GECİKDİRİLMƏ (ID - 14478)"Gecikdirilmək” dən f.is.
|
GECİKDİRİLMƏK (ID - 14479)məch. Vaxtında görülməmək, yubadılmaq, ləngidilmək. Döl vaxtında keçirilir, yun qırxımı gecikdirilmir. Ə.Vəliyev.
|
GECİKDİRMƏ (ID - 14480)“Gecikdirmək” dən f.is.
|
GECİKDİRMƏK (ID - 14481) |
GECİKMƏ (ID - 14482)“Gecikmək” dən f.is. Fərrux kişinin gecikməsi Natiqin xoşuna gəlmədi. B.Bayramov.
|
GECİKMƏK (ID - 14483)f. 1. Vaxtında gəlməmək, vaxtından gec gəlmək; yubanmaq, gec çatmaq. Müsamirəyə gecikmək. Dərsə gecikmək. Qatar iki saat gecikdi. - [Lətifə] heç vaxt beş-on dəqiqədən artıq gecikməzdi. M.Hüseyn. Gəmi gecikən zamanlarda yükdaşıyanlar...
|
GECQAYNAYAN (ID - 14484)sif. xüs. Qaynaması uzun çəkən, tez qaynamayan (mayelər haqqında).
|
GECLİK (ID - 14485)is. Gec olma, vaxtında və ya tez olmama (tezlik ziddi).
|
GEC-TEZ (ID - 14486) zərf Tez olmasa da, mütləq bir vaxt olacaq, bir gün, nə vaxt olursa olsun; labüddən. Gec-tez rastlaşmaq. - Düşmənlə gec-tez qarşı-qarşıya gəlmək, məsələni həll etmək lazımdır. M.S.Ordubadi. [Anam] gectez [toyuqlara] bir bəla...
|
GECYETİŞƏN (ID - 14487)sif. O birilərindən daha gec yetişən, daha gec dəyən, gecdəyən. Gecyetişən meyvə. Gecyetişən buğda.
|
GEDƏCƏK (ID - 14488)zərf Gedilməsi lazım olan; getməli, gediləsi. Allahdan gizlin deyil, sizdən nə gizlin. Mənim bir gedəcək yerim var. Çəmənzəminli.
|
GEDƏLİ (ID - 14489)zərf Gedəndən bəri, gedəndən bu vaxta kimi, getdikdən sonra. Canım gedəli bəsi zamandır; Cismimdəki indi özgə candır. Füzuli. Gedəli sən, yıxıldı könül evi; Xərab olur, bəli, ev kətxudasız. Kişvəri.
|
GEDƏN-GƏLƏN (ID - 14490) is. Yoldan ötən hər bir şəxs, hər kəs, hər adam. [Arvad] gedəndəngələndən ərini soruşurdu. Mir Cəlal.
|
GEDƏNİ (ID - 14491)dan. b a x gedəli. Gülsabah bu evdən gedəni Bayramın otaqlarındakı səliqə tamam pozulmuşdu. Ə.Vəliyev.
|
GEDƏR-GƏLMƏZ (ID - 14492) is. Qayıtması mümkün olmayan yer; ölüm. Vücudu iki qara qəpiyə dəyməz, amma gül təki oğlanları dalbadal ləkələyib, bir-bir gedər-gəlməzə yolladılar. M.Hüseyn. [Nəbi:] Bu qoca aynalı gəlməsin gözə; Çoxunu göndərdi gedər-gəlməzə....
|
GEDƏRGİ (ID - 14493)sif. Mütləq getməli olan, qala bilməyən. Gedərgi adam. - Arazam, Kürə bəndəm; Bülbüləm, gülə bəndəm; Mən gedərgi qonağam; Bir şirin dilə bəndəm. (Bayatı). Aşıq mənəm, qalalar; Bürcsüz olmaz qalalar; Çünki gedərgi olduq;...
|
GEDƏRİ (ID - 14494)bax gedərgi. Gedəri qonaq. Qız gedəridir. - Bir gün gedəri olsam; bəlkə azalacaqdır; bu dünyadan bir damla. R.Rza.
|
GEDİB-GƏLMƏ (ID - 14495) “Gedib-gəlmək” dən f.is.
|
GEDİB-GƏLMƏK (ID - 14496) f. 1. Bir yerdən başqa yerə hərəkət etmək (bir istiqamətdə olan hərəkətin təkrar etdiyini və müxtəlif vaxtlarda cərəyan etdiyini göstərir). Bu otağa keçən adam həyətdən gedib-gələ bilərdi. S.Hüseyn. Sərxan tez-tez qəza...
|
GEDİLƏSİ (ID - 14497)bax gedəcək. Gediləsi yer. [Cahandar ağa:] ..Qapısına gediləsi deyil ki, beş-on adam yığıb aparasan, el adətincə barışıqlıq eləyəsən. I.Şıxlı.
|
GEDİLMƏ (ID - 14498)“Gedilmək” dən f.is.
|
GEDİLMƏK (ID - 14499)“Getmək” dən məch. Suraxanıyadək Sabunçu dəmir yolu xətti ilə, ondan o yana faytonla gedilirdi. S.Hüseyn.
|
GEDİŞ (ID - 14500)is. 1. Getmə işi; getmə. Gəlişin istər aşiq; Heç istəməz gedişin. Sarı Aşıq. [Uluq bəy:] Gedişi köksümə çəkir odlu dağ; Görüşü qəlbimdə yandırır çırağ. A.Şaiq. Kazım fəqət xəbərsizdi bu işdən; Xəbərsizdi bu uğurlu...
|
GEDİŞ-GƏLİŞ (ID - 14501) is. 1. Müxtəlif istiqamətdə hərəkət etmə, gedib-gəlmə. Gediş-gəliş azalmışdı. - Gediş-gəliş çox az idi. S.Hüseyn. Artıq qaş qaralırdı. Küçələrdə gediş-gəliş azalırdı. S.Vəliyev. Dumana görə yolda gediş-gəliş də...
|
GEN1 (ID - 14502) 1. sif Geniş, enli. Gen otaq. Gen paltar. - Sıra dağlar, gen dərələr; Ürək açan mənzərələr. S.Vurğun. Ağca qarı, başını oğlunun gen sinəsinə söykəyib mürgüləyirdi. Ə.Əbülhəsən.
zərf Uzaq, kənar, aralı. Gen qaçmaq.... |
GEN2 (ID - 14503) [yun. geniş - mənşə] İrsiyyətin, orqanizmin bu və ya başqa əlamətinin nəsillərə keçməsini təmin edən maddi əsası.
|
GENBALAQ(LI) (ID - 14504) sif Balaqları gen, enli olan. Genbalaq şalvar. - [Molla Qasımın] ayağında genbalaqlı ağ kətandan lifəli yalınqat tumanı var idi. H.Sarabski.
|
GEN-BOL (ID - 14505) sif. 1. Çox geniş, çox böyük, rahat. Gen-bol yer. Gen-bol ev. - Ağalıq evi təzə qayda ilə tikilmiş, iki mərtəbə gen-bol bir imarət idi. S.S.Axundov. Otaq çox genboldu, həyətə və balkona açılan qapıları vardır. Ə.Vəliyev.
Bax... |
GEN-BOLLUQ (ID - 14506) is. Firavanlıq, rifah, bolluq. Gen-bolluq içində yaşamaq.
|
GENDƏDUR (ID - 14507)is. köhn. Parıltılı və şax parça növü. // Həmin parçadan tikilmiş. Gendədur tuman.
|
GENDÖŞLÜ (ID - 14508)sif Döşü, sinəsi enli, gen olan; geniş sinəli. Gendöşlü at.
|
GENDÖŞLÜLÜK (ID - 14509)is. Döşün, sinənin genliyi.
|
GENEALOGİYA (ID - 14510)[yun. genealogia - şəcərə] 1. Şəcərənin, nəslin tarixini öyrənən köməkçi tarix elmi.
