
GURULTULUsif. 1. Gurultusu olan, çox səs salan, gurultu salan. Yağış nə qədər gurultulu (z.) yağsa, o qədər sonra hava xoş və aydın olur.. A.Divanbəyoğlu. Səndə gurultulu bir çağlayan var; Bu dönməz çağlayan durmadan axar. M.Müşfiq. □ Gurultulu alqış(lar) - uzun sürən, sürəkli alqış(lar). Oğlan və qızların sevinc və səsləri, gurultulu alqışları salonu bürüdü. H.Seyidbəyli.
Səs-küy çox olan, səs-küylü, gedişgəliş çox olan, izdihamlı. Gurultulu gecə. Gurultulu meydan. - [Nərgiz:] Mən əvvəllər təsəvvürümə gətirə bilmirdim ki, gurultulu şəhər həyatından sonra kənddə necə dolanacam. İ.Şıxlı. məc. Həddindən artıq təntənəli, bəzəkdəbdəbəli, təmtəraqlı. Gurultulu sözlər. Paylaşın - Hamı bilsin
|