
GÜLƏBƏTİN1. is. Qızıl və ya gümüş tellərindən, habelə onlara bənzədilən materiallardan qatışığı olan sap. [Otaqda] arasıra məxmər, üstünə güləbətin çəkilmiş daraqqabı, saatqabı da nəzəri cəlb edərdi. H.Sarabski.
sif Həmin sapla işlənmiş, üzərinə bəzək vurulmuş. Güləbətin daraqqabı. Güləbətin araqçın. - Güləbətin köynək, abı nimtənə; Yaxasında qızıl düymə gərəkdir. M.P.Vaqif. sif məc. Sarı, sarı-qızılı. Güləbətin saç. Paylaşın - Hamı bilsin
|