İzahlı lüğət

GƏLƏCƏK

1. sif. Zaman baxımından hələ çatmamış, lakin çatması gözlənilən, indi yox, sonra olacaq; gözlənilən. Gələcək görüş. Gələcək nəsil. - Baxdıqca bağçamda açan hər gülə; Qarşımda canlanır gələcək həyat. Şaiq. Düşüncəli gözlərində bir təbəssüm duyuram mən; Bəllidir ki, bir müjdədir o, gələcək əsrlərdən. M.Dilbazi.
is. Hələ çatmamış, lakin çatması gözlənilən zaman (keçmiş əksi). Gələcəkdən danışmaq. - Qayalar az qalır göylərə dəyə; Boylanıram yaxın bir gələcəyə. S.Vurğun. [Səriyyə xala və uşaqları] ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşılmaz bir gələcəyə doğru irəliləyirdilər. M.İbrahimov.
is. Bir şeyin indiki deyil, sonrakı vəziyyəti, halı, taleyi. Uşağın gələcəyi. Onun gələcəyi parlaqdır. - [Məhəmməd ağa:] Insan ki oxumağa və elmə düşmən ola, onun gələcəyi nə olmalı idi. N.Nərimanov. [Mirzə:] Ancaq uşaqlarımın gələcəyinin fikrini də mənim özümə vagüzar ediniz. Ə.Haqverdiyev. Həyat nəşəsilə titrəyir içim; Parlaq gələcəyim, nəhayətim var. M.Müşfiq. Gələcəkdə şəklində zərfi- bir iş və ya hadisənin sonradan, gələcək zamanda baş verəcəyini göstərir. Gələcəkdə yeni əsər üzərində işləmək istəyir. - [Qara kişi] Fərmanı gələcəkdə özü kimi əli mişarlı, rəndəli və çəkicli bir kişi görmək istəyirdi. Ə.Sadıq.
□□ Gələcək zaman qram. - felin, iş və hərəkətin danışılan zamandan sonra baş verib-verməyəcəyini bildirən zamanı. Qəti gələcək zaman. Gələcək zaman şəkilçiləri.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed