GÜLMƏKf 1. Müəyyən bir hiss nəticəsində (məs.: sevindikdə, şənləndikdə, gülməli və ya mənasız bir şey gördükdə), habelə bəzi əsəb sarsıntıları anında xarakterik səslər çıxararaq öz duyğusunu bildirmək (ağlamaq əksi). Zəmani-hicrdə gəh ağlayıb, gəhi gülləm. S.Ə.Şirvani. Hamı duyub bu halı, gülüb qaqqıldaşdılar. S.Vurğun. İstehza etmək, ələ salmaq, masqaraya qoymaq, lağ etmək. Gülmə qonşuna, gələr başına. (Ata. sözü). Qıraqdan baxanlar onun qorxaqlığına gülmüşdülər. Mir Cəlal.
məc. Xoş bir xəbərdən, yaxşı bir hadisədən sevinmək, şadlanmaq. məc. Sevinc ifadə etmək. Güldü yarpaq, coşdu irmaq, güllər oynadı. C.Cabbarlı. Təbiət gülür, çiçəklər, quşlar .. sevinc içindədirlər. S.Vəliyev. Paylaşın - Hamı bilsin
|