
GÖVHƏRis. [fars.] 1. Qiymətli daş, cavahir. Yerə düşməklə gövhər qiymətdən düşməz. (Ata. sözü). Gövhər də çatlayıb üzülər tamam; Sərrafdan almasa düz qiymətini... B.Vahabzadə. //məc. Parıldayan, işıq mənbəyi olan şeyə təşbeh. Qara neftim, qara neftim; Bu yerin cövhərisən; Əzəl başdan ellərimin; Nur saçan gövhərisən. M.Rahim.
Paylaşın - Hamı bilsin
|