İzahlı lüğət

GÜLDÜRMƏK (ID - 15678)

icb. 1. Gülməsinə səbəb olmaq. Uşağı güldürmək. Qıdıqlayıb güldürmək. // Gülüş doğurmaq. Cəfər əmi öz sözü ilə kimsəni güldürmək istəməmişdi. H.Nəzərli. Hələ bir iş də Veyslə yoldaşlarını lap bərk güldürmüşdü....

GÜLDÜRÜCÜ (ID - 15679)

sif Gülüş doğuran; gülməli, güldürən. Güldürücü sözlər.

GÜLDÜRÜCÜLÜK (ID - 15680)

is. Gülüş əmələ gətirmə, güldürmə.

GÜLƏBƏTİN (ID - 15681)

1. is. Qızıl və ya gümüş tellərindən, habelə onlara bənzədilən materiallardan qatışığı olan sap. [Otaqda] arasıra məxmər, üstünə güləbətin çəkilmiş daraqqabı, saatqabı da nəzəri cəlb edərdi. H.Sarabski.
sif Həmin...

GÜLƏBƏTİNLİ (ID - 15682)

sif. Güləbətini olan; güləbətinlə işlənmiş, güləbətinlə bəzədilmiş. Güləbətinli araqçın.

GÜLƏBRİŞİM (ID - 15683)

is. bot. Hündürlüyü bəzən 15-18 metrə çatan ağac.

GÜLƏNDAM(LI) (ID - 15684)

bax gülbədən(li). Nə xoşdur baş qoymaq bir güləndamın qucağında; Tamaşa eyləmək ol həlqə zülfə ağ buxağında.. M.P.Vaqif. Aldı mey camini ol yari-güləndam əlinə; Can fəda saqiyə, verdi o gülün cam əlinə. Ə.Vahid.

GÜLƏR (ID - 15685)

sif. Şən, mehriban, üzügülər. Bu sualımdan Məmmədrzanın gülər üzü qara bulud kimi tutuldu. S.S.Axundov. Balaca uşaqlar gülər sifətləri ilə biqeyd bağın xiyabanlarında qışqırtı ilə yüyürüşürlər. Ə.Haqverdiyev.

GÜLƏRÜZ(LÜ) (ID - 15686)

sif. Şən, mehriban, üzügülər. Gülərüz qız. - Bağçalarda narın var; Gülərüzlü yarın var. (Bayatı). ..Vəli uzunboy, gülərüz.. bir oğlan idi. S.Rəhman.

GÜLƏŞ1 (ID - 15687)

b ax güləşmə 2-ci mənada. Miyandarın işarəsilə Məmməd bəylə Qasım ağa dairənin ortasına güləşə çıxdılar. Çəmənzəminli. Kişilər dəm vururpəhləvanlıqdan; Güləşdən, güllədən, ölümdən, qandan. S.Vurğun.

GÜLƏŞ2 (ID - 15688)

b a x gülər. [Pərinin] güləş sifəti və hər nə deyiləndə “bəli” deməyi elçilərə çox xoş gəldi. Çəmənzəminli. Günorta xəttini aşırdı günəş; Qaçaqlar meşədə, üzləri güləş. H.K.Sanılı.

GÜLƏŞÇİ (ID - 15689)

is. İdmanın güləşmə növü ilə məşğul olan idmançı. Yüngülçəkili güləşçi.

GÜLƏŞDİRMƏ (ID - 15690)

"Güləşdirmək” dən. f.is.

GÜLƏŞDİRMƏK (ID - 15691)

icb. Güləşməyə məcbur etmək, qurşaq tutdurmaq. [Ziba xanım:] ..Xan Qala qırağında bəy uşaqlarını birbiri ilə güləşdirir. M.F.Axundzadə.

GÜLƏŞƏNGİ (ID - 15692)

is. Güləşmə zamanı çalınan hava. Sanki bir döyüş, bir vuruşma meydanını təsvir edən güləşəngi havası adamları.. yerindən oynadırdı. Ə.Abasov.

GÜLƏŞQABAQ(LI) (ID - 15693)

sif. Üzügülər, xoşsifət, mehriban, şən, gülər. Güləşqabaqlı qız.
Möhlətov istədi bu güləşqabaq oğlanın sözünə soyuqqanlılıqla yanaşsın, məna verməsin, bunu edə bilmədi. Mir Cəlal.

GÜLƏŞMƏ (ID - 15694)

1. “Güləşmək” dən f.is.
2. idm. Bir-birinin kürəyini yerə vurmağa çalışan iki nəfərin qurşaq yapışmasından ibarət idman növü. Güləşmə yarışı.

GÜLƏŞMƏK (ID - 15695)

f Bir-birinin kürəyini yerə vurmağa çalışmaq, qurşaq tutmaq. Pəhləvanlar güləşdilər. - [Vəzir:] Mən cavab verdim ki, əgər mənə yaraşsaydı, bu əlli yaşımda Teymur ağa ilə güləşib onun arxasını yerə qoyardım. M.F.Axundzadə....

GÜLƏŞSİFƏT(Lİ) (ID - 15696)

bax gülərüz(lü). Güləşsifət, ortayaşlı biri .. ayağa qalxıb oturanlara baxdı. Ə.Vəliyev.

GÜLƏYƏN (ID - 15697)

is. və sif. Çox gülən, gülməyi sevən (adam). Güləyən qadın. - Çəpərdən üstümə qəfil su atan; O güləyən qızı görəm yuxuda. M.Araz.

GÜLGƏZ (ID - 15698)

sif. məh. Qırmızı, al. Ağ əllərin olub əcaib gülgəz; Qana batıb, yoxsa hənalanıbdır? M.P.Vaqif. Şahnisə xanım göz yaşlarını gülgəz dəsmalla silərək .. dedi. Çəmənzəminli.

GÜLGÜ (ID - 15699)

is. 1. Gülmə işi; gülüş, gülmə. Yetər buludlardan vurduğumuz dəm; Bir az da gülgüdən danışsın qələm. S.Vurğun.
2. Satirik, satira. Gülgü jurnalı. - Tənqidi əsər istehza, gülgü və məsxərə yolu ilə yazılır. M.F.Axundzadə....

GÜL-GÜL (ID - 15700)

sif. Üzərində gül şəkilləri olan; güllü. Gül-gül yaylıq.

GÜLGÜN (ID - 15701)

sif. [fars.] şair. Gül rəngli, gül kimi, güllü. Ey geyib gülgün, damadəm əzmicövlan eyləyən! Hər tərəf cövlan edib, döndükcə yüz qan eyləyən! Füzuli. [Mərsiyəxan] arabir susur, alovlu gözləri ilə qadını süzür, gülgün...

GÜLXANA (ID - 15702)

is. [fars.] Qışda bitki, gül, tərəvəz, göyərti yetişdirmək üçün şüşə ilə örtülmüş qızdırılan tikili; istixana. Gülxanada gül yetişdirmək. Gülxanadan xiyar dərmək.

GÜLXƏTMİ (ID - 15703)

is. bot. Əməköməci fəsiləsindən ensizyarpaqlı, iri qəşəng çiçəkləri olan ot-bitki (xalq təbabətində işlədilir).

GÜLQABI (ID - 15704)

b a x güldan.

GÜLLƏ (ID - 15705)

is. Top, tüfəng, tapança kimi odlu silahlardan atmaq üçün qurğuşundan düzəldilmiş girdə və uzunsov mərmicik. Top gülləsi. Tüfəng gülləsi. - [Heydərqulunun] kürəyindən dəyən güllə sol ciyərini parçalayaraq böyründən çıxmışdı....

GÜLLƏBARAN (ID - 15706)

is. 1. Çoxlu adamın birlikdə tüfəng atması; çox şiddətli atəş. İki günlük gülləbarandan sonra kəndlilər Kazımın meyitini çinar ağacından asılmış gördülər. M.İbrahimov. □ Gülləbaran etmək (eləmək) - 1) şiddətli atəşə...

GÜLLƏÇİ (ID - 15707)

is. köhn. Güllə qayıran və ya satan adam. Ozüm aşıq oldum, oğlum gülləçi. Aşıq Ələsgər.

GÜLLƏLƏMƏ (ID - 15708)

1. “Güllələmək” dən f.is.
is. Güllələməklə həyata keçirilən ən yüksək cəza; ölüm cəzası; edam. Güllələmə cəzası.

