GƏMİis. Su nəqliyyatı vasitəsi. Yelkənli gəmi. Hərbi gəmi. Ticarət gəmisi. - Gəmisini itirən çarığını axtarmaz. (Ata. sözü). Elə bil gəmilər suda üzməyir; Əlvan çiçəklərin içində üzür. O.Sarıvəlli. □ Gəmi dəftəri - gəminin keçdiyi yerlər, vaxt, baş verən hadisələr, qərarlar və s. qeyd olunan dəftər. Gəmirestoran - restoran kimi istifadə olunan gəmi. Hava gəmisi - təyyarə və s. uçucu nəqliyyat vasitəsi. // Şairanə təşbehlərdə. Bəxtinin gəmisi qəm dəryasında; Düşüb qasırğaya, tufana gedir. M.Rahim.
□□ Gəmiləri (gəmisi) dənizdə (dəryada) batmaq (qərq olmaq) - iflasa uğramaq, varyoxu əldən çıxmaq, müflis olmaq (çox qəmli, qüssəli, kədərli adam haqqında). Elə qəmgindir, elə biləsən, gəmisi dənizdə batıb. Paylaşın - Hamı bilsin
|