
GƏZİŞMƏK1. Bax gəzinmək 1-ci mənada. Dəhlizdə gəzişmək. - Mirzağa .. klubun böyükcə foyesində ağır addımlarla gəzişirdi. S.Hüseyn. Şəhərin məşhur taciri Hacı Xuduş otaqda o tərəf-bu tərəfə gəzişir. H.Nəzərli.
f Açıq havada istirahət və ya vaxt keçirmək məqsədilə gəzmək; gəzinmək. Bağda gəzişmək. Parkda gəzişmək. - Yay fəslində, bir gün axşam çağında; Gəzişirdim Qız qalası dağında. A.Səhhət. Gəzişək qolqola sahil boyunca; Gəl-gəl Xəzərimin qırağına, gəl! S.Rüstəm. [Yaşar] ayağa durub gəzişsə idi, bəlkə bir qədər qızışardı. M.Rzaquluzadə. Paylaşın - Hamı bilsin
|