
GÖY3 1. sif. Yaşıl. Göy meşə. Göy çəmən. Göy göyərçin. - Seyrə çıxar uşaqlar; Göy çəməndə oynaşar. A.Səhhət. [Dərviş:] ..Göy ot döşəyim, qara daş yastığım, enli yarpaqlar yorğanım idi! A.Divanbəyoğlu. Budur Azərbaycan - Şirvan, Qarabağ; Vətənin sevdalı göy yaylaqları. M.Rahim.
sif Yetişməmiş, dəyməmiş, kal. Göy nar. Göy alça. - [Bahar vaxtı] yetişməyə başlayan meyvələrə gəldikdə biz onların dəyməyini gözləməzdik. Göy (z.) olmağına baxmayaraq .. yeyərdik. S.S.Axundov. Günəş işığında .. yetişməmiş göy meyvələr görünürdü. İ.Əfəndiyev. B ax göyərti. Üç dəstə göy. Göy qutabı. Paylaşın - Hamı bilsin
|