
GÜVƏNMƏKf 1. Arxalanmaq, bel bağlamaq. Atasına güvənmək. - Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış. (Ata. sözü). Ellərə güvənib yazsa sənətkar; Ilham xəzinəsi tükənməz olar. S.Vurğun.
2. Lovğalanmaq, öyünmək, qürrələnmək, boş yerə fəxr etmək. [Bayram:] ..Sonra qızlar içində güvənəcəksən ki, guya sənin də ərin var? M.F.Axundzadə. Incə xanım çox güvənir özündəki gözəlliyə. S.Vurğun. Paylaşın - Hamı bilsin
|