
GƏDALIQis. 1. Əsil-nəsəbi olmama, aşağı təbəqədən olma. Əl versə gədayə padişahlıq; Sanman ki, qılır dəxi gədalıq. Füzuli. // Nökərlik. Dərgəhində müttəsil fəxrim gədalıqdır mənim. S.Ə.Şirvani.
2. məc. Alçaqlıq, nanəciblik. Vəfalı qulunam, sana nökərəm; Padşahım, gəl gədalıq eyləmə. Aşıq Mədəd. [Şəmsi bəy:] Quldurbaşı Əlimərdanın oğlu Çingiz də öz gədalığını göstərdi. S.S.Axundov. Verilən ənamı geri almaq gədalıqdır. C.Cabbarlı. Paylaşın - Hamı bilsin
|