İzahlı lüğət

GÖZAYDINLIĞI (ID - 15428)

is. Xoş bir xəbər və ya yaxşı bir iş münasibətilə birisini təbrik etmə; təbrik. Hər bulaq başında bir söhbət olur; Gah gözaydınlığı, gah qeybət olur. S.Vurğun. □ Gözaydınlığı vermək - “gözün aydın (olsun)” deyərək...

GÖZBAĞLAYICI (ID - 15429)

is. 1. Xüsusi cihaz və ya hərəkətlərin köməyilə tamaşaçıların gözünü yayındıraraq müxtəlif fokuslar (nömrələr) göstərən sirk artisti.
2. məc. Başa düşülməyən, üstüörtülü, anlaşılmayan iş, müəmma. Onun işi...

GÖZBAĞLAYICILIQ (ID - 15430)

is. 1. Gözbağlayıcı artistin işi, peşəsi.
2. məc. Fırıldaqçılıq, adam aldatma, fırıldaq. Gözbağlayıcılıqla məşğul olmaq.

GÖZBAĞLICA (ID - 15431)

bax gözbağlayıcı 1-ci mənada. [Məhbubə:] Mehri! Bu gözbağlıca oyunun axırı pis qurtarar. H.Seyidbəyli.

GÖZBƏGÖZ (ID - 15432)

zərf Gözünün içinə baxaraq, üzbəüz, qarşı-qarşıya. Gözbəgöz oturub danışmaq. - [Gültəkin:] Uç aydır ki, dik gözbəgöz [Aydının] üzünə baxa bilməmişəm. C.Cabbarlı.

GÖZCÜK (ID - 15433)

is. 1. Kiçik göz. Qarışqanın gözcükləri. İçəriyə və ya bayıra baxmaq üçün qapıda qoyulan xırdaca deşik; gözlük. Qapıda balaca bir gözcük də vardı ki, qapı döyüləndə bu gözcükdən baxıb, gələn adamın üzünü görmək...

GÖZCÜKLÜ (ID - 15434)

sif. Gözcüyü olan; gözlüklü. Gözcüklü qapı.

GÖZCÜYƏZ (ID - 15435)

"Göz” dən ox0.

GÖZÇIXARAN (ID - 15436)

sif Gözlərə kəskin təsir edən, gözü acışdıran. Gözçıxaran tüstü. - Bakının dəhşətli gözçıxaran tozanağı hamıya məlumdur. H.Sarabski.

GÖZƏ (ID - 15437)

is. məh. Sulu, nəmiş otluq, yaşıllıq yer, rütubət çəmənlik. Əziziyəm gözədə; Quzu otlar gözədə; Qurban olum sənə də; Sənə baxan gözə də. (Bayatı). Biz xeyli yol gedib dağətəyi bir gözəyə çıxdıq. S.Rəhimov.

GÖZƏÇARPAN (ID - 15438)

bax gözədəyən. İranda .. xalqın içərisində gözəçarpan canlanma onları təşvişə salmışdı. M.Ibrahimov.

GÖZƏDƏYƏN (ID - 15439)

sif Nəzərə çarpan, diqqəti cəlb edən, yaxşı xüsusiyyəti ilə başqalarından fərqlənən, seçilən, ayrılan. Gözədəyən şey. - Burda gözədəyən hər şey otaq sahibinin işgüzar bir adam olduğunu göstərirdi. M.Hüseyn. Küçələrdə...

GÖZƏDƏYMƏZ (ID - 15440)

is. Nəzərə çarpmayan, diqqət cəlb etməyən. Kəndin gözədəyməz yeri. - Tahirzadə məclisin gözədəyməz biryerində dayanıb müəllimlərlə söhbət edirdi. Mir Cəlal.

GÖZƏGƏLƏN (ID - 15441)

is. Gözə xoş gələn; gözəgəlimli. Gözəgələn ev. - [Rübabə] ucaboy, alagöz, qarasaç, gərdənli, gülərüzlü, bir sözlə, gözəgələn bir qız idi. Mir Cəlal.

GÖZƏGƏLİMLİ (ID - 15442)

1. Bax gözəgələn. ..Bu solğunluğu [Çimnazın] qara qaş-gözünü daha gözəgəlimli göstərirdi. Ə.Əbülhəsən.
2. Bax gözədəyən. Gözəgəlimli qız.

GÖZƏGƏLİMLİLİK (ID - 15443)

is. Gözə xoş gələn, gözoxşayan şeyin hal və keyfiyyəti.

GÖZƏGƏLMƏLİ (ID - 15444)

sif Çox gözəl, çox yaxşı (guya çox gözəl olduğu, yaxud gözəlləşdiyi üçün gözə gələ bilən). [Qəndab:] Mən yəni beləmi gözəgəlməli olmuşam? B.Bayramov.

GÖZƏGÖRÜNMƏZ (ID - 15445)

sif 1. Gözlə görülə bilməyən; gizlənmiş, görünməyən. [Pərişan atasına:] Yox, o adət arvadı gözəgörünməz bir çadra altında çürüdür. M.Ibrahimov. Bir az sonra bütün dərə gözəgörünməz müxtəlif quşların səsi ilə...

GÖZƏGÖRÜNMƏZLİK (ID - 15446)

is. Gözə görünməmə, gözlə görünməsi mümkün olmama, mövcud olmama; xəyalilik.

GÖZƏK (ID - 15447)

is. məh. 1. Bağ, ip. Atı gözəklə hörükləmək. Çuvalın gözəyini bağlamaq. Məfrəşin gözəyi.
2. Toxunma şeyin yırtılmış, çürümüş və ya yanmış yerini yenidən toxumaqla salınan yamaq.

GÖZƏKLİ (ID - 15448)

sif Gözəyi olan, toxunma yamağı olan: yamaqlı. Gözəkli xalça.

GÖZƏL (ID - 15449)

sif 1. Sifətinin cizgiləri, bədəninin tənasübü, qaş-gözü qüsursuz olan; göyçək. Gözəl uşaq. - [Xor:] Xəlvət meşə arasında; Bir gözəl qız tapmışıq. C.Cabbarlı. [Zaqs müdiri] Zeynalın Mehriban kimi gənc və gözəl bir qadını...

GÖZƏLCƏ (ID - 15450)

sif Çox gözəl, çox yaxşı, qəşəngcə. Gözəlcə uşaq. Gözəlcə bağça. Gözəlcə səsi var. - Bir sərin, saf səhər, gözəlcə hava; Bürünüb yamyaşıl çəmən, səhra! A.Şaiq. // Zərf mənasında. Gözəlcə geyinmək. Gözəlcə...

GÖZƏLCƏSİNƏ (ID - 15451)

zərf Çox gözəl, çox yaxşı. Mən Məşədi Kazımağanı gözəlcəsinə anlayırdım. M.S.Ordubadi.

GÖZƏLƏMƏ (ID - 15452)

“Gözələmək” dən f.is. Sap tikiş, gözələmə, naxış çəkmə və s. üçün işlədilir.

GÖZƏLƏMƏK (ID - 15453)

bax gözəmək. Həvəslə xalça toxuyan gəlinlər.. boz çuvalları gözələyir, kisələri daşa-divara çırpıb tozunu təmizləyirdilər. M.Hüseyn. ..Hatəm baba .. çuvalların ağzını gözələyirdi. Ə.Əbülhəsən.

GÖZƏL-GÖYÇƏK (ID - 15454)

bax gözəl 1-ci mənada. Gözəl-göyçək qız. Gözəl-göyçək uşaq. [Hacı Murad:] ..Bir gözəl-göyçək qız al, gətir qoy evinə.. S.S.Axundov. [Sultan bəy:] Qudurğan oğlu qudurğan, bir dul xalasının əvəzində gözəl-göyçək qızımı...

GÖZƏL-GÖZƏL (ID - 15455)

sif Gözəl (adətən çoxluq bildirir). Gözəl-gözəl evlər. Gözəl-gözəl şeylər. - Gözəl-gözəl xanımlar əfsərlər ilə qolqola verib gəzirdilər. Ə.Haqverdiyev. Bal arısı dilində; Gözəl-gözəl nəğmələr; Çəmənləri dolaşıb;...

GÖZƏLLƏMƏ (ID - 15456)

is. folk. Gözəli tərənnüm edən aşıq şeir formalarından birinin adı. Aşıq Ələsgərin gözəlləmələri. - Dilində Vaqifin gözəlləməsi; Yayılmış ətrafa onun zil səsi. S.Vurğun. Tahir telli sazını sinəsinə basdı və gözəlləmə...

GÖZƏLLƏNDİRİLMƏ (ID - 15457)

“Gözəlləndirilmək” dən f.is.

GÖZƏLLƏNDİRİLMƏK (ID - 15458)

bax gözəlləşdirmək.

GÖZƏLLƏNDİRMƏ (ID - 15459)

“Gözəlləndirmək” dən f.is.

GÖZƏLLƏNDİRMƏK (ID - 15460)

f Gözəl etmək, gözəllik vermək, bəzəmək, qəşəngləndirmək. Evi bəzəyib gözəlləndirmək. Gül dibçəkləri otağı daha da gözəlləndirdi.

GÖZƏLLƏNMƏ (ID - 15461)

“Gözəllənmək” dən f.is.

GÖZƏLLƏNMƏK (ID - 15462)

b ax gözəlləşmək.

GÖZƏLLƏŞDİRİLMƏ (ID - 15463)

“Gözəlləşdirilmək” dən f.is.

GÖZƏLLƏŞDİRİLMƏK (ID - 15464)

məch. Daha da gözəl edilmək; yaxşılaşdırılmaq.

GÖZƏLLƏŞDİRMƏ (ID - 15465)

“Gözəlləşdirmək” is.

GÖZƏLLƏŞDİRMƏK (ID - 15466)

GÖZƏLLƏŞMƏ (ID - 15467)

"Gözəlləşmək” dən f.is.

GÖZƏLLƏŞMƏK (ID - 15468)

f Daha da gözəl olmaq; qəşəngləşmək. Qız böyüdükcə gözəlləşir. - ..Qız o qədər böyümüş və gözəlləşmişdi ki, gərək iki göz olub ona tamaşa eyləyəydi. E.Sultanov. Nigar böyüyür, böyüdükcə rəngi ağarır, gözəlləşirdi....

GÖZƏLLİK (ID - 15469)

is. Gözəl adam və ya şeyin halı: qəşənglik, gözəşirinlik. Mənim tanrım gözəllikdir, sevgidir. H.Cavid. [Məmmədbağır] bütün ömrünü qadınların gözəlliklərini ölçməklə keçirmişdi. S.Hüseyn. Gülgəz bütün gözəlliyi...

GÖZƏM (ID - 15470)

b ax güzəm.

GÖZƏMƏ (ID - 15471)

“Gözəmək” dən f.is. Çuvalın gözəməsi.

GÖZƏMƏK (ID - 15472)

f Toxunma şeylərin yırtılmış, deşilmiş yerini yenidən toxumaq, tikmək, yamamaq. Corabları gözəmək. Torbanı gözəmək. Şalvarın yırtığını gözəmək. - Vadila .. dizi üstünə yığdığı qara atlasdan ibarət bir yığın tikə-paraları...

GÖZƏŞİRİN (ID - 15473)

sif Gözə xoş gələn, qanışirin, yapışıqlı, xoşagələn, sevimli. Gözəşirin uşaq. - Qumar “qəhrəmanları” gözəşirin bir gənci əhatə edib min cür hiylə ilə qumara qoşardılar. H.Sarabski.

GÖZƏŞİRİNLİK (ID - 15474)

is. Gözəşirin adamın və ya şeyin xüsusiyyəti; yapışıqlılıq, qanışirinlik, sevimlilik.

GÖZƏTÇİ (ID - 15475)

is. Qarovulçu, keşikçi, mühafizəçi, bəkçi, baxıcı. Mağaza gözətçisi. Osman gözətçidir oyankı dikdə. H.K.Sanılı. ..Var-gəl edən gözətçinin ayaq səsləri aydınca eşidilirdi, ağır çəkmələrin dabanlarındakı nallar daş...

GÖZƏTÇİLİK (ID - 15476)

is. Gözətçi vəzifəsi, qarovulçuluq, keşikçilik, bəkçilik. □ Gözətçilik etmək - 1) üstündə nəzarət etmək, qarovul çəkmək; 2) himayəçilik etmək, baxmaq. Mənə nəmli kamerada gözətçilik edəndə sən; Bu mərhumun əlləriylə...

GÖZƏTLƏMƏ (ID - 15477)

1. “Gözətləmək” dən f.is.
2. is. Gözlənilən şey, ümid. Rüxsarənin gözətləməsi doğru çıxdı. S.Rəhimov.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed