GİRDƏLƏMƏK (ID - 15028)f 1. Girdə etmək, girdə şəklə salmaq, yumrulamaq, şar şəklinə salmaq, yuvarlaqlamaq.
2. Dairə şəklinə salmaq, dairəviləşdirmək, dairəvi etmək. Dodaqlarını girdələmək. |
GİRDƏLƏNMƏ (ID - 15029)“Girdələnmək” dən f.is.
|
GİRDƏLƏNMƏK (ID - 15030)f 1. Yumrulanmaq, şar şəklinə düşmək.
2. Dairə şəklinə düşmək; dairəviləşmək. Tabaq kimi girdələnmiş (f.sif.) on dörd gecəlik ayın ziyası dənizin üzərinə düşərək Xəzərin göy üzünü qırmızı misə döndərib... |
GİRDƏLƏŞDİRMƏ (ID - 15031)“Girdələşdirmək’ dən f.is.
|
GİRDƏLƏŞDİRMƏK (ID - 15032)bax girdələtmək.
|
GİRDƏLƏŞMƏ (ID - 15033)“Girdələşmək” dən f.is.
|
GİRDƏLƏŞMƏK (ID - 15034)f 1. Girdə olmaq, yumrulaşmaq, yuvarlaqlaşmaq.
2. Dairə şəklinə düşmək, dairəvi olmaq. |
GİRDƏLƏTMƏ (ID - 15035)“Girdələtmək” dən f.is.
|
GİRDƏLƏTMƏK (ID - 15036)1. f Girdə etmək; yumrulatmaq, yuvarlaqlatmaq. Kündəni girdələtmək.
2. icb. Dairə şəklinə saldırmaq, dairəvi etmək. |
GİRDƏLİK (ID - 15037)is. 1. Yuvarlaqlıq, yumruluq, girdə şəklində olma.
Dairəvilik, dairəvi olma. |
GİRDƏNƏK (ID - 15038)sif Yumru, girdə.
|
GİRDƏSİFƏT(Lİ) (ID - 15039) sif Sifəti girdə və kök olan. Girdəsifət oğlan. Girdəsifətli qadın. Imran girdəsifət, alagöz, güləşqabaq, gözəl bir uşaq idi. Mir Cəlal. Sürücü qaragöz, qaraqaş, qırmızı, girdəsifət, sağlam bir cavan idi. S.Vəliyev. Tofiq...
|
GİRDƏÜZ(LÜ) (ID - 15040) bax girdəsifət(li). Mən girdəüz, şiş bığları yuxarı qaldırılmış bir gənc sifət axtarırdım. S.Rəhman.
|
GİRDİM-GİRDİM (ID - 15041) bax gildir-gildir. Gözlərinin yaşı girdim-girdim yanağından süzülən Mayanın əllərini Pərşan ovcunda sıxıb oxşayır.. M.Ibrahimov.
|
GİRDİN (ID - 15042)is. dan. Mişarla bir boyda kəsilmiş odun. [Günay] qapı ağzındakı üstü mişarlanmış girdin kimi çox hamar olan dəyirmi bir daş üstündə oturmuşdu. Ə.Məmmədxanlı.
|
GİRDİNLƏMƏ (ID - 15043)“Girdinləmək” dən f.is.
|
GİRDİNLƏMƏK (ID - 15044)f dan. Mişarla odunu bir boyda kəsmək.
|
GİRDİRMƏK (ID - 15045)icb. 1. Girməyə məcbur etmək, daxil etmək.
2. Taxmaq, keçirmək. |
GİRƏCƏK (ID - 15046)is. 1. Qapı ağzı, kandar, astana. Qazmanın girəcəyi. Girəcəkdə dayanmaq.
Sürətlə gedən maşın hündür bir evin girəcəyində durdu. Q.Ilkin. Giriş; daxil olmaq, girmək üçün yer, yolun ağzı. Səlim .. uçub girəcəyə... |
GİRƏLƏMƏ (ID - 15047)“Girələmək” dən f. is.
|
GİRƏLƏMƏK (ID - 15048)b a x girəvələmək. [Ərəb Reyhan] girələyib Eyvazın çiyin damarlarını saldı çəngəsinə. “Koroğlu”. [Əvvəlinci ovçu:] ..Doğrudan da Kərim [Süleyman bəyi] çox girələyirdi. Ə.Haqverdiyev. [Səttar:] Gəl naxır gələndə girələyək,...
|
GİRƏM, GİRƏM Kİ (ID - 15049) ara s. [fars.] köhn. Tutaq, tutaq ki, deyək ki. Girəm ki, yaxşı elədilər yığmadılar, Allah atalarına rəhmət eləsin.. C.Məmmədquluzadə.
|
GİRƏVƏ (ID - 15050)is. 1. Gizli yer; pusqu, marıq, qurğu. Girəvədə durmaq. - Əlavə olaraq ehtiyat üçün arxa girəvələrdə dəxi adamlar düzülmüşdü. S.Rəhimov. □ Girəvəyə salmaq - tora salmaq, aldatmaq. Ağaməcid .. hərifi girəvəyə salıb onun...
|
GİRƏVƏLƏMƏ (ID - 15051)“Girəvələmək” dən fis.
|
GİRƏVƏLƏMƏK (ID - 15052)f Fürsət tapmaq, imkan tapmaq, əlverişli vəziyyət axtarmaq. [Pəri xanım:] Qadan alım, get girəvələ, zindanbana xəlvətcə pul ver, Qurbanini zindandan çıxart.. “Qurbani”.
|
GİRGİ (ID - 15053)is. dan. Sancı, ağrı, qarınağrısı.
□□ Qarnına girgi düşmək - qorxuya düşmək, təşvişə düşmək. Qarnına girgi salmaq bərk qorxuya salmaq, təşvişə salmaq. Xalıqverdinin budəfəki gəlişi Orucla Fərruxun qarnına... |
GİRHAGİR (ID - 15054)is. 1. Girmə, daxil olma. Girhagirdə şəklində zərf - girəndə, girən zaman. Kəndə girhagirdə qüvvətli bir zəlzələ olur. “M.N.lətif.”
|
GİRİBAN (ID - 15055)is. [fars.] klas. Yaxa. Mən nə hacət ki, qılam daği-nihanım şərhin? Aqibət
zahir olur çaki-giribanımdan. Füzuli. Götür, tulla bir kənara çarqatı; Giribandan sinən ağı görünsün. Q.Zakir. |
GİRİFTAR (ID - 15056)sif. [fars.] Tutulmuş, düçar, mübtəla. [Pişik siçana dedi:] Çəngəlimə indi giriftarsan; Ta ki edirsən belə rəftar sən. S.Ə.Şirvani. □ Giriftar etmək - düçar etmək, məruz qoymaq, mübtəla etmək. Gər səhhətə qadir olsa bimar;...
|
GİRİFTARLIQ (ID - 15057)is. Mübtəla olma, düçar olma, tutulma, mübtəlalıq.
|
GİRİNC (ID - 15058) girinc eləmək (etmək) - təngə gətirmək, cana gətirmək, zəhləsini tökmək.
O, səhərdən bizi girinc eləyib. - [Mədəd:] Qəşəm məni girinc eləyib. S.Rəhimov. Girinc (olmaq) - təngə gəlmək, cana gəlmək. Evimdə müntəzirkən... |
GİRİNTİ (ID - 15059)is. Hamar olmayan səthdə iki çıxıntının arası; çuxur, çökək (çıxıntı əksi).
|
GİRİNTİ-ÇIXINTI (ID - 15060) is. Səthin düz olmaması, hündür və batıq olması.
|
GİRİNTİLİ (ID - 15061)sif Səthi düz olmayan, girintiləri olan, kənarları hamar olmayan.
|
GİRİNTİ(Lİ)-ÇIXINTILI (ID - 15062) sif Girintisi və çıxıntısı olan, səthi, yaxud kənarları düz olmayan, qalxıq və batıq olan. Qabın girintili-çıxıntılı kənarı. - Silab qayanın girintiliçıxıntılı yerləri ilə aşağı enməyə başladı. S.Vəliyev.
|
GİRİŞ (ID - 15063)is. 1. Giriləcək yer, daxil olmaq üçün yer, yol (çıxış əksi). Giriş yolu.
2. Bir əsərin başlanğıc hissəsi: müqəddimə, ön söz, ilk söz. Kitabın girişi. Dissertasiyanın girişi. Giriş sözü. |
GİRİŞİLMƏ (ID - 15064)“Girişilmək” dən f.is.
|
GİRİŞİLMƏK (ID - 15065)məch. Başlanılmaq, şüru edilmək. Səhranın sərt təbiəti ilə ciddi döyüşə girişilmişdi. - Dəmirovun təklifi üzrə bu yolun inşasına payız məhsulunu topladıqdan sonra girişilirdi. S.Rəhimov.
|
GİRİŞMƏ (ID - 15066)“Girişmək” dən f.is.
|
GİRİŞMƏK (ID - 15067)f 1. Həvəslə, ciddiyyətlə bir işə başlamaq, şüru etmək. Işə girişmək. Yarışa girişmək. - [Nəsir] hələ bəzi vaxt öz fikrinin üstündə duraraq böyük qardaşı ilə mübahisəyə də girişirdi. S.Hüseyn. Məclis sakit idi, hamı...
|
GİRİZ (ID - 15068)is. [fars.] klas. Qaçma, qaçış. □ Giriz vermək - qaçmaq, aradan çıxmaq, sovuşmaq. Molla Tanrıverdi bir söz deməzdi, ancaq fürsət tapıb Cümşüd bəyin əlindən giriz verib qaçardı, asta qaçan namərddir. E.Sultanov.
□□ Giriz... |
GİRLƏMƏ (ID - 15069)“Girləmək” dən f.is.
|
GİRLƏMƏK (ID - 15070)f Pusmaq, daim təqib etmək, dalınca gəzmək, əl çəkməmək. [Mindilli:] Zərifə, nə .. girləmisən məni? Niyə mənim başıma fırlanırsan? S.Rəhman.
□□ Başını girləmək - bax baş. Əcəl (ölüm) girləmək (bəzən “başını”... |
GİRLƏNDİRMƏ (ID - 15071)“Girləndirmək” dən f.is.
|
GİRLƏNDİRMƏK (ID - 15072)b ax girləmək.
|
GİRLƏNMƏ (ID - 15073)“Girlənmək” dən f.is.
|
GİRLƏNMƏK (ID - 15074)f 1. Gəzmək, dolaşmaq, dolanmaq. Nəbi Naxçıvanda bir az girlənib, Ismayılın yerini öyrənməyə çalışırdı, ancaq tapmırdı. “Qaçaq Nəbi”. O, Şehli kəndinin arasında xeyli dolandı, girlənə-girlənə (z.)
Safonun kahasının... |
GİRLİ (ID - 15075)sif 1. Güclü, qüvvətli, giri olan. Girli qol. - Yəni o elə girli adamdır? - Bəli, bəli, - deyə [Əsgər] əlavə etdi. Ə.Əbülhəsən.
2. məc. Çoxlu, çox. |
GİRMƏ1 (ID - 15076)"Girmək” dən f.is. Martın yenicə girməsinə baxmayaraq hava ilıq idi.
|
GİRMƏ2 (ID - 15077) is. məh. Kolluq, kol-kosluq. Kəsdilər girməni Cəbilə Osman; Verməsin arxaya keçməyə aman. H.K.Sanılı.
|
Bu səhifə dəfə baxılıb