GURLANMA (ID - 15578)“Gurlanmaq” dan f.is.
|
GURLANMAQ (ID - 15579)f Şiddətlənmək, güclənmək. Ocaq daha da gurlandı.
|
GURLAŞMA (ID - 15580)“Gurlaşmaq” dan f.is.
|
GURLAŞMAQ (ID - 15581)f 1. Daha da gurultulu olmaq, əvvəlkindən gur səslənmək. Səsi daha da gurlaşırdı.
Şiddətlənmək, artmaq, güclənmək. Ocaq daha da gurlaşdı. Sel getdikcə gurlaşırdı. |
GURLAYICI (ID - 15582)sif Gurultu səsi çıxaran, gurlayan.
|
GURP (ID - 15583)təql. Ağır bir şey düşdükdə çıxan səs.
□□ Ürəyi gurp eləmək - bax ürəyi gup eləmək (“gup”da). |
GURPADAN (ID - 15584)zərf Guppultu ilə, birdən, nagahani. Gurpadan düşmək.
|
GURSAÇ(LI) (ID - 15585) sif Saçı gur olan, qalınsaç. Gursaçlı qız.
|
GURSAÇ(LI)LIQ (ID - 15586) is. Qalınsaç(lı)lıq.
|
GURSƏS(Lİ) (ID - 15587)sif Səsi gur olan, gur səs çıxaran. Gursəs(li) kişi.
|
GURSƏS(Lİ)LİK (ID - 15588)is. Səsi gur olma.
|
GURŞAD (ID - 15589)sif. Çox bərk və sürətlə yağan. ..Gurşad yağmur ehtiyatsız yolçuları islanmış cücəyə döndərir. M.Rzaquluzadə. // İs. Gur yağış, şiddətli yağış. Dəli dağın ətəklərində sel və gurşaddan sonra göllər, gölməçələr...
|
GURTAGURT (ID - 15590)təql. Ocaqda, sobada odun, kömür, qaz yanarkən çıxan səs. Ocaq gurtagurt saldı.
|
GURULDAYICI (ID - 15591)sif Gurultu salan, gurlayan, gur-gur edən.
□□ Guruldayıcı qaz kim. - hidrogenin oksigenlə qarışığından alınan partlayıcı qaz. |
GURULDAMA (ID - 15592)“Guruldamaq” dan f.is.
|
GURULDAMAQ (ID - 15593)bax gurlamaq. Yağmasa da guruldayır. (Məsəl). Dərin darısqal dibində dərənin; Rəd kimi guruldayır baltalar. A.Səhhət. Külək daha da şiddətlənir, yerə sərilmiş Dilşadın üzərində guruldayaraq şahidi olduğu faciəni xəbər verirdi....
|
GURULDATMA (ID - 15594)“Guruldatmaq” dan f.is.
|
GURULDATMAQ (ID - 15595)icb. Guruldamasına səbəb olmaq. [Tahir] ..öz məharətini göstərmək üçün bir neçə dəfə motoru guruldatdı... M.Hüseyn.
|
GURULTU (ID - 15596)is. 1. Bir şeyin hərəkətindən və ya düşməsindən hasil olan çox bərk qarışıq səs. - [Məlikməmməd] sübhə yavuq gördü bir gurultu, bir nərilti gəlir ki, yer zəlzələ eləyir. Çəmənzəminli. Sel gurultu ilə alaçığın içindən...
|
GURULTULU (ID - 15597)sif. 1. Gurultusu olan, çox səs salan, gurultu salan. Yağış nə qədər gurultulu (z.) yağsa, o qədər sonra hava xoş və aydın olur.. A.Divanbəyoğlu. Səndə gurultulu bir çağlayan var; Bu dönməz çağlayan durmadan axar. M.Müşfiq. □...
|
GURULTULULUQ (ID - 15598)is. Gurultu qoparan adam və ya şeyin halı.
|
GURULTU-NƏRİLTİ (ID - 15599)is. Çox bərk səsküy, gurultu. Çayın tərpətdiyi qayalar toqquşur, gurultu-nərilti qoparırdı. B.Bayramov.
|
GURULTU-PATILTI (ID - 15600) bax gurultu-nərilti. Günlərin birində qonşumgildən gurultupatıltı eşitdim. S.Rüstəm.
|
GURUPPULTU (ID - 15601)bax guppultu. ..Orada bir belə məqalə var idi: “Milləti-islamiyyənin inhitatı”, yəni “müsəlmanların yuxarıdan guruppultu ilə aşağı düşməyi”. C.Məmmədquluzadə.
|
GUŞ (ID - 15602)[fars.] klas. Qulaq. Barmağında xatəm, guşində tənə; Gireh-gireh zülfün tökə gərdənə. M.P.Vaqif. □ Guş etmək klas. qulaq asmaq. [Zeyd:] Harun, guş et, bir dəm; Leylayə mən bəndəm. Ü.Hacıbəyov.
|
GUŞƏ (ID - 15603)is. [fars.] 1. Künc, bucaq. Otağın guşəsi. - Onlar uçuq toyuq hinini palçıqlayır və həyətin bir guşəsinə yapılmış təzəkləri qalağa yığırdılar. M.İbrahimov. [Səlim] başqa bir guşəyə yeridi. B.Bayramov. // Tin, künc. Binanın...
|
GUŞƏBƏND (ID - 15604)is. [fars.] köhn. Bir şeyin, ya tikilinin guşələrini birləşdirməkdən ötrü metal və ya başqa materialları birləşdirməkdən ötrü metal üçbucaq şəklində bənd; künyə.
|
GUŞƏDAŞI (ID - 15605)is. 1. Tikilərkən binanın tinlərinə qoyulan və başqa bütün daşların qoyulması üçün əsas olan daş. Guşədaşı yerdə qalmaz. (Ata. sözü).
məc. kit. Əsas, başlıca ideya, çıxış nöqtəsi. |
GUŞƏNİŞİN (ID - 15606)is. [fars.] Cəmiyyətdən, adamlardan qaçan adam; asket, zahid. Guşənişin olmaq - bir yerdə qapanıb
qalmaq, evdən bayıra çıxmamaq. [Şah:] Mən ona Mazandaran hökumətini vermişəm, gedib əyləşib orada, olub guşənişin. Ə.Haqverdiyev.... |
GUŞƏNİŞİNLİK (ID - 15607)is. Guşənişin adamın halı; asketlik, zahidlik.
|
GUVULDAMA (ID - 15608)"Guvuldamaq” dan f.is.
|
GUVULDAMAQ (ID - 15609)f Guvultu səsi çıxarmaq, uğuldamaq. Budur şimal yeli qopub guvuldar; Sürükləyib buludları vıyıldar. Səhhət. Daşlar səslənir, qalın meşələr guvuldayır. S.Rəhimov.
|
GUVULTU (ID - 15610)is. Geniş sahəni əhatə edən dəhşətli səs; uğultu.
|
GUYA, GUYA Kİ (ID - 15611) bağl. Sanki, elə bil. Guya bilmirsən. - ..Axurun içində guya ki, fənə bürünmüş bir şey naçalnikin gözünə sataşdı. Məmmədquluzadə. Mirzə Mustafa cəsarətlə gəlib onun qabağında əyləşdi, guya ki, heç naməhrəm deyil. E.Sultanov....
|
GÜBRƏ (ID - 15612)is. Bitkiləri daha yaxşı qidalandırmaq və məhsuldarlığını artırmaq üçün torpağa qatılan üzvi və ya qeyri-üzvi maddə. Üzvi gübrə. Mədən gübrəsi. Torpağa gübrə vermək.
|
GÜBRƏLƏMƏ (ID - 15613)“Gübrələmək” dən f.is.
|
GÜBRƏLƏMƏK (ID - 15614)f. Torpağa gübrə vermək. Tarlanı gübrələmək.
|
GÜBRƏLƏNDİRİLMƏ (ID - 15615)“Gübrələndirilmək” dən f.is.
|
GÜBRƏLƏNDİRİLMƏK (ID - 15616)məch. Gübrə vurdurulmaq, gübrə səpdirilmək.
|
GÜBRƏLƏNDİRMƏ (ID - 15617)“Gübrələndirmək” dən f.is.
|
GÜBRƏLƏNDİRMƏK (ID - 15618)icb. Gübrə vurmaq, gübrə vermək.
|
GÜBRƏLƏNMƏ (ID - 15619)“Gübrələnmək” dən f.is.
|
GÜBRƏLƏNMƏK (ID - 15620)məch. Gübrə vurulmaq, gübrə verilmək. Tarla gübrələndi.
|
GÜBRƏLƏTMƏ (ID - 15621)“Gübrələtmək” dən fis.
|
GÜBRƏLƏTMƏK (ID - 15622)icb. Gübrə verdirmək, gübrə vurdurmaq. Sahəni gübrələtmək.
|
GÜBRƏLİ (ID - 15623)sif Gübrəsi olan, gübrə verilmiş, gübrələnmiş. Gübrəli torpaq.
|
GÜBRƏSƏPƏN (ID - 15624)sif. k.t. Torpağı gübrələyən; gübrəverən. Gübrəsəpən maşın. // İs. mənasında. Gübrəsəpəni təmir etmək.
|
GÜBRƏSİZ (ID - 15625)sif Gübrə verilməmiş, gübrəsi olmayan. Gübrəsiz torpaq.
|
GÜC (ID - 15626)is. 1. Canlıların əzələlərini gərginləşdirmə vasitəsilə fiziki hərəkətlər etmə qabiliyyəti; insanın (heyvanın) fıziki enerjisi, qüvvəsi; qüvvə. Görsün mən dəlinin indi gücünü. “Koroğlu”. Gücünə bax, şələni bağla....
|
GÜC-BƏLA (ID - 15627)zərf Çox çətinliklə, böyük əziyyətlə; zorla. Güc-bəla onları gətirib yola; Deyirəm: - Adıma vurmayın ləkə! S.Rüstəm. ..Sarı keçi bir günü acgöz-acgöz çoxyaman tıxdı, güc-bəla evə döndü. S.Rəhimov.
|
Bu səhifə dəfə baxılıb