
GÖZAYDINLIĞIis. Xoş bir xəbər və ya yaxşı bir iş münasibətilə birisini təbrik etmə; təbrik. Hər bulaq başında bir söhbət olur; Gah gözaydınlığı, gah qeybət olur. S.Vurğun. □ Gözaydınlığı vermək - “gözün aydın (olsun)” deyərək təbrik etmək. [Vaqif] Qızxanımla [Mirzə Əliməmmədin] ailəsinə gözaydınlığı vermək üçün getdi. Çəmənzəminli. Kərbəlayı Xəlilin arvadına bu xəbər çatan kimi, Xavərnisəyə gözaydınlığı vermək və kömək etmək üçün oraya getdi. T.Ş.Simurq.
Paylaşın - Hamı bilsin
|