İzahlı lüğət

GƏRAYLAMAQ (ID - 14778)

f. folk. Gəraylı oxumaq, gəraylı çağırmaq. Aşıq gəraylayır.

GƏRAYLI (ID - 14779)

is. Aşıq şerində: hər bəndi dörd misradan ibarət səkkiz hecalı şeir forması (birinci bəndin misraları bəzən bir üç, bəzən iki dörd şəklində, qalan bəndlərin üç misrası bir-biri ilə, dördüncü misralar isə birinci bəndinə...

GƏRÇƏK (ID - 14780)

[fars.] bax gənəgərçək. Gərçək tumu.

GƏRÇİ (ID - 14781)

əd. [fars.] klas. Hərçənd, baxmayaraq, əgərçi. Hər xilqətə gərçi bir səbəb var; Aya səbəbi kim etdi izhar? Füzuli. Nə qədər olsa qoca gərçi Vidadi xəstə; Genə Vaqif kimi, əlbəttə, yüz oğlana dəyər. M.V.Vidadi. Gərçi...

GƏRD1 (ID - 14782)

is. Toxunma parçada, xalı-gəbədə qırışıq yer.

GƏRD2 (ID - 14783)

[fars.] is. məc. Dərd, hüzn, ələm. Dövranın gərdi məndə; Can qurban dərdiməndə; Eşqə ürcah olanın; Tapılar dərdi məndə. (Bayatı).

GƏRDƏ (ID - 14784)

is. Sünbül döyümündən qalan saman qırıntıları.

GƏRDƏK (ID - 14785)

is. etnoqr. Toyda oğlan evində gəlin üçün pərdə ilə ayrılmış xüsusi yer. [Telli:] ..[Gəlini] otağa aparıb gərdək dalında oturdurlar, ürəyin tıp-tıp döyünədöyünə gözləyirsən. Ü.Hacıbəyov. [Fitnə:] ..Şux gəlinlər,...

GƏRDƏKLİ (ID - 14786)

sif. Gərdəyi olan; pərdəli. Gərdəkli qapı.

GƏRDƏN (ID - 14787)

is. [fars.] köhn. Boyun. Boyun sürahidir, bədənin büllur; Gərdənin çəkilmiş minadan, Pəri. M.P.Vaqif. Ağ incə geyimli gözəl küncdə dayanmışdı. Qara saçları ağ gərdənini qaplamışdı. Çəmənzəminli.

GƏRDƏNBƏND (ID - 14788)

is. [fars.] 1. Boyunbağı (qadın bəzəyi). Gərdənbənd taxmaq. - ..Övrətlər baş örtülərini dal tərəfdən bağlardılar və qabaq tərəfdən boyunları açıq qalardı; boğazı və gərdənbəndləri görsənərdi. Məmmədquluzadə. [Hacı...

GƏRDƏNBƏNDLİ (ID - 14789)

sif. Gərdənbəndi olan, gərdənbənd taxmış; boyunbağılı. Gərdənbəndli gəlin.

GƏRDƏNƏ (ID - 14790)

is. Uca dağlar arasında olan alçaq gədik; keçid. Köç dağın gərdənəsindən aşdı. - Maşın dolama yolları fırlandıqca geniş dağarası bir gərdənə görünürdü. S.Rəhimov.

GƏRDƏNLİ (ID - 14791)

sif. Qəşəng, gözəl gərdəni olan. Gərdənli qız. - Əli ucaboy, gərdənli, qarasaqqal, xoşsima bir kişi idi. N.Nərimanov. Ortaboylu Səkinə ətə-cana dolmuş, gözəlləşmiş, gərdənli bir qadın olmuşdu. M.İbrahimov. // Enlidöş.

GƏRDƏNLİK (ID - 14792)

is. 1. Arabaya, vələ və s.-yə qoşulan heyvanların boynuna keçirilən bir üzü dəri, bir üzü isə keçədən tikilən qoşqu ləvazimatı; xamut. Gərdənliyi atın boynuna keçirmək.
2. B ax gərdənbənd 1-ci mənada. [Nəbi:] Bir ağ...

GƏRDƏNSİZ (ID - 14793)

sif. Qısa və yöndəmsiz boynu olan.

GƏRDİ (ID - 14794)

is. məh. Lək. Soğan gərdisi.

GƏRDİŞ (ID - 14795)

is. [fars.] 1. Gəzinti, seyr. □ Gərdiş etmək (eləmək) - gəzmək, hərəkət etmək, dolanmaq, o baş-bu başa gedib-gəlmək. Ərəb pəhləvan meydana çıxdı, bir o başa gərdiş elədi, bir bu başa gərdiş elədi, gəlib əmudun dəstəyindən...

GƏRDUN (ID - 14796)

is. [fars.] klas. 1. Göy qübbəsi.
məc. Tale, bəxt, fələk, iqbal. Nə yar edərdi cəfa, nə rəqib, nə gərdun; Zəmanədə bu cəfalar mənə qəzadəndir. S.Ə.Şirvani.

GƏRƏK (ID - 14797)

1. əd. Gərəkdir, lazımdır (cümlədə xəbər mənasında işlənir). Söz gərək ox keçməz qayadan keçə; Yoxdursa sözünün kəsəri, - yazma.. M.Araz. □ Gərək olmaq - lazım olmaq, işə yaramaq, kara gəlmək. Dost dosta nə gündə...

GƏRƏKLİ (ID - 14798)

sif. Lazımlı, lazım, gərək, gərək olan, əhəmiyyətli, zəruri. Mən ömrümün aşrımında anlaya bildim; Nəçiliyim kimliyimdən gərəkli imiş... M.Araz.

GƏRƏKLİK (ID - 14799)

is. Lazımlılıq, yararlılıq, əhəmiyyətlilik, zərurilik, gərək olma. Elə ki itirdin gərəkliyini; Dünyada hər şeyi itirəcəksən. B.Vahabzadə.

GƏRƏKMƏ (ID - 14800)

“Gərəkmək” dən f.is.

GƏRƏKMƏK (ID - 14801)

f dan. Lazım olmaq, gərək(li) olmaq. [Qoca:] Demədinmi bəlkə gərəkərsən? M.Rzaquluzadə.

GƏRƏKMƏZ (ID - 14802)

zərf 1. İstəməz, lazım deyil, gərək deyil (cümlədə xəbər məqamında işlənir). Mənə sənsiz cahanü-can gərəkməz; Vüsalın var ikən hicran gərəkməz. Nəsimi. Yarəb, mənə cismü-can gərəkməz; Cananımsız cahan gərəkməz....

GƏRƏKMƏZLİK (ID - 14803)

is. Lazımsızlıq, gərək olmama.

GƏRƏKSİZ (ID - 14804)

sif Gərək olmayan, lazımsız, yaramayan, yararsız, əhəmiyyətsiz. Gərəksiz şey. - Bunlar bütün boş-boş gərəksiz işdir. A.Səhhət. Yüz xal düşür ürəyimin varaqlarına; Eh, nə bilim, bir gərəksiz misraya görə. M.Araz.

GƏRƏKSİZLİK (ID - 14805)

is. Lazımsızlıq, gərək olmama, lazım olmama, yaramama.
GƏRGƏNC: gərgənc etmək - yaş gönü, dərini qurutmaq üçün yerə salıb gərərək kənarlarını mıxlamaq. Gönü gərgənc etmək.

GƏRGİN (ID - 14806)

sif 1. Gərilmiş halda olan; tarım, dartılmış, tarım çəkilmiş. Gərgin iş. Gərgin sim. // məc. Gərginlik halında olan. Gərgin əzələlər. Əsəbləri gərgin halda olmaq. - Qollar güclü, qollar gərgin, ağır daşlar; Qaldırılır...

GƏRGİNLƏŞDİRİLMƏ (ID - 14807)

“Gərginləşdirilmək” dən f.is.

GƏRGİNLƏŞDİRİLMƏK (ID - 14808)

məch. 1. Gərgin hala salınmaq, tarımlaşdırılmaq, gərgin edilmək.
2. məc. Ağırlaşdırılmaq, ciddiləşdirilmək, çətinləşdirilmək. Vəziyyət daha da gərginləşdirildi.

GƏRGİNLƏŞDİRMƏ (ID - 14809)

"Gərginləşdirmək” dən f.is.

GƏRGİNLƏŞDİRMƏK (ID - 14810)

f 1. Gərgin hala salmaq; tarımlaşdırmaq.
2. məc. Ağırlaşdırmaq, ciddiləşdirmək, gərgin etmək, çətinlətmək. Vəziyyəti gərginləşdirmək.

GƏRGİNLƏŞMƏ (ID - 14811)

"Gərginləşmək” dən f.is.

GƏRGİNLƏŞMƏK (ID - 14812)

f 1. Dartılmaq, tarım çəkilmək, gərgin olmaq. Əsəbləri gərginləşdi. - Soldatın üzü ani bir titrəyişlə tərpəndi, əzələləri daha da gərginləşdi.. M.İbrahimov. Hamı dayandığı yerdə dondu. Bütün duyğular gərginləşdi....

GƏRGİNLİK (ID - 14813)

is. 1. Gərgin şeyin hal və vəziyyəti. Zəncirin gərginliyi. - Şofer traktoru işə salıb təkərini yavaş-yavaş burmağa, kəndirin gərginliyini artırmağa başladı. Mir Cəlal.
Son dərəcə qüvvə, diqqət, enerji tələb edən hal....

GƏRGİNLİKLİ (ID - 14814)

sif. fiz. Gərginliyi (bax gərginlik 5-ci mənada) olan. Yüksək gərginlikli elektrik cihazı.

GƏRİLMƏ (ID - 14815)

“Gərilmək” dən f.is.

GƏRİLMƏK (ID - 14816)

məch. 1. Bərk dartılmaq, tarım çəkilmək, tarımlanmaq. Sazın telləri gərildi. Gəminin yelkənləri gərildi. // məc. Gərgin hala gəlmək, gərginləşmək. Əsəbləri şiddətlə gərildi, damağını dumanlı bir atəş sardı. A.Şaiq....

GƏRMƏ1 (ID - 14817)

“Gərmək” dən f.is.

GƏRMƏ2 (ID - 14818)

is. Təzək. Məmmədəli əminin həyətinin aşağı tərəfində bir yekə gərmə qalağı var idi. C.Məmmədquluzadə. Yastığı gərmədir, döşəyi yovşan; Çamırlı kahada qış soyuq vaxtı. H.K.Sanılı.

GƏRMƏK1 (ID - 14819)

f. Gərilmiş hala gətirmək, dartmaq, tarım etmək, açmaq. Qarğa döşünü gərməsə qaz olmaz. (Ata. sözü). Qulac qollarımı gərrəm; Meydanda hünər göstərrəm. “Koroğlu”. ..Leyləkhər iki qolunuyana gərib var gücü ilə bir də...

GƏRMƏK2 (ID - 14820)

is. [fars.] Yemişdən əvvəl yetişən qovun növü. Qovunun, gərməyin qurudu tağı; Getməz bu sinəmdən qarpızın dağı. Aşıq Məmməd.

GƏRMƏKKİMİLƏR (ID - 14821)

cəm bot. Gərmək, süpürgə və bəzi başqa bitkilərin daxil olduğu fəsilə.

GƏRMƏNC (ID - 14822)

is. məh. Atı tutmaq üçün gərilmiş ip. Bu atı gərmənc olmasa tuta bilməyəcəyik.

GƏRMƏŞOV (ID - 14823)

is. bot. Bozumtul, yumşaq gövdəsi, dairəvi yarpaqları olan tikansız bitki. Cavan oğlan nazik gərməşov saplı şallağını tərpədib kəlləri hayladı. Ə.Vəliyev. ..Qocanın bir qoyun dərisindən ibarət olan yatağı yanında torpaq döşəməyə...

GƏRNƏŞMƏ (ID - 14824)

“Gəməşmək” dən f.is.

GƏRNƏŞMƏK (ID - 14825)

f. Bir vəziyyətdə qalmaqdan yorulmuş, keyimiş əzələləri normal vəziyyətə gətirmək üçün qollarını qaldıraraq gövdəsini sağa-sola qarıb bədən əzələlərini hərəkətə gətirmək. Xudayar bəy durdu ayağa, bir gərnəşdi,...

GƏRNUŞ (ID - 14826)

[fars.]: gərnuş etmək (eləmək) köhn. - təzim etmək, baş əymək, baş endirmək. [Elçi] ..yeddi yerdə gərnuş eləyib, naməni 0ah Abbasa təqdim elədi. (Nağıl).

GƏŞT (ID - 14827)

is. [fars.] Gəzmə, dolanma, seyr, səyahət. □ Gəşt etmək (eləmək, qılmaq)
gəzmək, seyr etmək, dolaşmaq. Durdular iki qardaş, atları yəhərləyib dedilər: - Gedək bir qədər gəşt eyləyək, tainki bəlkə bir fikrimiz dağıla....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed