İzahlı lüğət

GÜNÜQARA (ID - 15828)

bax qaragün. Gün sənin əlindən günüqaradır. Q.Zakir. [Qəndab:] Ancaq mən günüqara, uşaq olub evin küncündə qalacağam. B.Bayramov.

GÜNÜQARALIQ (ID - 15829)

is. Günüqara adamın vəziyyəti; bədbəxtlik, qaragünlük.

GÜNÜLƏMƏ (ID - 15830)

"Günüləmək” dən f.is.

GÜNÜLƏMƏK (ID - 15831)

f. Düşmən olmaq, xoşlamamaq, günü kimi baxmaq, yola getməmək. Ayna Əbülfəzi günülədiyi kimi, Əbülfəz də onu xoşlamırdı. Ə.Vəliyev.

GÜNÜLÜK (ID - 15832)

is. 1. Köhnə məişətdə: bir kişinin iki və ya bir neçə arvadı arasındakı münasibət. [Fərəc] iki arvad almışdı ki, onlardan biri günülüyə davam etməyib, ikinci arvadı alandan sonra o dünyaya köçmüşdü. Ə.Haqverdiyev.
Özünü...

GÜNVURMA (ID - 15833)

is. Günəş şüalarının təsirindən beyin mərkəzinin zədələnməsi. Günvurmadan ölmək. Ozünü günvurmadan qorumaq.

GÜNYAŞAR (ID - 15834)

sif. 1. zool. Ancaq bir gün ömrü olan, bir gün yaşayan (cücü haqqında).
2. məc. Efemer.

GÜNYƏ (ID - 15835)

is. Düzbucaqlı və ya şaquli xətlər çəkmək üçün üçbucaq formalı xətkeş.

GÜRCÜ (ID - 15836)

is. Gürcüstanın əsas yerli əhalisini təşkil edən, iber-Qafqaz dillərindən birində danışan xalq və bu xalqa mənsub adam.

GÜRCÜCƏ (ID - 15837)

sif. və zərf Gürcü dilində. Gürcücə danışmaq.

GÜRDƏK (ID - 15838)

is. məh. 1. Taxtadan, kağızdan və ya başqa bir şeydən qayrılmış qapaq, tıxac.
2. Yaranın içinə qoyulan pambıq, ya bint parçası; piltə, tampon.

GÜRRAH (ID - 15839)

is. Dəstə ilə çox adamın səsküylə birlikdə və birdən-birə bir işə başlaması. // Qələbəlik, axın, bir şeyin qızğın çağı. Sabah ertə alan çoxlu olur, ancaq axşamüstü bazara ləngiyənlər, alıcının gürrahına düşməyənlər...

GÜRŞAD (ID - 15840)

is. İri giləli bərk yağış. Belə gürşad yağmurlar üçün babalar deyiblər ki, yağış yağar, varlının süsünü aparar, yoxsulun hisini. M.Rzaquluzadə.

GÜRUH (ID - 15841)

is. [fars.] Qeyri-mütəşəkkil, şüursuz, cahil adamlar yığını, yaxud pis bir niyyətlə birləşmiş adamlar dəstəsi. Bəzən yaxşını pisdən, qaranı ağdan seçə bilməyən güruhun nə qədər dəhşətli olduğunu Tərlan çox gözəl...

GÜRZ (ID - 15842)

is. 1. Müxtəlif işlərdə işlədilən çox ağır, iri çəkic. Qollarını çırmayıb, gürz endirir zindana. Ə.Cəmil.
2. Qədimdə: başı dəmir və ya daşdan olan toppuz; silah kimi işlədilən, baş tərəfi enli, ağır dəyənək....

GÜRZƏ1 (ID - 15843)

is. Daşlıq, qayalıq, kolluq yerlərdə yaşayan boz rəngli, arxasında əyri parlaq zolaqlar olan zəhərli ilan.

GÜRZƏ2 (ID - 15844)

is. Nazik yayılıb doğranmış xəmir parçalarının içinə döyülmüş ət qoyulub bükülərək bişirilən xörək; girs.

GÜŞBƏRƏ (ID - 15845)

bax düşbərə. ..Gəldi evə, arvad güşbərə bişirmişdi, bir neçə boşqab yeyib istədi yatsın, yuxusu gəlmədi. Ə.Haqverdiyev.

GÜVƏ (ID - 15846)

is. zool. Yun şeylərə, taxıla və s. bitkilərə zərər vuran bir böcək cinsi. Güvə dəymək (düşmək). - Kiçik və ipək xalçalar bükülüb güvə dəyməmək üçün tütünə qoyulmuşdu. M.S.Ordubadi.

GÜVƏC (ID - 15847)

is. Gildən qayrılan (bəzən içində xörək bişirilən) boğazı dar qab. Güvəcdə qatıq qoymaq. - Adımı güvəc qoy, amma ocaq üstə qoyma. (Ata. sözü). Arvad sevincindən özünü itirdi və əlindəki güvəci salıb sındırdı. Q.İlkin....

GÜVƏQIRAN (ID - 15848)

is. dan. Naftalin.

GÜVƏNC (ID - 15849)

is. Arxalanmalı, etibar olunmalı, güvəniləsi adam və ya şey.

GÜVƏNMƏ (ID - 15850)

"Güvənmək” dən f.is.

GÜVƏNMƏK (ID - 15851)

f 1. Arxalanmaq, bel bağlamaq. Atasına güvənmək. - Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış. (Ata. sözü). Ellərə güvənib yazsa sənətkar; Ilham xəzinəsi tükənməz olar. S.Vurğun.
2. Lovğalanmaq, öyünmək, qürrələnmək,...

GÜYƏMƏ (ID - 15852)

is. bot. Qısa saplaqları, uzunsov yarpaqları olan kol sarmaşığı.

GÜYÜM (ID - 15853)

is. Su daşımaq və ya saxlamaq üçün boğazı uzun, iri qulplu, mis qab; mis səhəng. O biri uşaqlar məktəbə həftədə iki güyüm su versəydilər, Ağabala beş-altı güyüm verərdi. Çəmənzəminli. [Ruqiyyə] əl və üzünü yumuş,...

GÜZ (ID - 15854)

is. köhn. 1. Payız. Güz almasıtək al yanaqlum... “Dədə Qorqud”.
2. məh. İki əkin sahəsi arasında sərhəd; şumlanıb qalan yer.

GÜZAR, GÜZƏR (ID - 15855)

is. [fars.] klas. Yol, keçid, keçmə. Gecə-gündüz duam budur Tanrıma; Nola səni sala bir güzarıma. M.P.Vaqif. Güzar etmək klas. - keçmək, getmək.
Ol güli-xəndanı görmək mümkün olsaydı mənə; Səntək, ey bülbül, gülüstanə...

GÜZARİŞ (ID - 15856)

is. [fars.] klas. 1. Hadisə, vaqiə, əhvalat. [Divanbəyi:] Zahirən görünür ki, Bayram müqəssir deyil, əgərçi güzariş onun təqsirinə çox dəlalət edirdi. M.F.Axundzadə.
2. Göstəriş, əmr. Güzariş vermək.

GÜZDƏK (ID - 15857)

is. Payızda göyərən ot, payız otu. Qoyunlarpayızın güzdək otundan ağızdolusu götürüb xoşallanırdılar. S.Rəhimov. Nəmişlik olduğundan güzdək dizə çıxırdı. Ə.Vəliyev. // Payız otlağı. Qaraca çoban dəstəsilə gəlib güzdəyə...

GÜZDƏKLƏŞMƏ (ID - 15858)

“Güzdəkləşmək” dən f.is.

GÜZDƏKLƏŞMƏK (ID - 15859)

f Payızda ot göyərmək.

GÜZƏM (ID - 15860)

is. Yayın ikinci yarısında qırxılan qoyun yunu. // Quzu yunu. Nəcəfalının əynində güzəmdən toxunmuş şalvardan, çit köynəkdən başqa heç nə yox idi. B.Bayramov.

GÜZƏRAN (ID - 15861)

is. [fars.] Dolanacaq, dirilik, yaşayış, həyat. Məktəbdə Səlimin güzəranı çox da gözəl keçməyirdi. İ.Musabəyov. [Nəbi:] Nədir bu güzəran, nədir bu həyat? Xalqa divan tutur biryığın cəllad! S.Rüstəm. Güzəran etmək - dolanmaq,...

GÜZƏRANLI (ID - 15862)

sif 1. Bu və ya başqa cür güzəran keçirən, dolanacağı, həyatı olan. Pis güzəranlı. Yaxşı güzəranlı. Xoş güzəranlı.
2. Həyatı yaxşı keçən, firavan yaşayan. Bulağın hər iki tərəfinin lap güzəranlısı (is.) belə...

GÜZƏRANLIQ (ID - 15863)

is. 1. Yaşayış, keçinəcək, dolanacaq. [Hacı Nuru şair:] ..Hər kəsin öz sənəti özünə iksirdir və xoş güzəranlığına baisdir. M.F.Axundzadə.
2. Yaşayış üçün lazım olan maddi nemətlər. Çəkirsə onlar gecə-gündüz...

GÜZƏRANSIZ (ID - 15864)

sif. Güzəranı yaxşı olmayan, dolanacağı pis olan, həyatı ağır keçən.

GÜZƏRGAH, GÜZƏRGƏH (ID - 15865)

is. [fars.] klas. Keçilən yer, keçid, yol. Gəzmə, ey könlüm quşu, qafil fəzayi-eşqdə; Kim, bu səhranın güzərgəhlərdə çox səyyadı var. Füzuli. Amansız, qansız ovçuydu, güzərgahlarda tor qurdu; Dağılmış aşiyan qoydu, əlində...

GÜZƏŞT (ID - 15866)

is. [fars.] Başqasının xeyrinə olaraq bir şeydən və ya öz fikrindən əl çəkməyə razılaşma, əl çəkmə. // Alış-verişdə qiyməti aşağı salma. // Bağışlama, keçmə (borc, günah haqqında).
□□ Güzəşt etmək (eləmək)...

GÜZƏŞTLİ (ID - 15867)

sif. Güzəşt ilə olan, güzəşt ilə satılan, nisbətən ucuz. Güzəştli mövsümi bilet. - Yanvarın 1-dən etibarən şəhərlərarası telefon danışıqları üçün yeni güzəştli qiymətlər müəyyən edilir.

GÜZGÜ (ID - 15868)

is. 1. Qarşısındakı şeylərin şəkillərini əks etdirən, xüsusi surətdə pardaqlanmış şüşə lövhə; ayna. Bədənnüma güzgü. Cib güzgüsü. - Bir güzgüyə gər açıb gözünü; Güzgüdə görəydi öz-özünü. Füzuli. [Məşədi...

GÜZGÜÇÜ (ID - 15869)

is. Güzgü qayıran usta.

GÜZGÜLÜ (ID - 15870)

sif. Güzgüsü olan, üzərinə güzgü keçirilmiş, güzgü salınmış; aynalı. Güzgülü şifoner. - [Züleyxa] güzgülü şkafdan ipək pijamasını götürüb geydi.. M.İbrahimov.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed