GÖVDƏLİ (ID - 15328)sif 1. Iri, böyük, nəhəng; gövdəsi çox inkişaf etmiş. Gövdəlipalıd. - Hündür, gövdəli çinarların yarpaqları tozdan qabıq bağlamış və bozarmışdı. M.Ibrahimov. Böyük bir maraqla de baxmısanmı; Sığınıb gövdəli şax budaqlara....
|
GÖVDƏSİZ (ID - 15329)sif. Bədəndən ayrılmış, bədənsiz. O yanda qanlı gövdə; Bu yanda gövdəsiz baş. Ə.Cavad.
|
GÖVHƏR (ID - 15330)is. [fars.] 1. Qiymətli daş, cavahir. Yerə düşməklə gövhər qiymətdən düşməz. (Ata. sözü). Gövhər də çatlayıb üzülər tamam; Sərrafdan almasa düz qiymətini... B.Vahabzadə. //məc. Parıldayan, işıq mənbəyi olan şeyə təşbeh....
|
GÖVŞƏK (ID - 15331)1. B ax gövşəyən 1-ci mənada. Gövşək heyvanlar.
2. is. Heyvanlarda: ağız. [Dəvə] çörəyi yerdən götürdü; Yavaş-yavaş gövşəyinə gətirdi. Q.Zakir. □ Gövşək çalmaq (vurmaq) b a x gövşəmək. Qoyun gövşək vurur.... |
GÖVŞƏMƏ (ID - 15332)“Gövşəmək” dən f.is. [Qoca:] O yanda malın gövşəməsi, ilxının oxrantısı qulağıma gəlmir. A.Divanbəyoğlu.
|
GÖVŞƏMƏK (ID - 15333)f Yemi mədədən qaytararaq yenidən ağızda çeynəmək (gövşəyən heyvanlar haqqında). Orada-burada xoruz banlayır, inəklər, öküzlər gövşəyirdi. S.Rəhman. Dəvələr ahəstə-ahəstə gövşəyirdilər. İ.Əfəndiyev.
|
GÖVŞƏN (ID - 15334)bax gövşək. □ Gövşən çalmaq - gövşəmək. Hava sakit, kənd səssiz olanda qoyunların öskürtüsü, inəklərin gövşən çalması eşidilirdi. Ə.Vəliyev.
|
GÖVŞƏŞMƏ (ID - 15335)“Gövşəşmək” dən f.is.
|
GÖVŞƏŞMƏK (ID - 15336)qarş. Gövşəmək, gövşək çalmaq, gövşək gətirmək (çox heyvanlar haqqında). Öküzlər gövşəşir.
|
GÖVŞƏYƏN (ID - 15337)sif. zool. 1. Yemi gövşəməklə ikinci mədədə həzm edən. Gövşəyən heyvanlar.
2. Cəm şəklində: gövşəyənlər - yemi bu cür həzm edən dırnaqlı heyvanlar yarımdəstəsi. |
GÖY1 (ID - 15338) is. 1. Yer üzünün üzərində mavi bir qübbə kimi görünən fəza, boşluq. Göydə buludlar üzür. Göydə ulduzlar sayrışır. Bu vaxt göydə bulud göründü. // Yer üzünü əhatə edən kainat boşluğu; ənginlik, hava.
Bu halda... |
GÖY2 (ID - 15339) sif 1. Səma rəngi; mavi. Göy rəng. // Bu rəngdə olan. Göy parça. - Məhərrəmliyin dördüncü günü göy çarıqlı .. nabələd bir axund Naxçıvan şəhərinin Bazar küçəsində gəzirdi. Qantəmir.
2. Zərbə, bərk bir şeyə toxunma... |
GÖY3 (ID - 15340) 1. sif. Yaşıl. Göy meşə. Göy çəmən. Göy göyərçin. - Seyrə çıxar uşaqlar; Göy çəməndə oynaşar. A.Səhhət. [Dərviş:] ..Göy ot döşəyim, qara daş yastığım, enli yarpaqlar yorğanım idi! A.Divanbəyoğlu. Budur Azərbaycan...
|
GÖY4 (ID - 15341) sif. dan. Simic, xəsis. Göy adam.
Yüz il əlində çıraq axtarsa Polad kimi göyü tapılmaz. A.Şaiq. Evin kişisi nə qədər rəhmdil idisə, arvadı bir o qədər qılıqsız və göy idi. Ə.Vəliyev. |
GÖY5 (ID - 15342) is. Kürəkən, ata üçün qızın əri.
|
GÖYCƏÇİÇƏK (ID - 15343)is. bot. Lələkvari yarpaqları və göy çiçəkləri olan çoxillik ot bitkisi.
|
GÖYCƏQARĞA (ID - 15344)is. zool. Alaqarğadan kiçik oxuyan quş. Sarı bülbüllər, torağaylar, göycəqarğalar, .. ənlikli bülbüllər hərəsi bir cür səslə oxuyub səs-səsə verirlər. E.Sultanov.
|
GÖYÇƏK (ID - 15345)sif. Gözəl, qəşəng. Göyçək qız. Göyçək gəlin. - 0ah cavan və göyçək oğlan idi. M.F.Axundzadə. [Asya:] Batmış nə göyçək oğlandır. U.Hacıbəyov. Nərminə göyçək idi. Qaraxallı, girdə çəhrayı sifətindən təbəssüm...
|
GÖYÇƏKCƏ (ID - 15346)sif. Çox göyçək, çox qəşəng, olduqca gözəl. Göyçəkcə bir uşaq.
|
GÖYÇƏKLƏNDİRMƏ (ID - 15347)“Göyçəkləndirmək” dən f.is.
|
GÖYÇƏKLƏNDİRMƏK (ID - 15348) bax göyçəkləşdirmək.
|
GÖYÇƏKLƏNMƏ (ID - 15349)“Göyçəklənmək” dən f.vs.
|
GÖYÇƏKLƏNMƏK (ID - 15350)1. f. Göyçək olmaq, gözəl olmaq; gözəlləşmək.
qayıd. Özünə gözəllik vermək. |
GÖYÇƏKLƏŞDİRİLMƏ (ID - 15351)“Göyçəkləşdirilmək” dən f.is.
|
GÖYÇƏKLƏŞDİRİLMƏK (ID - 15352)məch. Göyçək edilmək, gözəlləşdirilmək, qəşəngləşdirilmək.
|
GÖYÇƏKLƏŞDİRMƏ (ID - 15353)“Göyçəkləşdirmək” dən f.is.
|
GÖYÇƏKLƏŞDİRMƏK (ID - 15354)f Qəşəngləşdirmək, gözəlləşdirmək. [Nazlı:] Yaxşı deyirlərmiş ki, xoş gün adamı göyçəkləşdirər. Ə.Əbülhəsən. // Göyçək göstərmək.
|
GÖYÇƏKLƏŞMƏ (ID - 15355)“Göyçəkləşmək” dən
|
GÖYÇƏKLƏŞMƏK (ID - 15356)f. Göyçək olmaq, qəşəngləşmək, gözəlləşmək.
|
GÖYÇƏKLİK (ID - 15357)is. Göyçək şeyin halı; qəşənglik, gözəllik.
|
GÖY-DƏMİR (ID - 15358) sif. Tünd kül rəngində olan, dərisi göy və üstündə ağ xalları olan (at haqqında). Göy-dəmir madyan.
|
GÖYDƏNDÜŞMƏ, GÖYDƏNDÜŞMÜŞ (ID - 15359) f.sif. Təsadüfi, gözlənilməz, təsadüfən ələ düşmüş. [Soltan bəy:] Arvad əlimə göydəndüşmüş kimi olmuşdu. U.Hacıbəyov. Nanə Hünərin bu göydəndüşmə sualına cavab verməkdə çətinlik çəkdi. Mir Cəlal.
