GİZİLDƏMƏKf. 1. Yorğunluqdan, ağrıdan, soyuqdan sancmaq, göynəmək. O əyilib şırranda əllərini yudu, barmaqları donub gizildəyincə qalxıb o tərəf-bu tərəfə boylandı. S.Rəhimov. Həsrət duracaqda ayağının birini götürüb o birini qoyur, soyuqdan gizildəyən burnunu, qulağını ovuşdura-ovuşdura .. düşünürdü. B.Bayramov.
2. məc. Titrəmək, qorxu keçirmək, həyəcanlanmaq. Qızın yumşaq və nazik əlləri ovcuna toxunanda Nərimanın qəlbində odlu bir sim gizildədi. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|