İzahlı lüğət

GÖYƏRMİŞ2 (ID - 15378)

GÖYƏRTƏ (ID - 15379)

is. [əsli ital.] Gəmi gövdəsinin üst hissəsindəki açıq sahə. Göyərtəyə çıxmaq. Göyərtədə gəzinmək. Yükləri göyərtəyə yığmaq. - ..Göyərtədə sıxlaşmış sərnişinlərin rəngbərəng yaylıqları titrəşirdi. M.Hüseyn....

GÖYƏRTİ1 (ID - 15380)

is. 1. Ümumiyyətlə bitkilər (ot, ağaclar, yarpaqlar). Hansı şeydir dəyişməyib dünyada; Göyərti də, heyvanat da, hava da. Səhhət. ..Kəndin ətrafında, qapılarda, həyətlərdə göyərti əkmək, park salmaq, kölgəlik düzəltmək...

GÖYƏRTİ2 (ID - 15381)

GÖYƏRTİÇİ (ID - 15382)

is. Göyərti əkib-becərmək və satmaqla məşğul olan adam.

GÖYƏRTİÇİLİK (ID - 15383)

is. Göyərtiçinin işi, peşəsi, məşğuliyyəti.

GÖYƏRTİLİ (ID - 15384)

sif 1. Göyərti əkilmiş, göyərtisi, yaşıllığı olan; göy. Göyərtili həyət.
2. Tərkibində göyərti olan, göyərti qatılmış. Göyərtili sıyıq.

GÖYƏRTİLİK (ID - 15385)

is. Göyərti əkilmiş yer, göyərti bitən yer. Hər kəs həyətdəki göyərtiliyi sulamaq istəyirdi. S.Rəhimov.

GÖYƏRTİSATAN (ID - 15386)

is. və sif Göyərti satmaqla məşğul olan; göyərtiçi.

GÖYƏRTİSİZ (ID - 15387)

sif. Göyərti bitməyən, göyərtisi olmayan. Göyərtisiz sahə.

GÖYƏRTMƏ1 (ID - 15388)

“Göyərtmək1

GÖYƏRTMƏ2 (ID - 15389)

"Göyərtmək2

GÖYƏRTMƏK1 (ID - 15390)

f Göy rəngə boyamaq; maviləşdirmək. Paltarı boyayıb göyərtmək.
2. Bərk bir şeylə vurub, yaxud toxundurub, göyərmək, qançır əmələ gətirmək. Bədənini göyərtmək. Gözünün altını göyərtmək.

GÖYƏRTMƏK2 (ID - 15391)

GÖY-GÖYƏRTİ (ID - 15392)

top. bax göyərti1

GÖL-GÖYƏRTİLİK (ID - 15393)

bax göyərtilik. [Şiraslan düşünürdü:] ..Bu qaynar çeşmələr .. yollar üzərinə gətirilərsə, onlar göy-göyərtilik içərisindən ağara-ağara axar(dı)... S.Rəhimov.

GÖYGÖZ (ID - 15394)

sif. 1. Gözləri göy; gözügöy. Göygöz qız. - Yusif kürən, göygöz, yekəbaş uşaqlardan birinə baxan kimi onun Şirin nəslindən olduğunu yəqin etdi. B.Bayramov.
2. məc. Çox simic, xəsis (adam). Göygözün biridir.

GÖYGÖZLÜ (ID - 15395)

bax göygöz 1-ci mənada. Laçının məktəb yoldaşı arıq, uzun, alnıçapıq, göygözlü bir oğlandı. M.Hüseyn.

GÖYGÖZLÜK (ID - 15396)

is. 1. Gözlərin göy olması.
məc. Simiclik, xəsislik. Göygözlük etmək.

GÖYLƏŞMƏ1 (ID - 15397)

“Göyləşmək1

GÖYLƏŞMƏ2 (ID - 15398)

“Göyləşmək2

GÖYLƏŞMƏK1 (ID - 15399)

f Göy rəng almaq; maviləşmək. Paltar boyanıb göyləşdi.

GÖYLƏŞMƏK2 (ID - 15400)

f Göyərib, qol-budaq atıb göy olmaq; yaşıllaşmaq.

GÖYLÜ (ID - 15401)

b a x göyərtili 1 -ci mənada.

GÖYLÜK1 (ID - 15402)

is. Göy rəngdə olma; mavilik. Paltarın göylüyü. - Göylüyünü necə saxlar bu göylük; Durnaları dönməz oldu dağların.. M.Araz.

GÖYLÜK2 (ID - 15403)

is. 1. B a x göyərtilik. Göylüyü sulamaq.
2. Otlaq, otluq, yaşıllıq. Sürünü göylüyə buraxmaq. - Bəzəsin çölləri başdan-başa göylük, otluq; Ta əzəldən bizə yaddır qıtlıq. S.Rüstəm. Orüşdən dönən heyvanlar göylükdən...

GÖYNƏDƏN, GÖYNƏDİCİ (ID - 15404)

sif. Göynətmək xüsusiyyəti olan; acışdırıcı, qıcıqlandırıcı, qaşındırıcı. Xəlil.. ürəyini göynədən sözləri əmisi oğlundan soruşa bilmədi. İ.Məlikzadə.

GÖYNƏDİCİLİK (ID - 15405)

is. Göynətmək xüsusiyyəti olma; acışdırıcılıq, qıcıqlandırıcılıq, qaşındırıcılıq.

GÖYNƏMƏK (ID - 15406)

f 1. Qıcıqlanmaq, qaşınmaq. Onun üzü-gözü qırışır və elə bil boğazı da göynəməyə başlayırdı. Ə.Əbülhəsən. Əvvəla, kətmən dəyən yer bərk göynəyirdi. İkincisi, qolları az qalırdı ki, qırıla. Ə.Vəliyev.
Ağrımaq,...

GÖYNƏRTİ (ID - 15407)

is. Göynəmə, sızıldama, ağrıma. Şeydanın sinəsinin altındakı köhnə çapığın göynərtisi dərhal əriyib yoxa çıxdı. B.Bayramov.

GÖYNƏTMƏ (ID - 15408)

“Göynətmək” dən f.is.

GÖYNƏTMƏK (ID - 15409)

icb. 1. Qıcıqlandırmaq, acışdırmaq, qaşındırmaq. Dərman yaranı göynətdi. - [Nəcəfalı] qozdan bir neçəsini qoynuna doldurdu, qərzəkli qoz ətini göynətdi. B.Bayramov.
məc. Narahat etmək, nigarançılıq doğurmaq, incitmək,...

GÖYÖSKÜRƏK (ID - 15410)

is. tib. Adətən uşaqların tutulduğu sürəkli üzücü öskürək şəklində təzahür edən yoluxucu xəstəlik.

GÖYRÜŞ (ID - 15411)

is. bot. Lələkvari yarpaqlı, qanadlı meyvəsi olan, ağır və möhkəm oduncaqlı ağac; vən. Göyrüş və ya vən ucaboylu, qışda yarpağı tökülən ağacdır. H.Qədirov.

GÖYRÜŞLÜK (ID - 15412)

is. Çoxlu göyrüş ağacı olan yer. Göyrüşlükdə dincəlmək.

GÖYSATAN (ID - 15413)

bax göyərtisatan.

GÖYTÜRK (ID - 15414)

is. tar. Orta Asiyada yaşamış qədim bir türk ulusu və bu ulusdan olan kimsə. Göytürk xaqanlığı.

GÖYTÜRKCƏ (ID - 15415)

is. Göytürk dili, Orxon türkcəsi.

GÖYÜMSOV, GÖYÜMTRAQ, GÖYÜMTÜL (ID - 15416)


sif. Göy rəngə çalan. Göyümtül göz. - Otağı göyümtül papiros tüstüsü bürüdüyündən adamların siması xəyal kimi dumanlı görünürdü. M.Hüseyn. [Qaragünün] ..alnının sol tərəfində dərin göyümtül çapıq .. görünürdü....

GÖY-YAŞIL (ID - 15417)

sif. Göylə yaşıl arasında olan, həm göyə, həm də yaşıla çalan. Göy-yaşıl parça.

GÖYZƏMİN (ID - 15418)

sif Yerliyi (fonu) göy rəngdə olan. Göyzəmin parça. - Gülşad göyzəmin krep-satindən, yaxası düyməli, qolu uzun don geymişdi. Ə.Əbülhəsən.

GÖZ (ID - 15419)

is. 1. İnsan və heyvanda görmə orqanı. Qara gözlər. Ala gözlər. Iri göz. -Xumar-xumar baxmaq göz qaydasıdır; Lalə tək qızarmaq üz qaydasıdır. M.P.Vaqif. Arvad .. yaşarmış gözlərini silib ərinin qabağında döyükə-döyükə...

GÖZAĞARTMASI (ID - 15420)

gözağartması vermək - qorxuducu nəzərlə, hədələyici tərzdə baxmaq, göz ağartmaq. Əlyarov bu dəfə bulud kimi qaraldı və direktora gözağartması verdi. M.Hüseyn.

GÖZALTI (ID - 15421)

1. is. Sonradan almaq və ya ərə getmək üçün nəzərdə tutulan qız, yaxud da oğlan. Əlbəttə, heç bir gözaltın varmı? Ə.Sadıq. [Süsənbər Səməndərə:] Sözümə cavab vermədin, axı, bəlkə gözaltın var? Bayramov. □ Gözaltı...

GÖZALTILAMA (ID - 15422)

“Gözaltılamaq” dan f.is.

GÖZALTILAMAQ (ID - 15423)

bax gözaltı etmək (eləmək) (“gözaltı”da). Qız gözaltılamaq.

GÖZAYDINLAMA (ID - 15424)

“Gözaydınlamaq” dan f.is.

GÖZAYDINLAMAQ (ID - 15425)

f Şad bir hadisə və ya xəbər münasibətilə birini təbrik etmək, gözaydınlığı vermək. Toy münasibətilə gözaydınlamaq. - Xəbər tutanlar gəlib bu xoşbəxt ataları gözaydınlayırdı(lar) S.Rəhimov.

GÖZAYDINLAŞMA (ID - 15426)

“Gözaydınlaşmaq” dan f.is.

GÖZAYDINLAŞMAQ (ID - 15427)

qarş. Şad bir hadisə və ya xəbər münasibətilə bir-birini təbrik etmək, bir-birinə gözaydınlığı vermək. Maral yatdığı yerdə bu gurultulu gözaydınlaşmağı eşitdi.. Ə.Əbülhəsən.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed