İzahlı lüğət

GƏZİNMƏ (ID - 14878)

“Gəzinmək” dən f.is.

GƏZİNMƏK (ID - 14879)

f 1. Ağır-ağır yerimək, o başbu başa gəzmək, var-gəl eləmək. Tamaşaçılar foyedə gəzinirdilər. - Bahadır Sonanın dalınca diqqətlə baxdı, sonra xeyli vaxt otaqda gəzinib birdən oturdu. N.Nərimanov. [Molla Xəlil] o baş-bu başa...

GƏZİNTİ (ID - 14880)

is. 1. Açıq havada əylənmək və istirahət etmək üçün miniklə, ya ayaqla yaxın yerlərə edilən səyahət; gəzişmə, seyr. Meşə gəzintisi. Axşam gəzintisi. Səhər gəzintiyə çıxmaq. - Günəş yuvarlanır dağlar dalına; Qaralır...

GƏZİŞ (ID - 14881)

GƏZİŞMƏ (ID - 14882)

“Gəzişmək” dən f.is.

GƏZİŞMƏK (ID - 14883)

1. Bax gəzinmək 1-ci mənada. Dəhlizdə gəzişmək. - Mirzağa .. klubun böyükcə foyesində ağır addımlarla gəzişirdi. S.Hüseyn. Şəhərin məşhur taciri Hacı Xuduş otaqda o tərəf-bu tərəfə gəzişir. H.Nəzərli.
f Açıq havada...

GƏZLƏMƏ (ID - 14884)

“Gəzləmək” dən f.is.

GƏZLƏMƏK (ID - 14885)

f Şalbanın, ağacın, taxtanın və s.-nin ucuna haça açmaq; haçalamaq. Taxtanı gəzləmək.

GƏZMƏ (ID - 14886)

“Gəzmək” dən f.is.

GƏZMƏK (ID - 14887)

f 1. Yerimək, dolaşmaq. Müəllimə, bəs neçin bir-iki gündür biz əvvəlki kimi oxuya-oxuya kəndi gəzmirik? C.Cabbarlı. Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər. Mir Cəlal. // Umumiyyətlə, hərəkət...

GİBBON (ID - 14888)

[ing.] Cənub-şərqi Asiya və Malay adalarında yaşayan uzunqollu meymun cinsi.

GİC (ID - 14889)

sif. 1. Axmaq, səfeh, ağıldan kəm, sarsaq. Qurbani der: bəsdir məni puç etdin; Aldın əqlim əldən, dəli, gic etdin. Qurbani. Islam gülə-gülə yavaş səslə [Telliyə] deyirdi: - Ay qız, gic olma! S.Hüseyn. □ Gic etmək (eləmək) məc....

GİCALOV (ID - 14890)

is. dan. Çətin, ağır, dolaşıq vəziyyət. Mələk xanım bu gicalovda olsun, xəbər verim sənə Qara vəzirin qulunnan. (Nağıl). Gicalova düşmək - 1) əl-ayağa düşmək, tələsik iş görmək; 2) çətinliyə düşmək, dolaşmaq.

GİCAVAR (ID - 14891)

is. 1. məh. Tez-tez səmtini dəyişən yaz və ya yay küləyi. Gicavar əsir.
2. məc. dan. Əqidəsini, məsləyini tez-tez dəyişən adam haqqında; hərdəmxəyal. Gicavarın biridir.

GİCBAŞ (ID - 14892)

bax gicbeyin. [Çimnaz:] Gicbaş arvad da Veys nə cür tapşırıb, elə-elə gedib qızı istəyib. Ə.Əbülhəsən.

GİCBAŞLIQ (ID - 14893)

b a x gicbeyinlik.

GİCBEYİN (ID - 14894)

sif. Gic, axmaq, sarsaq, ağılsız.

GİCBEYİNLİK (ID - 14895)

is. Giclik, axmaqlıq, sarsaqlıq, ağılsızlıq.

GİCBƏSƏR (ID - 14896)

bax gicbeyin.

GİCBƏSƏRLİK (ID - 14897)

bax gicbeyinlik. Sən Seyid Vəlinin o gicbəsərliyinə baxma, onu nahaq yerə gözdən salıblar. S.Rəhimov.

GİCƏLLƏNDİRİCİ (ID - 14898)

bax başgicəlləndirici.

GİCƏLLƏNDİRMƏ (ID - 14899)

"Gicəlləndirmək” dən f.is.

GİCƏLLƏNDİRMƏK (ID - 14900)

baş(ını) gicəlləndirmək - gözlərini qaraltmaq, başını fırlatmaq. Qırmızı, yaşıl, qara, sarı maykalar [Lətifin] gözündə bir-birinə qarışır, başını gicəlləndirirdi. H.Seyidbəyli.

GİCƏLLƏNMƏ (ID - 14901)

"Gicəllənmək” dən f.is.

GİCƏLLƏNMƏK (ID - 14902)

baş(ı) gicəllənmək müvazinət hissinin itirilməsi, gözlərin qaralması və başın hərlənməsi şəklində təzahür edən yarıbayğınlıq halında olmaq. [Yaşlı kişi:] Burada, məsciddə kəsafətdən adamın başı gicəllənirdi. S.Hüseyn....

GİCƏLLƏTMƏ (ID - 14903)

“Gicəllətmək” dən f.is.

GİCƏLLƏTMƏK (ID - 14904)

bax gicəlləndirmək. Zərbə onu gicəllətdi.

GİCƏLMƏ1 (ID - 14905)

“Gicəlmək1

GİCƏLMƏ2 (ID - 14906)

“Gicəlmək2

GİCƏLMƏK1 (ID - 14907)

bax gicəllənmək. ..Əgər yer fırranır, bəs niyə bizim başımız gicəlmir? Məmmədquluzadə. [Molla Nəsrəddin:] ..Başım gicəlib hərlənirdi. A.Divanbəyoğlu. [Zaman:] Xurşid xanım, bu yazığın [Turacın] belbağısını götürmüşsən,...

GİCƏLMƏK2 (ID - 14908)

qayıd. Gic olmaq, dəli olmaq, başına hava gəlmək. [almaz:] Gicəlmisən qız nədir? C.Cabbarlı.

GİCƏLTMƏ1 (ID - 14909)

“Gicəltmək1

GİCƏLTMƏ2 (ID - 14910)

“Gicəltmək2

GİCƏLTMƏ3 (ID - 14911)

is. Qoyun-quzuda baş gicəllənməsi şəklində təzahür edən xəstəlik. Maldarlıq edən şəxslərə məlumdur ki, qoyunquzuda bir gicəltmə naxoşluğu olur ki, onlar bir yerdə fırlanıb, yıxılıb fövt olurlar. “Əkinçi”.

GİCƏLTMƏK1 (ID - 14912)

bax gicəlləndirmək.
..Tənbəkidə nikotin adlı şey var ki, adamın başını gicəldir, qusmağı gəlir, əl-ayağı titrəyir. H.Zərdabi.

GİCƏLTMƏK2 (ID - 14913)

f Gic etmək, dəli etmək.

GİCGAH (ID - 14914)

is. [fars.] Kəllənin qulaqdan alın sümüyünə qədər olan hissəsi. Daş gicgahına dəydi. Gicgahını ovuşdurmaq. - [Qarı:] ..Mürdəşir Səkinə nağıl eləyirdi ki, Güləndamın gicgahına qan saçılmışdı. Çəmənzəminli. [Bahadır]...

GİC-GİC (ID - 14915)

GİCİK (ID - 14916)

is. Gic, axmaq, sarsaq, dəli.

GİCİKMƏ (ID - 14917)

“Gicikmək” dən f.is.

GİCİKMƏK (ID - 14918)

f Gicləşmək, gic olmaq, axmaqlaşmaq, sarsaqlaşmaq.

GİCİŞDİRMƏ (ID - 14919)

“Gicişdirmək” dən f.is.

GİCİŞDİRMƏK (ID - 14920)

icb. Gicişmə hissi doğurmaq, qıcıqlandırmaq, qaşındırmaq, təxərrüşə gətirmək. ..Sarıköklüpitinin ətri çayxanaya dolmağa və Qədim dayının burnunu gicişdirməyə başladı. S.Rəhimov.

GİCİŞMƏ (ID - 14921)

1. “Gicişmək” dən f.is.
2. is. Bədənin hər hansı bir yerində dərinin həssaslığının pozulması nəticəsində əmələ gələn qeyri-ixtiyari qaşınma ehtiyacı. Bədənində gicişmə var.

GİCİŞMƏK (ID - 14922)

f Qaşınmaq, qaşınma duymaq, qaşıntı hiss etmək. Keçinin buynuzu gicişəndə başını çobanın çomağına sürtər. (Ata. sözü). Ovcumun içi yaman gicişirdi. M.Hüseyn. Bir sözlə [Nərminənin] əl-ayağı gicişir, sinəsi özünə...

GİCİTKƏN (ID - 14923)

is. bot. Gövdə və yarpaqlarında dalayıcı tükləri olan ot bitkisi; gəzənə. Böyük bir səadət isə bu yerlərin cincilim, gicitkən kimi otlarla dolu olması idi. S.Vəliyev.

GİCİTKƏNLİK (ID - 14924)

is. Çoxlu gicitkən bitən yer.

GİCLƏŞMƏ (ID - 14925)

“Gicləşmək” dən fis.

GİCLƏŞMƏK (ID - 14926)

f 1. Gic olub getmək, axmaqlaşmaq, səfehləşmək, ağlı itmək. O getdikcə gicləşir.
2. Axmaq hərəkətlər etmək, gic-gic danışmaq, yersiz iş görmək; axmaqlamaq, səfehləmək.

GİCLİK (ID - 14927)

is. 1. Axmaqlıq, səfehlik, sarsaqlıq. Giclik eləmək.
2. Axmaq hərəkətlər, axmaq danışıq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed