
GİCGAHis. [fars.] Kəllənin qulaqdan alın sümüyünə qədər olan hissəsi. Daş gicgahına dəydi. Gicgahını ovuşdurmaq. - [Qarı:] ..Mürdəşir Səkinə nağıl eləyirdi ki, Güləndamın gicgahına qan saçılmışdı. Çəmənzəminli. [Bahadır] bu sözləri yazandan sonra tapançanı gicgahına qoyub sıxdı. N.Nərimanov.
Paylaşın - Hamı bilsin
|