.....i_l_by_id_with_comments GÖYƏRMƏK2 sözünün izahı / GÖYƏRMƏK2 sözünün mənası

İzahlı lüğət

GÖYƏRMƏK2

f 1. Bitmək, göyərməyə başlamaq, cücərmək. Arpa göyərdi. - Sünbül göyərir səbzə kimi güllərə qarşı. Q.Təbrizi. Dağlar, çöllər düşərdi; Novruzgülü göyərdi. Səhhət.
məc. Baş vermək, nəşət etmək, əmələ gəlmək, səbəb olmaq. Fitnə göyərir torpağımızdan, daşımızdan; Tarac edərək bac alarız qardaşımızdan. M.Ə.Sabir.
məc. Bir nəticə vermək, nəticə hasil olmaq. [Bəy:] Ürəyimdən keçənlər bir-bir göyərir. Mir Cəlal. Sədr vaxtilə dediyi sözlərin göyərdiyini görüb boğazını arıtladı. Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....