|
GÖYƏM (ID - 15360)is. bot. Cır və peyvənd cinsləri, göy rəngli, turşməzə, ağızbüzüşdürücü meyvəsi olan kol-ağac. Göyəm ağacı. // Həmin meyvənin kolu, ağacı. Göyəm .. çox budaqlanan koldur və ya 3-4 metr hündürlükdə ağacdır. H.Qədirov....
|
GÖYƏMİ (ID - 15361)sif. Göyəm rəngində, göy, tünd mavi. ..Allahqulunun göyəmi qanovuzdan tikdirib geydiyi təzə köynəyi altdan görünürdü. Ə.Əbülhəsən.
|
GÖYƏMLİK (ID - 15362)is. Çoxlu göyəm ağacı bitən yer, göyəm kolluğu.
|
GÖYƏRÇİN (ID - 15363)is 1. İri çinədanlı, göy-boz rəngli quş, əhliləşdirilmişləri çox vaxt ağ rəngdə olur. Məscidin damındakı göyərçinlər kəsik-kəsik uğuldayırdılar. M.Hüseyn. Kolun altından bir dəstə göyərçinpırıldayıb qalxdı. Ə.Vəliyev....
|
GÖYƏRÇİNİ (ID - 15364)sif. Göy rəngə çalan, tündkülrəngi olan. Göyərçini ləkə.
|
GÖYƏRDİLMƏ1 (ID - 15365) “Göyərdilmək^’dən f.is.
|
GÖYƏRDİLMƏ2 (ID - 15366)"Göyərdilmək2
|
GÖYƏRDİLMƏ3 (ID - 15367)"Göyərdilmək3
|
GÖYƏRDİLMƏK1 (ID - 15368) məch. Göy edilmək, göy rəngə boyadılmaq.
|
GÖYƏRDİLMƏK2 (ID - 15369) məch. Əkilib yetişdirilmək.
|
GÖYƏRDİLMƏK3 (ID - 15370) məch. Yaşıl rəngə boyadılmaq, yaşıl edilmək.
|
GÖYƏRMƏ1 (ID - 15371) “Göyərmək1
|
GÖYƏRMƏ2 (ID - 15372) “Göyərmək2
|
GÖYƏRMƏ3 (ID - 15373)"Göyərmək3
|
GÖYƏRMƏK1 (ID - 15374) f 1. Göy rəng almaq, göy olmaq, göyləşmək, maviləşmək.
Zərbə və ya bərk şeyə toxunma nəticəsində bədənin bir yeri göy olmaq. Qolu göyərdi. - Qızın üzü-gözü, .. zərif dodaqları şişmiş, bir yerdən hətta göyərmişdi.... |
GÖYƏRMƏK2 (ID - 15375) f 1. Bitmək, göyərməyə başlamaq, cücərmək. Arpa göyərdi. - Sünbül göyərir səbzə kimi güllərə qarşı. Q.Təbrizi. Dağlar, çöllər düşərdi; Novruzgülü göyərdi. Səhhət.
məc. Baş vermək, nəşət etmək, əmələ... |
GÖYƏRMƏK3 (ID - 15376) f Yaşıllaşmağa başlamaq, yaşıllaşmaq. Bağlar göyərib. Çəmən göyərdi.
Baharyaşıllaşdı, dağlar, səhralaryuxudan ayılıb göyərməyə başladı.. Çəmənzəminli. |
GÖYƏRMİŞ1 (ID - 15377) f.sif. Göy rəng almış, bozarmış. Soyuqdan göyərmiş əllər. Zərbədən göyərmiş qol. - Xəlil soyuqdan göyərmiş əllərini bir-birinə sürtdü. İ.Məlikzadə.
|
Bu səhifə dəfə baxılıb