GƏLİNLİK1. is. Gəlin olma halı. Gəlinlik illəri. - Qız gəlinlik yaşında; Nə çovğun görmüş, nə qar. S.Vurğun.
2. sif. Gəlinə aid, gəlinə məxsus, gəlin üçün. Gəlinlik bəzəyi. Gəlinlik duvağı. - Hələ gəlinlik xınası əlindən tamam getməyən Nazlı, arzuladığı oyuncağa yiyə durmuş uşaq kimi sevinirdi. Ə.Əbülhəsən. [Çoban:] Yoxsa qız özünə gəlinlik xalısı toxumaq istəyir? Ə.Məmmədxanlı. Paylaşın - Hamı bilsin
|