Şəcərə, nəsil tarixi. |
GENEALOJİ (ID - 14511)[yun.] Genealogiyaya aid olan, genealogiya ilə əlaqədar olan. Genealoji tədqiqat. Dillərin genealoji təsnifatı.
|
GENERAL (ID - 14512)[lat. generalis - ümumi, baş] Yüksək komanda heyəti üçün hərbi rütbə, habelə bu cür rütbəsi olan şəxs. □ Generalmayor - rütbəcə birinci general adı. General-leytenant - rütbəcə ikinci general adı. General-polkovnik - rütbəcə...
|
GENERALİSSİMUS (ID - 14513)[lat. generalissimus
ən baş] Ən yüksək hərbi rütbə, habelə həmin rütbəni daşıyan şəxs. |
GENERALİTET (ID - 14514)[alm. əsli lat.] Ordunun ali komanda heyəti; generallar.
|
GENERAL-QUBERNATOR (ID - 14515) [lat.] 1917-ci il inqilabından əvvəl Rusiyada və bəzi ölkələrdə: bir və ya bir neçə quberniyanın yüksək hərbi-inzibati hüquqlara malik rəisi. [Nəbi:] Min atlı göndərib dağlara sarı; Tiflisin general-qubernatoru. S.Rüstəm. Biz...
|
GENERAL-QUBERNATORLUQ (ID - 14516) is. 1. General-qubemator vəzifəsi. Camaat ona [Xudadat bəyə] Gəncə general-qubernatorluğunu təklif edəndə uzun müddət razı olmamış, “mən həkiməm” - demişdi. İ.Şıxlı.
2. 1917-ci il inqilabından əvvəl Rusiyada: general-qubernatorun... |
GENERALLIQ (ID - 14517)is. General rütbəsi, adı.
|
GENERASİYA (ID - 14518)[lat. generatio - törəmə] xüs. 1. Heyvanların, bitkilərin, mineralların bütün üzvləri; nəsil.
2. Törəniş, törənmə, yenidən yaranma. Elektrik enerjisinin generasiyası. |
GENERATOR (ID - 14519)[lat.] xüs. 1. Mexaniki enerjini elektrik enerjisinə çevirən maşın. Generasiya (2-ci mənada) hasil etmək üçün işlədilən müxtəlif cihazların, qurğuların adı. Siqnal generatoru.
Bax qaz(o)generator. □□ Generator qazı -... |
GENERATORLU (ID - 14520)sif Generatoru olan. Generatorlu lampa.
|
GENETIK (ID - 14521)sif [lat.] 1. Genezisə aid olan, bir şeyin mənşəyini, inkişafını öyrənən. Genetik üsul. Genetik əlaqə. Genetikaya aid olan, genetika ilə əlaqədar olan.
|
GENETİK (ID - 14522)[yun.] Genetika mütəxəssisi, genetika alimi.
|
GENETİKA (ID - 14523)[yun.] Biologiyanın, orqanizmlərin irsiyyətini və dəyişkənliyini öyrənən bəhsi.
|
GENEZİS (ID - 14524)[yun.] kit. Mənşə, törəniş; əmələgəlmə prosesi.
|
GENƏ (ID - 14525)dan. bax yenə. Bilmənəm ki, sənə nə demiş əğyar; Xəyalındır məndən genə gen kimi. M.P.Vaqif. Ələsgər eşqə düşüb; Sevdi cəfakarı genə. Aşıq Ələsgər. Əziziyəm, genə sən; Səfa gəldin genə sən; Fikrim, zikrim, xəyalım;...
|
GENƏLDİCİ (ID - 14526)is. Bir şeyi genəltmək üçün işlədilən alət, qurğu və s. // Eyni mənada dərman və s. haqqında. Damarları genəldici dərman.
|
GENƏLDİLMƏ (ID - 14527)“Genəldilmək” dən f.is.
|
Bu səhifə dəfə baxılıb