GÜLLƏLƏMƏK (ID - 15709)

f. Güllələmə yolu ilə ölüm cəzasını həyata keçirmək; edam etmək. [Eyvaz:] Mən əgər naçalnik olsaydım, əvvəl-əvvəl sizin hamınızı divara söykəyib güllələrdim. C.Cabbarlı.

GÜLLƏLƏNMƏ (ID - 15710)

“Güllələnmək” dən f.is.

GÜLLƏLƏNMƏK (ID - 15711)

f Ən ağır cəza tədbiri olaraq güllə ilə öldürülmək, edam edilmək. Faşistlər [dustaqların] güllələnəcəyi haqqında kənddə divarlara elanlar yapışdırmışdılar. Ə.Sadıq.

GÜLLƏLƏŞMƏ (ID - 15712)

“Güllələşmək” dən fis.

GÜLLƏLƏŞMƏK (ID - 15713)

qarş. Bir-birinə güllə atmaq; atışmaq. [Qazaqlar] Nəbigilnən bir gün güllələşdilər. “Qaçaq Nəbi”.

GÜLLƏNMƏ (ID - 15714)

“Güllənmək” dən f.is.

GÜLLƏNMƏK (ID - 15715)

f. 1. Gül açmaq, gül açmağa başlamaq; çiçəklənmək. Yaz mövsümü bülbül dil-dil ötəndə; Bağ-bağçalar nərgizlənir, güllənir. “Qurbani”. Bahar gəlir, dərələr çiçəklənir, güllənir. A.Şaiq. [Arvad:] Oğlum, Firidun,...

GÜLLÜ (ID - 15716)

sif. 1. Çoxlu gül olan, gül bitən, gül əkilmiş; çiçəkli. ..Güllü, bağçalı böyük həyətimizdə bizdən başqa iki əmioğlum da ailəsi iləyaşayırdı. S.S.Axundov. Nə dərdin var, sənin, Gəncə? Şəfalı, güllü bağın var. Ə.Nəzmi....

GÜLLÜCƏ (ID - 15717)

is. bot. Paxlalılar fəsiləsindən olub dağ rayonlarında, çəmənlərdə, meşələrdə, çay sahillərində bitən yem otu.

GÜLLÜ-ÇİÇƏKLİ (ID - 15718)

sif. 1. Çoxlu gül, çiçək bitmiş. Güllü-çiçəkli çəmən. Güllü-çiçəkli bağ.
Üzərində gül-çiçək şəklində naxışları olan. Güllü-çiçəkli çit.

GÜLLÜ-GÜLŞƏNLİ (ID - 15719)

bax güllü-çiçəkli. Güllü-gülşənli həyət.

GÜLLÜK (ID - 15720)

GÜLLÜ-NAXIŞLI (ID - 15721)

sif Üzərində gülü, naxışı olan. Güllü-naxışlı parça. - [Səkinə] bardaş quraraq güllü-naxışlı xalçanın üstündə oturmuşdu. M.İbrahimov.

GÜLMƏ (ID - 15722)

“Gülmək” dən f.is.

GÜLMƏXMƏR (ID - 15723)

is. Nazik ipək üzərində iri gülləri olan və qadın paltarları tikmək üçün işlədilən bahalı parça. 4 metr gülməxmər. // Sif mənasında. Həmin parçadan tikilmiş. Gülməxmər paltar.

GÜLMƏK (ID - 15724)

f 1. Müəyyən bir hiss nəticəsində (məs.: sevindikdə, şənləndikdə, gülməli və ya mənasız bir şey gördükdə), habelə bəzi əsəb sarsıntıları anında xarakterik səslər çıxararaq öz duyğusunu bildirmək (ağlamaq əksi). Zəmani-hicrdə...

GÜLMƏLİ (ID - 15725)

sif Gülüş doğuran, gülüşə səbəb olan. Gülməli söz. - Onun bu görkəmi çox gülməli idi. H.Nəzərli. Hər kim o qara zülfə könül versə xətadır; Amma yenə mən bəndəm, əcəb gülməliyəm mən. Ə.Vahid.

GÜLMƏŞƏKƏR (ID - 15726)

sif [əsli fars. gülbəşəgər - şəkərli gül, gül mürəbbəsi] zar. isteh. Şirin, xoş, xoşagələn. Atan soğan, anan sarımsaq; Sən hardan oldun gülməşəkər? (Ata. sözü).

GÜLMIX (ID - 15727)

is. Xırda mıx.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed