İzahlı lüğət

GÖYÇƏK

sif. Gözəl, qəşəng. Göyçək qız. Göyçək gəlin. - 0ah cavan və göyçək oğlan idi. M.F.Axundzadə. [Asya:] Batmış nə göyçək oğlandır. U.Hacıbəyov. Nərminə göyçək idi. Qaraxallı, girdə çəhrayı sifətindən təbəssüm əskik olmazdı. B.Bayramov. // İs. mənasında. Göyçəkləri xoş-kəlam, həm aşiqə ram; Vacibdi bizə duası Gürcüstanın. S.Ə.Şirvani. Dağlar çiçəyi yenə; Baxdı öz göyçəyinə. R.Rza. // Xoşagələn, gözəl. Demə Vaqif ki, filan kimsənə çox zirəkdir; Ya filan şeir deyir, yazısı həm göyçəkdir. M.P.Vaqif. [Heydər bəy:] Əsgər bəy deyir ki, həm ucuzdur və həm göyçəkdir, həm də rəngi solmur. M.F.Axundzadə. Köynəyi al ipək lalə; Zərif qəşəng, göyçək lalə. M.Rahim. // Zərf mənasında. Nə göyçək yaraşır, nə xoş görünür; Mina, incə kəmər bel arasında. Q.Zakir. Ay nazənin, ay qabağın altından; Nə göyçək çəkilib qara qaşların. Aşıq Ələsgər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

GEC

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed