GƏLƏLİ (ID - 14678)zərfi Gələndən sonra, gələndən bəri, gəlmişkən. [Nəbi:] Bir gün görmədin mənə gələli; Nə gərdənlik taxdın, nə üzük taxdın. S.Rüstəm. Gülsabah gələli Muradla Göyçəyin yaşayışında o qədər yaxşı hadisələr baş...
|
GƏLƏN (ID - 14679)1. sif. Bundan sonrakı, gələcək, gözlənilən, növbədəki. [Tahir:] Ana, Lətifə, məktəbi gələn il qurtarır. M.Hüseyn. Fikirləşdi ki, indi də cavabını verməsə, gələn dəfə daha da böyük qələt eləyəcək. H.Seyidbəyli. //...
|
GƏLƏN-GEDƏN (ID - 14680) is. 1. Hər hansı bir münasibətlə bir yerə gəlib-gedən, qonaq-qara. Bu evin gələn-gedəni çoxdur.
Yoldan ötən, hər kəs. Gələn-gedən tamaşaya dururdu. |
GƏLƏSƏR (ID - 14681)sif məh. Gəlirli, gəliri, verimi, barı çox olan. Gələsər yer. Gələsər torpaq. [Seyidli kəndinin] üzüm bağları Gürcüstan bağları kimi gələsər deyildir. S.S.Axundov.
|
GƏL-GET (ID - 14682) bax get-gəl. Gəl-get kəsilib.
|
GƏL-GƏL (ID - 14683) is. Bir yerə çağırış, dəvət, çağırma. Adama gəl-gəl deyən çox olar. □ Gəlgəl etmək (eləmək) - əlini tərpədərək çağırmaq, dəvət etmək. Uşaq atasına gəlgəl edir. - Pəncərədən əl eylər; Əlləri gəlgəl eylər;...
|
GƏLHAGƏL1 (ID - 14684) is. Ardı-arası kəsilməyən bol gəlir. Elə gəlhagəlin belə də gethagedi olar. (Ata. sözü). Bir il, dava düşən ili tacirlərin gəlhagəli idi. Mir Cəlal. Dedikcə yorulmadı öz ata-anasından; Vaxtilə gördükləri dövlətdən, gəlhagəldən....
|
GƏLHAGƏL2 (ID - 14685) zərf Uzun yol gələrək, böyük məsafə qət edərək; gələ-gələ. Gəlhagəl kəndə çatdılar. - Gəlhagəl gəlib yetişdilər arvadın həyətinə. “Koroğlu”. Gəlhagəl, gəlhagəl; Gəlib çatdılar dağa. “Aşıq Ələsgər”.
|
GƏLİB-GEDƏN (ID - 14686) bax gələn-gedən. Şərur qəzasında da, Dəhnə deyilən yerdə Maku xanları .. gəlib-gedənə aman vermirdilər. E.Sultanov. [Xan:] Biri gedib Ballıca yolunu kəsib, gəlib-gedənə sataşır, biri də qaçaqlıq eşqinə düşüb, üstümüzə...
|
GƏLİM (ID - 14687)is. Artım, məhsul artımı, qazanc, gəlir. Gəlimi yoxdur. - [Manqanın qızları] pambığın builki gəlimindən, keçən il rayonda ən çox pambıq götürən adamlardan danışırdılar. İ.Əfəndiyev.
|
GƏLİMLİ (ID - 14688)sif Artımlı, çox məhsul verən, gəlirli, bol. Bəziləri bu səslərdə ilin bolluğunu, gəlimli məhsul mahnısını oxuyardı. Mir Cəlal.
|
GƏLİN (ID - 14689)is. 1. Toyu keçirilən, ərə gedən qız. Gəlini məclisə gətirmək. - [Məşədi İbad:] Amma bu gəlin kişi çıxdı. Ü.Hacıbəyov. Gəlin aparmağa gələn dəstələr qapıda yığışıb intizar çəkər. M.S.Ordubadi. Gəlin köçmək -...
|
GƏLİNATLANDI (ID - 14690)is. etnoqr. Keçmişdə xalq adətincə gəlinin, ata evindən çıxıb ata minməsi mərasimi. // Bu mərasim vaxtı çalınan hava.
|
GƏLİNBACI (ID - 14691)is. dan. Cavan gəlinə qohumları tərəfindən verilən ad.
|
GƏLİNBARDAĞI (ID - 14692)is. Şərbət içilən qab, şərbətqabı.
|
GƏLİNBARMAĞI (ID - 14693)is. İri, uzunsov giləli üzüm növü.
|
GƏLİNBOĞAN (ID - 14694)is. Gecyetişən bərk armud növü.
|
GƏLİNCİK1 (ID - 14695) is. Uşaq oyuncağı; kukla. Dizinin üstündəki gəlincik qəribə gəlincik idi. Ağarəhim ömründə belə gəlincik görməmişdi. İ.Məlikzadə.
|
GƏLİNCİK2 (ID - 14696) is. zool. Məməlilər sinfinin yırtıcılar dəstəsindən balaca heyvan.
|
GƏLİNCİK-GƏLİNCİK (ID - 14697) bax gəlin-gəlin.
|
GƏLİN-GƏLİN (ID - 14698) is. Qız uşaqlarının gəlinciklə oynadıqları oyun (adətən “oynamaq” feli ilə). Tubu qonşu evində qonşu qızları ilə gəlin-gəlin oynamaqla məşğuldur. H.Sarabski. Gəlin-gəlin oynayan Pərşan iyirmi bir yaşına çatıb orta məktəb...
|
GƏLİNGÖRMƏSİ (ID - 14699)is. etnoqr. Təzə gəlinin ailə üzvləri və yeni qohumlarla tanış olması mərasimi. Gəlingörməsinə getmək. Gəlin evində qız yengəsi və oğlan yengəsi başda oturmaq şərti ilə bütün şəhərin arvadları üçün gəlingörməsi məclisi...
|
GƏLİNQAYTARAN (ID - 14700)is. məh. Uzunburun çarıq.
|
GƏLİN-QIZ (ID - 14701) top. Gənc qızlar və gəlinlər, qız-gəlin. Kəndlilər uşaqlarına, gəlin-qızlarına tuman, köynək, yaylıq, şal və qeyri paltarlıq alacaqlar. S.S.Axundov. [Xəlfə:] ..Gəlin aşaq dağ ardına, orda meydan düzəldək, qoy gəlin-qız...
|
GƏLİNLİK (ID - 14702)1. is. Gəlin olma halı. Gəlinlik illəri. - Qız gəlinlik yaşında; Nə çovğun görmüş, nə qar. S.Vurğun.
2. sif. Gəlinə aid, gəlinə məxsus, gəlin üçün. Gəlinlik bəzəyi. Gəlinlik duvağı. - Hələ gəlinlik xınası əlindən... |
GƏLİR (ID - 14703)is. Əldə edilən qazanc, mədaxil. [Zeynalın] ayda yüz manatdan artıq gəliri vardı. S.Hüseyn. [Hacı Əhməd:] Bəs o bağın gəliri kimə yetişəcək? C.Cabbarlı.
|
GƏLİRLİ (ID - 14704)sif. Yaxşı gəliri, qazancı olan, qazanclı, mədaxilli, gəlir gətirən. Gəlirli sənət. Gəlirli iş. Tərəvəzçilik gəlirli sahədir. [Yusif Hümmətə:] Camaat üçün nə mənfəətlidir, nə gəlirlidir onu əksin. B.Bayramov.
|
GƏLİRLİLİK (ID - 14705)is. Gəlirli olma; qazanclılıq, mədaxillik.
|
GƏLİRSİZ (ID - 14706)sif. Gəliri olmayan; qazancsız, mədaxilsiz. Gəlirsiz iş. Gəlirsiz sahələr.
|
GƏLİRSİZLİK (ID - 14707)is. Gəliri olmama; qazancsızlıq, mədaxilsizlik.
|
GƏLİŞ (ID - 14708)is. 1. Gəlmək işi, gəlmə. Dost gəlişi bayram olar. - Heç o qədər də arzulamadığı və rəqibi olan qonağı - Aslan bəyin gəlişi Qasım bəyi açmadı. A.Şaiq. [Türkan bəy Bəypolada:] Gəlişiniz bizi nə qədər məmnun etdisə, əmin...
|
GƏLİŞ-GEDİŞ (ID - 14709) is. 1. Hərəkət, gedib-gəlmə, o tərəf-bu tərəfə hərəkət etmə. Gəlişgediş kəsildi. - Dəyirman işləməz, donar, gəliş-gediş çətinləşər; Bazarda nırxı şeylərin o dəm ziyadə yüksələr. A.Səhhət.
Bir-birinin evinə... |
GƏLİŞİGÖZƏL (ID - 14710)sif. və zərf Elə-belə, xoş gəlmək üçün. Gəlişigözəl söz. Gəlişigözəl danışmaq.
|
GƏLLAHI (ID - 14711)zərf dan. Açıq, sərbəst, özbaşına. Atı gəllahı buraxmaq. - Adam var, çölləri gəzər gəllahı; Adam var, tanımaz gözəl Allahı. Aşıq Abbas.
|
GƏLMƏ (ID - 14712)1. “Gəlmək” dən f.is. Bu məktubun gəlməsini; Gözləmişdir uzun-uzun. R.Rza.
2. is. Yerli olmayan, özgə yerdən, kənardan gələn; yad, özgə, qərib. [Xanburabi:] Bu kimi batil fikirlər gəlmələrin uydurmasıdır. Çəmənzəminli.... |
GƏLMƏK (ID - 14713) f 1. Hərəkət edərək, yeriyərək bir yerə varmaq, çatmaq, yetişmək. Öz evimizə gəldik. Kinodan çıxıb mehmanxanaya gəldilər. - [Hacı Bağır:] Hə, axund, de görək nə xəbər ilə gəlmisən? H.Nəzərli. // Üzü danışana tərəf...
|
GƏLSƏNƏ (ID - 14714)əd. Məsləhət, arzu, bir işə dəvət mənasında işlədilir. [Səlimə:] Ay Qurban, gəlsənə bir az su gətirəm, ayaqlarını yuyam. Ə.Haqverdiyev. Qoşqar! ..Gəlsənə mən saqqalda adamı ələ salmayasan! - deyə, Sultan əlini çənəsinə...
|
GƏM1 (ID - 14715) is. k.t. köhn. Vəl; sünbülü döymək üçün ata, öküzə qoşulan alət. Mən qaçdım, mindim gəmə və çubuq ilə başladım malları sürməyə.. C.Məmmədquluzadə.
|
GƏM2 (ID - 14716) is. Quzu, buzov və s. heyvan balalarının analarını əmməməsi üçün ağızlarına vurulan dəmir, çubuq və s.-dən toxunmuş tor.
|
GƏMƏ (ID - 14717)is. məh. 1. Dərzin yarısı, yarımdərz. Gəmə bağlamaq.
2. Kiçik ot tayası, tayacıq. |
GƏMİ (ID - 14718)is. Su nəqliyyatı vasitəsi. Yelkənli gəmi. Hərbi gəmi. Ticarət gəmisi. - Gəmisini itirən çarığını axtarmaz. (Ata. sözü). Elə bil gəmilər suda üzməyir; Əlvan çiçəklərin içində üzür. O.Sarıvəlli. □ Gəmi dəftəri - gəminin...
|
GƏMİ-BƏRƏ (ID - 14719) |
GƏMİÇİ (ID - 14720)is. 1. Gəmini idarə edən, yaxud gəmidə işləyən adam. Qabaqda duran gəmiçi yelkəni irəli sürdü, taxtanı götürüb qoydu və Fəxrəddini yelkənin içərisinə aldı. M.S.Ordubadi. Gəmiçi özünü itirsə əgər; Tufanlar içində qərq...
|
GƏMİÇİLİK (ID - 14721)is. 1. Gəmiçinin işi, sənəti, peşəsi. Ən uşaqlıqdan möhnətə adət etmiş Məşədi Əsgər gəmiçilik işinə mahir olduqda özü üçün bir barkaz alıb işlətməyə şüru etdi. S.M.Qənizadə.
2. Gəmi nəqliyyatı. Kürdə gəmiçilik... |
GƏMİK (ID - 14722)b ax sümük. Şamil [Aslan bəyi] diqqətlə müayinə etdi,.. onda əskimiş, gəmiklərinə qədər işləmiş beş-altı xəstəlik tapdı. Şaiq. [Qoca Baxşı:] Baxşı da orada idi. O, Sonanın baş gəmiyinə baxır və düşünürdü. C.Cabbarlı....
|
GƏMİQAYIRAN (ID - 14723)is. Gəmiqayırma sənayesi işçisi. Gəmiqayıranların müvəffəqiyyətləri.
|
GƏMİQAYIRMA (ID - 14724)is. Gəmi qayırmaqla məşğul olan. Gəmiqayırma sənayesi.
|
GƏMİQURDU (ID - 14725)is. zool. Taxta gəmilərə və taxtadan tikilmiş qurğulara ziyan vuran qurd. Gəmiqurdu adlanan yumşaqbədənlilər taxta gəmilərə və taxtadan tikilmiş alman qurğularına böyükziyan vurur. “Sualtı aləm”.
|
GƏMİ-PEYK (ID - 14726) is. xüs. Planetlərin orbitinə buraxılan, tədqiqat aparmaq üçün lazımi cihazlarla təchiz olunmuş hava gəmisi. - Gəmipeykdə qoyulmuş qurğular sisteminin normal işləməsi haqqında məlumat alındıqdan sonra gəmi-peykin orbitdən yerə...
|
GƏMİRCƏK (ID - 14727)is. 1. Qığırdaq.
2. Atın (və ya eşşəyin) burun deşiklərində əmələ gələn və kəsilib atılmaqla müalicə edilən şiş. At gəmircək olmuşdur. - Kəlbalı at ustalığı edər, at gəmircəyini kəsər(di).. S.Rəhimov. Direktorla... |
Bu səhifə dəfə baxılıb