İzahlı lüğət

GƏLİN

is. 1. Toyu keçirilən, ərə gedən qız. Gəlini məclisə gətirmək. - [Məşədi İbad:] Amma bu gəlin kişi çıxdı. Ü.Hacıbəyov. Gəlin aparmağa gələn dəstələr qapıda yığışıb intizar çəkər. M.S.Ordubadi. Gəlin köçmək - ərə getmək. ..Gülpəri atasından iznsiz kəbin kəsdirib Əmiraslana gəlin köçdü. S.S.Axundov. Gəlin otağı etnoqr. - 1) Toy günü gəlinlə bəy üçün ayrılıb bəzədilmiş otaq. Şahsənəm gəlin otağına keçdi. “Aşıq Qərib”. Ananın bəzədiyi təzə gəlin otağı; Olar azğın düşmənin kef məclisi, yatağı. Ə.Cəmil; 2) məc. bəzəkli, qəşəng otaq mənasında. Bura lap gəlin otağıdır. Gəlin otağı kimi bəzənmiş. - Xanım, Səriyyəgili yuxarı qaldırdı, .. fərşlərlə bəzənmiş və gəlin otağını andıran isti bir otağa gətirdi.. M.İbrahimov. // Təzəcə toyu olmuş, təzəcə ərə getmiş cavan qadın. Heydər bəy alaçığın içində oturubdur bir gün irəli toy edib gətirdiyi gəlini ilə. M.F.Axundzadə. Səhərsəhər yaz çağı; Köçür oba yaylağa; Gəlinlərin balağı; Batır lilə, batlağa. A.Səhhət. Kərbəlayı Dünyamalı səslədi, səsinə o biri damdan bir cavan gəlin çıxdı. E.Sultanov.
Qayınanaya, qayınataya görə oğlun arvadı. [Nənəxanım:] Allaha heç rəva deyil ki, mənim taylarım hamama gedəndə boğçasını gəlini götürsün, .. amma mənim gəlinim olmasını. Çəmənzəminli. Sədəf öz gəlinini qucaqlayaraq məhzun baxışları ilə onu süzdü.. S.Vəliyev.
məc. Çox bəzəkli, gözəl, qəşəng, xoşagələn şey haqqında. Yenə gəlin camalını açacaqdır, bizim dağlar; Bu ellərin sinəsindən gedəcəkdir odlu dağlar. S.Vurğun. Azərbaycanın Göygöl kimi gözəl və misilsiz bir gəlini var. M.İbrahimov.
B ax gəlincik1 ..Səntəkqızlar hələgəlin oynadar. C.Məmmədquluzadə. [Qız] bir azdan sonra yorulub bir laləzarlıqda oturdu və lalələrdən gəlin qayırmağa başladı. S.S.Axundov. Balaca bir qız uşağı çıxdı. Əlindəki kifir gəlinlə oynadığı bilinirdi. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed