İzahlı lüğət

GECİKMƏK

f. 1. Vaxtında gəlməmək, vaxtından gec gəlmək; yubanmaq, gec çatmaq. Müsamirəyə gecikmək. Dərsə gecikmək. Qatar iki saat gecikdi. - [Lətifə] heç vaxt beş-on dəqiqədən artıq gecikməzdi. M.Hüseyn. Gəmi gecikən zamanlarda yükdaşıyanlar və işçilər körpüdəki talvarın altına toplaşırdılar. Q.İlkin. Əgər Şahmar bu gün çıxmasa, həm Nərminədən əli üzüləcək, həm də imtahanlara gecikəcəkdi. B.Bayramov.
Vaxtında olmamaq, ləngimək, təxirə düşmək. Qış gecikdi. - Ancaq Nazlı .. Çimnazın dediyinə əməl etməkdə gecikirdi. Ə.Əbülhəsən. Bahar gecikirdi, havalar teztez dəyişirdi. S.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed