
GƏZİŞis. Gəzmə, yerimə tərzi. Buna görə də Nənəqız Rizvanın yatışı, duruşu, gəzişi və gülüşünü heç bir an unutmurdu. S.Rəhimov. // Gəzmə, gəzinti. O axşam röyada gəzişə çıxdım; Aramızı vuran bir evi yıxdım. S.Vurğun.
Paylaşın - Hamı bilsin
|