
GƏRƏKMƏZzərf 1. İstəməz, lazım deyil, gərək deyil (cümlədə xəbər məqamında işlənir). Mənə sənsiz cahanü-can gərəkməz; Vüsalın var ikən hicran gərəkməz. Nəsimi. Yarəb, mənə cismü-can gərəkməz; Cananımsız cahan gərəkməz. Füzuli. □ Gərəkməz ki... - istəməz ki...; lazımdır, gərəkdir. [almaz:] Yəni gərəkməz ki, bir mənası da olsun? C.Cabbarlı.
2. Sif mənasında. Lazım olmayan. Gərəkməz şey gərəkli gündə. (Ata. sözü). Paylaşın - Hamı bilsin
|