GƏZİNMƏKf 1. Ağır-ağır yerimək, o başbu başa gəzmək, var-gəl eləmək. Tamaşaçılar foyedə gəzinirdilər. - Bahadır Sonanın dalınca diqqətlə baxdı, sonra xeyli vaxt otaqda gəzinib birdən oturdu. N.Nərimanov. [Molla Xəlil] o baş-bu başa gəzinir, qalın bir qaranlığa bürünən kəndə baxırdı. S.Hüseyn. Soltan bəy acıqlı-acıqlı ora-bura gəzinir. U.Hacıbəyov.
Gəzmək, dolaşmaq. Oba itlərini heç sevməzdim, çünki onların qorxusundan obada tək və azad gəzinə bilmirdim. A.Şaiq. Gəzinir gənc Osman əlində tüfəng; Baxır ulduzlara o körpəpələng. H.K.Sanılı. Dağların döşündə gəzinən çoban; Dərdlənib neyini çaldığı zaman... S.Vurğun. Bax gəzişmək 2-ci mənada. Qüdrət sahildə nə qədər gəzindiyini bilmədi. M.Hüseyn. məc. Bir şeyin əlamətləri görünmək, zahir olmaq, nəzərə çarpmaq. Bəxtiyarın tərdən işıldayan yanağında bir sevinc gəzindi. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|