Xanım, doğrudur, mən özüm İskəndər bəyin gədəsini gördüm. N.Vəzirov. [Sara bibi:] [Zeynəbin] atası yumurta Heydər kim idi? Murad bəyin...
|
GƏDƏBAŞI (ID - 14664)is. köhn. Keçmişdə xan, bəy, dövlətli evinin nökərlərinə başçılıq edən adam; baş nökər.
|
GƏDƏCİYƏZ (ID - 14665)“Gədə” dən (2-ci mənada) oxş. Oğlancığaz, uşaqcığaz. [Gülpəri:] Mənim gədəciyəzim evdə bekar oturub. Ə.Haqverdiyev.
|
GƏDƏ-GÜDƏ (ID - 14666) top. nifr. Keçmişdə aşağı təbəqələrə mənsub adamlara verilən təhqirli ad. [Xırdaxanım:] ..Başın qarışıb gədə-güdəyə, uşaq-muşağa, gecələr qumar, gündüz qumar. N.Vəzirov. [Sara xanım:] Murad bəyin o qədər mülkünü,...
|
GƏDƏK (ID - 14667)məh. bax balağ2
|
GƏDƏLİK (ID - 14668) |
GƏDİK (ID - 14669)is. Dağın beli; aşırım. Dəlilər ancaq Çənlibelin gədiyində onun tozunu gördülər. “Koroğlu”. [Toğrul:] Savalan dağlarının gədiklərində Ərtoğrul basılmış, bizimkilər çəkilirlər. C.Cabbarlı. Dəvə boynu kimi əyri dağ...
|
GƏH (ID - 14670)klas. b ax gah. Gəh zülfün öpər, gəh düşər ayağına; Sənsən mənə həm qibləvü, həm Məkkə, Mədinə. M.P.Vaqif.
|
GƏH-GƏH (ID - 14671) klas. bax gah-gah. Gəh-gəh içib sərxoş olaq şərabı; Gündə sürək vəhdət ikimiz belə. M.P.Vaqif. Qaldı, mən getdimsə, ey namehriban, kuyində dil; Bari gəh-gəh sor dili biixtiyarımdan məni. S.Ə.Şirvani.
|
GƏHGİR (ID - 14672)sif Tərs, inadkar, inadcıl.
|
GƏHİ (ID - 14673)klas. bax gahı. Gəhi babi, gəhi mürtəd, gəhi kafir adlandım; Döyüldüm, şaşqalandım, güllələndim, bəlkə odlandım. Ə.Nəzmi.
|
GƏLDİ-GEDƏR (ID - 14674) sif. Müvəqqəti, daimi olmayan, qeyri-sabit. [Molla Xəlil:] Bunların hamısı gəldi-gedər adamlardır. S.Hüseyn. Əldən-ələ keçir vəfasız həyat; Biz gəldigedərik, sən yaşa, dünya! S.Vurğun. ..Bu göyərçinlər başqa köçəri quşlar...
|
GƏLDİ-GEDƏRGİ (ID - 14675) bax gəldi-gedər.
|
GƏLDİKCƏ (ID - 14676)bax getdikcə. ..Pristavın yanında on yeddi il mirzəlik elədim və gəldikcə şöhrət qazandım. C.Məmmədquluzadə.
Yeri gəldikcə - münasib vaxt olduqda, yeri düşdükcə, imkan olan kimi. Yeri gəldikcə qeyd etmək. - Yeri gəldikcə... |
GƏLƏCƏK (ID - 14677)1. sif. Zaman baxımından hələ çatmamış, lakin çatması gözlənilən, indi yox, sonra olacaq; gözlənilən. Gələcək görüş. Gələcək nəsil. - Baxdıqca bağçamda açan hər gülə; Qarşımda canlanır gələcək həyat. Şaiq. Düşüncəli...
|
Bu səhifə dəfə baxılıb