GİRMƏK (ID - 15078)f 1. Daxil olmaq, içəriyə keçmək (çıxmaq əksi). Evə girmək. Otağa girmək. Qapıdan girmək. - Mirbağır ağa girir, başmaqlarını çıxardır, salam verir. C.Məmmədquluzadə. [Mərcan bəy:] A gədə, qoçaq, mən səni çağırmayınca...
|
GİROV (ID - 15079)is. [fars.] köhn. 1. Borc alınan pul və s. müqabilində təminat üçün verilən şey. [Məşədi Cabbar:] Əgər mümkün olur isə; mənim üçün Hacı Rəhimdən min manat al, iki dükanım var, yanında girov olsun. M.F.Axundzadə. [Xudayar...
|
GİROVDAR (ID - 15080)is. [fars.] köhn. Girov saxlayan, girov alan, girovla pul verən adam.
|
GİROVDARLIQ (ID - 15081)is. köhn. Girovdarın işi, peşəsi.
|
GİROVLU (ID - 15082)sif. Girovla alınmış. Girovlu borc.
|
GİROVSUZ (ID - 15083)zərf Girov almadan, girov götürmədən, girov qoyulmadan. [Məşədi Cəfər:] Ruzigar elə dönübdür ki, qardaş qardaşa etibar eləyib girovsuz bir qəpik borc verməyir. Ə.Haqverdiyev. [Hacı Kərim] ömründə girovsuz kimsəyə pul verməmişdi....
|
GİRS (ID - 15084)məh. b ax gürzə2
|
GİRSİZ (ID - 15085)sif. dan. Giri olmayan; gücsüz, qüvvətsiz, zəif. Girsiz adam. Girsiz əl. - Bu hikməti babam deyib: “Girsiz dostdan bir qara daş... “ M.Araz.
|
GİRVƏ (ID - 15086)is. Keçidlərdə, yollarda qar yığını.
|
GİRVƏNKƏ (ID - 15087)is. köhn. 400 qrama bərabər köhnə ağırlıq ölçüsü. İki girvənkə yağ. [Əsgər bəy:] Girvənkəsi bir manata alınan çay burada manat yarıma göydə gedir.. M.F.Axundzadə. Uşaq on dördyaşına çatan kimi, gündə ona iki girvənkə...
|
GİRVƏNKƏLİK (ID - 15088)sif. köhn. 1. Çəkisi girvənkə ağırlığında olan. [Taxıl buraxan] da hazırlaşdı, girvənkəlik daşı əlinə götürüb cavab verdi. Ə.Vəliyev.
Çəkilən, ölçülən şeyin ağırlığını, həcminin, tutumunun neçə girvənkəyə... |
GİRVƏNKƏ-TƏRƏZİ (ID - 15089) top. Tərəzi və çəki daşları bir yerdə. Arşın, girvənkə-tərəzi yenə möhkəm işə düşmüşdü. S.Vurğun.
|
GİRYAN (ID - 15090)sif. və zərf [fars.] klas. Ağlayan, sızlayan, ağlağan, ağlar. Qan yaşım qılmaz vəfa, giryan gözüm israfına; Bunca kim, hərdəm cigər qanından imdad eylərəm. Füzuli. □ Giryan etmək (eləmək) - ağlatmaq, sızıldatmaq, gözü yaşlı...
|
GİRYƏ (ID - 15091)is. [fars.] klas. Göz yaşı tökmə, ağlama, sızlama, inildəmə. Gülməgində qanlı-qanlı giryələr; Hər müsəlman könlümü məhzun elər. A.Səhhət. □ Giryə etmək
ağlamaq, sızlamaq, göz yaşı tökmək. |
GİŞ (ID - 15092)is. Alçaq növlü kəndir və ya kətan lifindən toxunmuş cod parça. 5 metr giş. // Həmin parçadan tikilmiş. Giş kisə. Giş başlıq. - [Səmədin] bütün paltarı bir giş torbadan ibarət imiş. T.Ş.Simurq.
|
GİTARA (ID - 15093)[isp.] Mizrabla çalınan, səkkizlik şəklində uzunqollu simli musiqi aləti. Gitara çalmaq.
|
GİTARAÇALAN, GİTARAÇI (ID - 15094) is. Gitarada çalan çalğıçı.
|
GİYAH (ID - 15095)is. [fars.] köhn. Ot, göy.
|
GİYİD (ID - 15096)is. Quşu aldadıb tutmaq üçün işlədilən quş səsi çıxaran alət. ..Quşçular bildirçin düdüyü (giyid) çalmaqla erkək bildirçini aldadıb tutardılar. H.Sarabski.
|
GİYİŞMƏ (ID - 15097)"Giyişmək” dən f.is.
|
GİYİŞMƏK (ID - 15098) bax gicişmək. [Vaqif:] Ay Mirzə, deyərlər: keçinin buynuzu giyişəndə başını çobanın dəyənəyinə sürtər.. Çəmənzəminli.
|
GİYOV (ID - 15099)is. Kürəkən. [Soltan bəy:] Əşi, xan ilə aş yemirəm ki, bığım yağa batar, bir gədənin birisi mənə giyov olmaq istəyir. Ü.Hacıbəyov. [Zöhrə Fərmana:] Mən istəyirəm, anam sənin ona giyov olduğunu bilsin. Ə.Abasov.
|
GİYOVLUQ (ID - 15100)is. Kürəkənlik.
|
GİZİLDƏMƏ (ID - 15101)“Gizildəmək” dən f.is.
|
GİZİLDƏMƏK (ID - 15102)f. 1. Yorğunluqdan, ağrıdan, soyuqdan sancmaq, göynəmək. O əyilib şırranda əllərini yudu, barmaqları donub gizildəyincə qalxıb o tərəf-bu tərəfə boylandı. S.Rəhimov. Həsrət duracaqda ayağının birini götürüb o birini qoyur,...
|
GİZİLDƏTMƏ (ID - 15103)“Gizildətmək” dən f.is.
|
GİZİLDƏTMƏK (ID - 15104)f 1. Göynətmək, ağrıtmaq, sancmaq.
2. məc. Titrətmək, həyəcanlatmaq. |
GİZİLTİ (ID - 15105)is. Yorğunluqdan, ağrıdan, soyuqdan bədənin bir yerində duyulan ağrı, sızıltı, göynəmə, sancı. Bədənində gizilti duymaq. - Talıb xan yüzbaşının bütün vücudunda bir odlu gizilti gəzdi. S.Rəhimov. Tahir .. gözədəyən bir iş...
|
GİZİLTİLİ (ID - 15106)sif. Ağrılı, sızıltılı, sancılı.
|
GİZİR1 (ID - 15107) is. köhn. 1. Aşağı rütbəli inzibati işçi. [Giziroğlu Mustafa bəyin] atası keçmişdə gizir olmuşdu. “Koroğlu”. Vəkildən sonra qlavanın giziri Cəlil bəy çıxdı, bu da çəkil-çəkil deyib, tatarını oyza tovladı, buyza tovladı,...
|
GİZİR2 (ID - 15108) is. Aşıq-aşıq oyununda aşığın toxan tərəfinə əks olan tərəfə verilən ad. Aşıq toxan durdu, ya gizir?
|
GİZLƏDİLMƏ (ID - 15109)“Gizlədilmək” dən f.is.
|
GİZLƏDİLMƏK (ID - 15110)məch. 1. Gizli yerə qoyulmaq, gizli yerdə saxlanılmaq, yeri bildirilməmək, qapadılmaq. Şeylər gizlədilmişdir. Gizli saxlanılmaq, açılmamaq, deyilməmək (fikir, niyyət).
|
GİZLƏDİLMİŞ (ID - 15111)f sif. Gizli yerə qoyulmuş, gizli yerdə saxlanılan. Gizlədilmiş şeylər.
|
GİZLƏMƏ (ID - 15112)“Gizləmək” dən f.is.
|
GİZLƏMƏK (ID - 15113)b a x gizlətmək. Oxunu atıb, yayını gizləmə! (Ata. sözü). ..Anası, Səlminazı o biri evə salıb Əmrahdan gizlədi. “Əmrah”. Eyibsiz gözəlin xoş olur xoyu; Gizləməz cəmalı, qaməti, boyu. M.P.Vaqif. [Musanın nəvəsi] sarı portfelini...
|
GİZLƏNC (ID - 15114)is. Gizlədilmiş, gizli saxlanılmış hər hansı bir şey.
|
GİZLƏNQAÇ (ID - 15115)bax gizlənpaç.
|
GİZLƏNMƏ (ID - 15116)“Gizlənmək” dən f.is.
|
GİZLƏNMƏK (ID - 15117) f. Başqalarının görə və tapa bilməməsi üçün örtülü bir yerə girib qapanmaq. Pərdənin dalında gizlənmək. - Bəlli Əhməd bir fikirləşdi ki, piştaxtanın dalına girib gizlənsin. “Koroğlu”. Ozüm də.. kürkü tərsinə geyib...
|
GİZLƏNPAÇ (ID - 15118)is. Bir iştirakçının müxtəlif yerlərdə gizlənmiş qalan iştirakçıları axtarıb tapmasından ibarət uşaq oyunu. Gah gizlənpaç oynayır; Gah qaçhaqaç oynayır. R.Rza. Meşə içindəki talada hər gün; Gizlənpaç oynardım yoldaşlarımla....
|
GİZLƏTMƏ (ID - 15119)“Gizlətmək” dən f.is.
|
GİZLƏTMƏK (ID - 15120)f. 1. Başqasının görməməsi, tapmaması üçün gizlin yerdə saxlamaq, gizlin, gözdən uzaq yerə qoymaq. Kəndlilər .. qorxularından uşaqları gərmə qalaqlarının içində gizlədib uçitelə deyiblər ki, bizim kənddə heç qədimdən...
|
GİZLİ (ID - 15121)1. sif. Başqası, ya başqaları üçün sirr olan, onlardan gizlədilən, çoxlarına bəlli olmayan, bilinməz olan, məlum olmayan. Gizli müqavilə. // Məxfi. Gizli məktub. Gizli sənəd. □ Gizli qalmaq - heç kəsə məlum olmamaq bildirilməmək....
|
GİZLİCƏ (ID - 15122)zərf 1. Heç kəs görmədən, gözə görünmədən; xəlvəti. Gizlicə görüşmək. Gizlicə danışmaq. - Deyirlər tüstüsüz bir şair yanar; Qəlbi öz dərdini ağlar gizlicə; Bəzən gözlərində gəlib dayanar; Sevdiyi çəmənlər, dağlar...
|
GİZLİQOVUŞANLAR (ID - 15123)cəm biol. Sporlar vasitəsilə cinsi törəyib artan bitkilər (məs.: göbələk, yosun və s).
|
GİZLİLİK (ID - 15124)is. Gizli olma; naməlumluq, məxfilik.
|
GİZLİN (ID - 15125)bax gizli 1 və 4-cü mənalarda. [Nabat:] Mən də sənin kimi gizlin, gündə ocaqda yumurta bişirib yeyərəm? S.S.Axundov. [Yetər:] Məşədi Fatma, Allahdan gizlin deyil, daha səndən niyə gizlin olsun, sənin qızın bizə çox xoş gəlib....
|
GİZLİNC, GİZLİNCƏ (ID - 15126) bax gizlicə. Sonra [qızı] toysuz, gizlincə dəliyə gəlin aparırlar. S.S.Axundov. O səs yenə gizlincə; Dedi: - Ay qəlbi incə! M.Dilbazi. Sultan darıxmış halda gizlincə köksünü ötürdü. İ.Hüseynov.
|
GOD (ID - 15127)is. məh. Çəllək, boçka. [Həsən] ..həyətdə köhnə god və paslı tənəkələr arası ilə keçib, üfunətlipilləkənə yanaşdı. Çəmənzəminli.
|
Bu səhifə dəfə baxılıb