İzahlı lüğət

GƏDƏ

is. dan. 1. Nökər. [Asya:] Gülçöhrə bir gədəyə aşiq olubdur. Ü.Hacıbəyov. [Əbdürrəhim:] Xanım, doğrudur, mən özüm İskəndər bəyin gədəsini gördüm. N.Vəzirov. [Sara bibi:] [Zeynəbin] atası yumurta Heydər kim idi? Murad bəyin qapısının gədəsi deyilmiydi? Qantəmir.
dan. Oğlan. [Ana:] Ay Allah, bu gədə lap dəli olacaq. S.Rəhman. [Turac:] Qızlar, amma gədə yamancapərt oldu. İ.Əfəndiyev. // dan. Oğlana müraciət məqamında işlənir. [Hacı Qara:] Gədə, nə danışırsan? Kimin həddi var mənim malımı ala! M.F.Axundzadə. [Hacı Həsən:] A gədə, ata arpa verin, yəhər-əsbabı sazlayın. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed