
GƏLİŞis. 1. Gəlmək işi, gəlmə. Dost gəlişi bayram olar. - Heç o qədər də arzulamadığı və rəqibi olan qonağı - Aslan bəyin gəlişi Qasım bəyi açmadı. A.Şaiq. [Türkan bəy Bəypolada:] Gəlişiniz bizi nə qədər məmnun etdisə, əmin olunuz ki, gedişiniz də bir o qədər məhzun edir. H.Cavid.
2. ədəb. köhn. Səhnə əsərlərində pərdənin bir hissəsi. Birinci gəliş. Pərdə iki gəlişdən ibarətdir. □□ Gəliş gəlmək - qorxutmaq, təpinmək. [Narıngül:] O, Gülzardı nədi, ona bir gəliş gələrəm ki.. İ.Əfəndiyev. Paylaşın - Hamı bilsin
|