İzahlı lüğət

GÜZAR, GÜZƏR

is. [fars.] klas. Yol, keçid, keçmə. Gecə-gündüz duam budur Tanrıma; Nola səni sala bir güzarıma. M.P.Vaqif. Güzar etmək klas. - keçmək, getmək.
Ol güli-xəndanı görmək mümkün olsaydı mənə; Səntək, ey bülbül, gülüstanə güzar etməzmidim? Füzuli. O gündən ki göz önündən gedibsən; Etməmişəm gülüstanə güzar mən. Q.Zakir. Qış günü bərk çovğun idi bir səhər; Cütçü baba yoldan edirdi güzər. Səhhət. Güzarı düşmək - yolu düşmək. Müşk adında bir pəhləvan yolla gedəndə güzarı düşür qalaçaya. (Nağıl). Sevdiciyim, hanı gözəllər xanı? Güzarımız sizin otağa düşdü. A.Ələsgər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

GOR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed