İzahlı lüğət

GƏLƏN

1. sif. Bundan sonrakı, gələcək, gözlənilən, növbədəki. [Tahir:] Ana, Lətifə, məktəbi gələn il qurtarır. M.Hüseyn. Fikirləşdi ki, indi də cavabını verməsə, gələn dəfə daha da böyük qələt eləyəcək. H.Seyidbəyli. // Bir işi davam etdirən, nəsli əvəz edən; nəsil (əsasən cəmdə işlədilir). ..Hansı nicat yolunu açdıq ki, bizdən sonra gələnlər də bizim günümüzə düşməsin? C.Məmmədquluzadə.
2. is. Qonaq, mehman. Neçə nəfər gələnin var? - Zakir, başdan baxtın qaradır sənin; Göz dikmə yollara, kimdir gələnin? Q.Zakir. ..Gələnlər birbaş mənim nömrələrimə düşürlər. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
.....i_l_by_id_with_comments