
GİRƏVƏis. 1. Gizli yer; pusqu, marıq, qurğu. Girəvədə durmaq. - Əlavə olaraq ehtiyat üçün arxa girəvələrdə dəxi adamlar düzülmüşdü. S.Rəhimov. □ Girəvəyə salmaq - tora salmaq, aldatmaq. Ağaməcid .. hərifi girəvəyə salıb onun çiynindən bir təpik vurdu. Mir Cəlal.
2. Əlverişli vəziyyət, fürsət, imkan. Dovşan, tülkü, at, dəvə; Hərəsi söz deməyə; Axtarırdı girəvə. R.Rza. □ Girəvə düşmək fürsət düşmək, imkan yaranmaq. Güldəstənin analığının bir xasiyyəti var idi: əri biriki günlüyə bir yana gedəndə, onun da əlinə girəvə düşüb sübhdən axşamadək evi Güldəstənin ümidinə qoyub, tamam kəndi evbəev gəzərdi. Ə.Haqverdiyev. Girəvə tapmaq bax girəvələmək. Lakin [Gülyaz] özünü möhkəm saxladı və girəvə tapıb var gücü ilə canavarın qarnına vurdu. Q.Ilkin. [Kişi Vahidə:] Indisə düşmən mənə də girəvə tapdı, qurğu qurdu. B.Bayramov. Girəvəni əldən buraxmaq (qaçırmaq) - fürsəti əldən vermək, imkandan istifadə etməmək. Paylaşın - Hamı bilsin
|