
GİRYANsif. və zərf [fars.] klas. Ağlayan, sızlayan, ağlağan, ağlar. Qan yaşım qılmaz vəfa, giryan gözüm israfına; Bunca kim, hərdəm cigər qanından imdad eylərəm. Füzuli. □ Giryan etmək (eləmək) - ağlatmaq, sızıldatmaq, gözü yaşlı etmək. Bir günüm sənsiz əgər keçsə min əfğan edərəm; Səndən ötrü bütün övladımı giryan edərəm. M.Ə.Sabir. Giryan olmaq (bəzən "gözü”, "didəsi” sözləri ilə) - ağlamaq, göz yaşı tökmək. Olduqca əlində oldu xəndan; Düşdükcə əlindən oldu giryan. Füzuli. Dərdindən didəsi giryan olmuşam.. M.P.Vaqif. Ey dərbədər gəzib ürəyi qan olan çocuq! Bir loğma nan üçün gözü giryan olan çocuq! M.Ə.Sabir.
Paylaşın - Hamı bilsin
|